



"Beşiktaş" legioneri ilə müqaviləni pozdu
Türkiyənin “Beşiktaş” klubu futbolçusu Vout Veqhorstla müqaviləni ləğv edib.
Futbolmedia.az xəbər verir ki, İstanbul təmsilçisi Niderland millisinin hücumçusu ilə yollarını ayırdığını açıqlayıb.
“Ağ-qaralar” mövsümün əvvəlində 31 yaşlı forvardı İngiltərə klubu “Bernli”dən birillik icarəyə götürsə də, vaxtından tez sözləşməyə xitam verilib. Buna səbəb Veqhorstun Premyer Liqa təmsilçisi “Mançester Yunayted”lə anlaşmasıdır. O, mövsümün ikinci yarısını icarə əsasında “qırmızı şeytanlar”da keçirəcək. Bu keçid “Beşiktaş”a 3 milyon avro qazandırıb.
Qeyd edək ki, Vout Veqhorst 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Argentina ilə oyunda 2 qol vurub.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
FIFA sülh mükafatını ləğv etmək istəyir - Xarici xəbərlər 29.11.2026, 10:14
Millimizin üzvü Rüfətin komandası uduzdu 29.11.2026, 09:23
“Sabah” - “Araz-Naxçıvan” 2:0 - VİDEO 29.11.2026, 08:52
Dambrauskas: “Stadionları insanların ayağına aparmalıyıq?” 28.11.2026, 22:18
Yuri Maksimov: “Biz də qələbə qazanmaq istəyirik” 28.11.2026, 21:30
“Turan Tovuz” - “Kəpəz” 2:1 - VİDEO 28.11.2026, 20:16
Kurban Berdiyev: “Bu, onun fikridir” 28.11.2026, 19:15
Azər Məmmədov: “Ən azı bir xal qazanmağa layiq idik” 28.11.2026, 19:03
PSJ-nin müdafiəçisi zədələndi - Xarici xəbərlər 28.11.2026, 18:04
Azərbaycan Premyer Liqası





















