



"Kəpəz" "Turan Tovuz"a, "Səbail" "Sabah"a qarşı -
Bu gün Azərbaycan kubokunun 1/4 finalında ilk oyunlara yekun vurulacaq.
Futbolmedia.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Kəpəz" doğma meydanda "Turan Tovuz"u qəbul edəcək.
Günün digər görüşündə isə "Sabah" "Səbail"in qonağı olacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması dekabrın 19-u keçiriləcək.
Xatırladaq ki, ötən gün keçirilən oyunlarda "Qarabağ" "Qəbələ" ilə heç-heçə edib (2:2), "Zirə" isə "Neftçi"yə qalib gəlib (1:0). Bu komandalar arasında cavab qarşılaşması dekabrın 19-da olacaq.
9 dekabr (cümə)
14:00. “Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusufov, Müslüm Əliyev, Vüqar Həsənli
Gəncə şəhər stadionu
17:00. “Səbail” – “Sabah”
Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Vüsal Məmmədov, Fərid Hacıyev
“ASCO Arena”
8 dekabr (cümə axşamı)
“Qarabağ” – “Qəbələ” - 2:2
“Zirə” – “Neftçi” - 1:0
Azərbaycan Premyer Liqası























