



Dieqo Simeonenin oğlu "Napoli"də
İtaliyanın "Napoli" klubu növbəti transferini gerçəkləşdirib.
Futbolmedia.az Neapol təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "Verona"nın futbolçusu Covanni Simeone mövsümün sonunadək icarəyə götürülüb.
27 yaşlı hücumçu yeni komandasında müəyyən göstəricilərə çatsa, klub onu birdəfəlik almağa məcbur olacaq.
Qeyd edək ki, argentinalı forvard ötən mövsüm "Verona"nın heyətində 35 oyuna çıxıb, 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçu İspaniyanın "Atletiko" (Madrid) komandasının baş məşqçisi Dieqo Simeonenin oğludur.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
Dambrauskasla Hans Flikin mətbuat konfranslarının vaxtı bilindi 23.11.2026, 18:15
Yamal “Sabah”la matçı buraxacaq 23.11.2026, 17:28
"Sumqayıt" yaponiyalı futbolçu ilə yollarını ayırdı 23.11.2026, 17:00
Kamal Umudlu "Dinamo" - "Benfika" matçını idarə edəcək 23.11.2026, 16:02
“Rakuv”un baş məşqçisi Azərbaycan millisinin hücumçusu Mahir Emrelidən danışdı 23.11.2026, 15:18
Bəhlul Mustafazadə: "Mənfi seriyaya son qoymaq üçün əlimizdən gələni edəcəyik" 23.11.2026, 14:33
"Neftçi"nin futbolçusu: “Hədəfimiz qış çempionu olmaqdır” 23.11.2026, 14:07
"Sabah"la matçda "Barselona"ya kömək edə bilməyəcək 23.11.2026, 13:15
Qurban Qurbanov karyerasında 900-cü oyuna çıxdı 23.11.2026, 12:40
Azərbaycan Premyer Liqası





















