FutbolMedia.Az
  • 08:53 Şənbə
    24 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Şahruddin:

Şahruddin: “Sürix”li futbolçular özlərini hədsiz yekəxana aparırdılar”

“Güclü rəqibə qarşı 120 dəqiqə mübarizə apardıq. Yorğunuq və bu da normaldır. Əsas məqsədimiz mərhələ adlamağa sərf edən nəticəni əldə etmək idi ki, bunu da bacardıq”.

Futbolmedia.az sports.az-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Sürix” – “Qarabağ” görüşünü (2:2) şərh edərkən deyib.

Oyunda ən diqqətçəkən məqam matçın əvvəlində təmsilçimizin buraxdığı qol idi. Rəqibin cinah ötürməsindən sonra Şahruddin topa çıxsa da, Maksimlə aralarındakı anlaşılmazlıq nəticəsində kapitan topu öz qapısından keçirdi.

Şahruddin həmin an yaşananlara aydınlıq gətirib:

“Futbolda belə hallar çox olur. Düzünü desəm, topa çıxanda qışqırmadım. Maksimin topu buraxacağını düşünürdüm. Çünki arxasında mən idim. Eybi yox, oldu keçdi. Bəlkə də həmin dəqiqədə qol buraxmağımız xeyrimizə oldu, komandanı “ayıltdı”.

“Sürix”lilərin etdikləri millimizin “1 nömrə”sini xeyli təəccübləndirib. Rəqib futbolçuların yekəxanalığı və bəzi anlarda artıq hərəkətlərə yol verməsi Məhəmmədəliyevin ağlında sual yaradıb:

“Sürix” məndə çox pis komanda təsir bağışladı. Özlərini apara bilmirdilər. Bildiyim bir şey var ki, insan bir az yüksəkdə olanda sadəliyini qorumalıdır. Onlar özlərini hədsiz yekəxana aparırdılar. Düşünürdüm ki, Avropanın mərkəzində yaşayanlar bunları bilmir?

Hələ Bakıdakı oyundan sonra baş məşqçiləri açıqlamasında elə ifadələr işlətmişdi ki, hiss olunurdu bizim onlardan üstün olduğumuzu qəbul edə bilmirlər. Amma biz danışığımızla, yaxud artıq hərəkətlərimizlə yox, meydandakı performansla və bunun ədalətli nəticəsi olan tablodakı rəqəmlərlə onlardan güclü olduğumuzu göstərdik”.

“Qarabağ” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində növbəti matçını avqustun 3-də Bakıda “Ferentsvaroş”a qarşı keçirəcək. Cavab qarşılaşması avqustun 9-da Macarıstanda baş tutacaq.

30-07-2022, 10:08
20062
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
28-07-2022, 16:13
"Sürix"in Futbolçusu: "Axmaq qollar buraxdıq"
28-07-2022, 00:25
Qurban Qurbanov:
Qurban Qurbanov: "Oyunun əvvəlində taktiki savaş, sonra isə döyüş getdi"
27-07-2022, 08:35
"Qarabağ" "Sürix"ə qarşı - YENİLƏNİR
26-07-2022, 18:13
"Sürix"in futbolçusu: "Qarabağ"la oyun final kimi olacaq"
25-07-2022, 16:11
“Qarabağ”la oyunöncəsi “Sürix”də itki
“Qarabağ”la oyunöncəsi “Sürix”də itki
19-07-2022, 22:10
Franko Foda:
Franko Foda: "İlk hissədə "Qarabağ"ı saxlaya bilmirdik"
19-07-2022, 11:11
"Qarabağ" "Sürix"ə qarşı -
17-07-2022, 18:01
"Sürix"in baş məşqçisi darmadağın olmalarından danışdı
15-06-2022, 14:03
“Qarabağ”ın 2-ci mərhələdəki mümkün rəqibi “Sürix
“Qarabağ”ın 2-ci mərhələdəki mümkün rəqibi “Sürix" oldu
5-11-2021, 14:13
Şahruddin:
Şahruddin: "Milli komandada uduzmaqdan yorulmuşuq"
4-11-2021, 22:20
Qurban Qurbanov:
Qurban Qurbanov: "Futbolçularım böyük zəfər qazandı"
3-09-2021, 13:13
Millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev ən yaxşılardan oldu
Millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev ən yaxşılardan oldu
  Xəbər Lenti
"Zirə" - "Sumqayıt" 3:2 - VİDEO 24.10.2026, 08:08
Rəşad Sadıqov: "Hücum xəttimizi gücləndirməliyik” 23.10.2026, 22:00
“Sumqayıt”ın baş məşqçisi Felipe Kandido: “Bu, utancverici məğlubiyyətdir” 23.10.2026, 21:35
Qəbələ”nin baş məşqçisi Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var” 23.10.2026, 18:50
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik” 23.10.2026, 18:22
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı - Xarici xəbərlər 23.10.2026, 18:09
“Tottenhem” “Benfika”nın hücumçusu Vangelis Pavlidisi istəyir - 100 milyon avroya 23.10.2026, 17:07
“Barselona”nın müdafiəçisi Jerar Martin “Bayern”ə keçə bilər - Transfer xəbərləri 23.10.2026, 16:15
"Yuventus"un müdafiəçisi "Bayer"in hədəfində - Transfer xəbərləri 23.10.2026, 15:13
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
28-09-2026, 14:00
Millimizin rəqibi Lixtenşteyn məğlub oldu
Millimizin rəqibi Lixtenşteyn məğlub oldu
6-10-2026, 12:10
"Sabah"ın qapıçısı Amin Ramazanov: "Neftçi" ilə oyunda azarkeşlər gözəl matç izaləyəcək." (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb