



“Qalatasaray”dan növbəti transfer
“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolmedia.az xəbər verir ki, İstanbul təmsilçisi Fransanın “Olimpik” (Lion) klubunun müdafiəçisi Leo Dubanı transfer edib.
Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. 27 yaşlı fransız futbolçu ilə 3 illik müqavilə imzalanıb. “Qalatasaray” bu transfer üçün “Olimpik”ə 2.5 milyon avro ödəyəcək.
Qeyd edək ki, Leo Duba Fransanın “Nant” klubunun yetirməsidir. O, 2018-ci ildən “Olimpik”də oynayırdı. Müdafiəçi bu komandada ümumilikdə 129 oyuna çıxıb, 5 qola imza atıb. Fransa yığmasının da üzvü olan futbolçu, millidə 13 oyuna çıxıb.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər 25.11.2026, 15:23
“Kalyari” “Napoli”nin hücumçusuna göz dikib - Transfer xəbərləri 25.11.2026, 14:05
"Fənərbaxça" "Şaxtyor"la, PSJ "Roma"ya qarşı - Çempionlar Liqası 25.11.2026, 13:14
“Çelsi”nin müdafiəçisi Fofana: "Həmin vaxt futbolu tərk etmək istəyirdim" 25.11.2026, 12:11
Ronaldodan 987-ci qol - 1000-ci qol çox az qaldı 25.11.2026, 11:37
"Sabah" "Barselona"ya qarşı - YENİLƏNİR 25.11.2026, 11:05
Okan Buruk “Aston Villa” qələbəsini dəyərləndirdi - Xarici xəbərlər 25.11.2026, 10:13
"Qarabağ"ı çempionluq mübarizəsindən erkən silənlərin menyusuna (YAZI) 25.11.2026, 09:55
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu 25.11.2026, 09:11
Azərbaycan Premyer Liqası



















