



"Qarabağ"ın rəqibi "Sürix" iki futbolçusunu göndərdi
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan İsveçrə "Sürix"i iki futbolçusu ilə yollarını ayırıb.
Futbolmedia.az klubun rəsmi saytına istinadən xəbər verir ki, icarə əsasında komandada çıxış edən xorvatiyalı Ante Koriç müqavilə ilə məxsus olduğu İtaliya "Roma"sına qayıdıb.
25 yaşlı yarımmüdafiəçi İsveçrə təmsilçisində 23 oyun keçirib, bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.
"Sürix" 21 yaşlı müdafiəçi Filip Freyin sözləşməsinin uzadılmadığını da açıqlayıb.
Qeyd edək ki, "Qarabağ" "Sürix"lə ilk matçını iyulun 19-da evdə, cavab görüşünü isə iyulun 27-də səfərdə keçirəcək.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
“Kalyari” “Napoli”nin hücumçusuna göz dikib - Transfer xəbərləri 25.11.2026, 14:05
"Fənərbaxça" "Şaxtyor"la, PSJ "Roma"ya qarşı - Çempionlar Liqası 25.11.2026, 13:14
“Çelsi”nin müdafiəçisi Fofana: "Həmin vaxt futbolu tərk etmək istəyirdim" 25.11.2026, 12:11
Ronaldodan 987-ci qol - 1000-ci qol çox az qaldı 25.11.2026, 11:37
"Sabah" "Barselona"ya qarşı - YENİLƏNİR 25.11.2026, 11:05
Okan Buruk “Aston Villa” qələbəsini dəyərləndirdi - Xarici xəbərlər 25.11.2026, 10:13
"Qarabağ"ı çempionluq mübarizəsindən erkən silənlərin menyusuna (YAZI) 25.11.2026, 09:55
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu 25.11.2026, 09:11
“Barselona” Bakı Olimpiya Stadionunda - VİDEO 25.11.2026, 08:10
Azərbaycan Premyer Liqası






















