FutbolMedia.Az
  • 22:12 Cümə axşamı
    8 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo

"Neftçi"nin yeni baş məşqçisi: "Hədəfim çempionluqdur"

"Sözsüz ki, növbəti mövsüm üçün yeganə hədəfimiz çempionluqdur. Mən də bu çağırışa hazıram".

Futbolmedia.az-ın məlumatına görə, bunu "Neftçi"nin yeni baş məşqçisi Laurentsiu Regekampf klub televiziyasına müsahibəsində deyib.

Rumıniyalı mütəxəssis yeni komandasında da hücum futboluna sadiq qalacağını bildirib: "Hansı komandada çalışmışamsa, orada böyük uğurlar qazanmaq, çempion olmaq istəmişəm. Bir tərəfdən, mənim və klubun hədəflərinin üst-üstə düşməsi yaxşı haldır. Komandaya hücum futbolu oynatmağı xoşlayıram. İstəyirəm ki, topa sahib olan tərəf mənim futbolçularım olsun. Söhbət təkcə taktiki sxemdən getmir. Bunu məşqçilər heyəti ilə birlikdə komandamı analiz etdikdən sonra müəyyənləşdirəcək və müvafiq qərarlar verəcəyik".

47 yaşlı baş məşqçi döyüşkən oyun sərgiləyəcəklərini vurğulayıb: "Söz vermək həmişə asandır. Amma oynadığımız futbolla onlara görə meydanda ölməyə də hazır olduğumuzu göstərəcəyik. Nəticələr və oyunumuzla azarkeşləri sevindirməyə çalışacağıq".

O, Kipr təmsilçisi "Aris"ə qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçirəcəkləri oyunlara hazırlıq üçün əvvəlcə bəzi işlərin görülməsinin gərəkliyini söyləyib: "Sözsüz ki, ilk növbədə, komandamı yaxşı tanımalı, necə oyunçulara malik olduğumuzu bilməliyəm. Güclü kollektiv yaratmalı, komandanı belə oyunlara hazırlamalıyıq. Bu gündən rəqibi analiz etməyə başlayacağıq. Hansı mövqeləri bağlaya, hansı mövqelərə yeni oyunçular gətirə biləcəyimizə baxmalıyıq. Əlbəttə, yeni transferlər də komandanın səviyyəsini artırmalıdır. Bu proseslərdən sonra rəqiblə oyunlara hazırlaşacağıq".

Bununla yanaşı, Regekampf "Neftçi"yə baş məşqçi təyinatı ilə bağlı təəssüratlarını bölüşüb. Yeni baş məşqçi klub rəhbərliyinin digər tanınmış mütəxəssislərlə danışıqlar apardığı halda, onunla sürpriz olaraq, anlaşmasını da şərh edib: "Burada olmağıma şadam. Çox yaxşı, işini bilən heyətlə qarşılaşdım. Onlar məni Azərbaycana dəvət etdilər. Mən də bura gəldim. Məmnunam. Bir tərəfdən yaxşı idi ki, heç kim mənim adımı vurğulamırdı. Öz ölkəmdə bunu gizlətmək elə də asan deyil. "Neftçi" böyük klubdur. Bir neçə mütəxəssislə danışıqların aparılması normaldır. Onlar da klub üçün ən yaxşı seçimi etmək istəyirdilər. Çox sevinirəm ki, seçim mənim üzərimdə oldu. Mən başqa mövzu haqqında danışmaq istəmirəm, çünki mənə aid deyil. Bu, klubun qərarıdır".

O, əvvəlki köməkçiləri ilə "Neftçi"də də çalışacağını dilə gətirib.

22-06-2022, 14:09
20229
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
21-06-2022, 23:11
"Neftçi"nin yeni baş məşqçisi açıqlandı
17-05-2022, 20:46
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bizi qarşıdakı daha böyük döyüşlər, uğurlar gözləyir"
17-05-2022, 17:09
Maksim Medvedev:
Maksim Medvedev: “Yeni tarix yazmağa hazırıq”
4-02-2022, 10:18
Azər Əliyev:
Azər Əliyev: "Milli komandaya lazım olsam..."
17-10-2021, 11:06
"Neftçi"nin futbolçusu Xorxe Korrea: "Samir Abasov mənə inandı"
16-10-2021, 18:00
Aftandil Hacıyev:
Aftandil Hacıyev: "Buraxdığımız ilk qol mənim üçün müəmmalıdır"
29-09-2021, 21:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Omoniya" bizə sürpriz edə bilər"
11-09-2021, 15:15
Yaşar Vahabzadə:
Yaşar Vahabzadə: “Göründü ki, fiziki durumları normaldır“
3-08-2021, 23:08
HİK-in baş məşqçisi:
HİK-in baş məşqçisi: "Neftçi"nin qolları çox gözəl idi"
15-07-2021, 10:30
"Olimpiakos"un baş məşqçisi: "Neftçi"ni yaxşı tanıyırıq"
7-07-2021, 22:45
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: "Onlar xəyanət etdilər"
1-07-2021, 11:09
"Qarabağ"ın yeni transferi Malinovski : "Portuqaliyada bəzi tanışlardan soruşdum"
  Xəbər Lenti
Rafinya sabah tibbi müayinədən keçəcək - Xarici xəbərlər 8.10.2026, 18:04
"Sabah" - "Slaviya" matçına nə qədər bilet satılıb? 8.10.2026, 17:03
"Adana Dəmirspor"da oynamış futbolçu "Səbail"də 8.10.2026, 16:02
La Liqa klubunun kapitanı saxlanıldı - Xarici xəbərlər 8.10.2026, 15:11
dörd cüdoçumuz mübarizəyə başlayaacq - Dünya kuboku 8.10.2026, 14:04
Sərtan Taşkın yenidən Azərbaycan klubunda 8.10.2026, 13:22
Qordon “Barselona” tarixinin ən yaxşı heyətini seçdi - Xarici xəbərlər 8.10.2026, 13:03
"Turan Tovuz"un futbolçusu R. Miller: "Ən əsası qalib gəldik və 3 xalı qazandıq" (Özəl Açıqlama) 8.10.2026, 12:05
"Şəfa" klubunun kapitanı Murad Musayev zədələndi - (ÖZƏL XƏBƏR) 8.10.2026, 11:25
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb