FutbolMedia.Az
  • 20:48 Cümə
    16 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Aftandil Hacıyev:

Aftandil Hacıyev: "Buraxdığımız ilk qol mənim üçün müəmmalıdır"

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev evdə "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı təşkil edib.

Futbolmedia.az xəbər verir ki, 40 yaşlı mütəxəssis oyun haqqında fikirlərini bölüşüb:

“Oyun haqqında çox danışmaq istəmirəm. Məğlub olduq. Düşünürəm ki, danışılası çox şey yoxdur. Belə qarşılaşmalarda xal qazana bilmiriksə, işimiz getdikcə çətinləşəcək. Ardıcıl olaraq üçüncü dəfə süni ot örtüyündə oynamaq və məşq etmək çətindir. Bundan sonra "Qarabağ"la oyun da burada olacaq. Çempionatdakı fasilədə bir neçə futbolçunun zədələnməsi və məşqi buraxmasına görə əziyyət çəkdik. Problemlərimizdən çox danışmaq istəmirəm. İlk hissə bizə siqnal verildi ki, müdafiədə boşluqlar var. Oyunçuların verilən tapşırığı düzgün yerinə yetirməməsi asanlıqla hiss olunurdu. Fasilədə düzəliş etmək istədik. İkinci hissənin əvvəlində oyuna nəzarət etdik. Buraxdığımız ilk qol mənim üçün müəmmalıdır. Orada cərimə zərbəsi var idimi? Buna baxmaq lazımdır".

Hacıyev oyunun sonlarında rəqibin müdafiədəki boşluqlardan istifadə etdiyini söyləyib: "Keşlə"nin hücum xəttində kifayət qədər geniş seçim var. Biz isə Rauf Əliyev sarı vərəqə alsa da, meydanda saxlamağa məcburuq. İkinci hücumçumuz yoxdur. Oyunumuzda fərq hiss etdirməməyə çalışdıq. Amma rəqib keyfiyyət baxımından üstün idi. Onları təbrik edirəm".

Baş məşqçi yığma komandanın oyunları ilə əlaqədar yaranan fasilənin komandanın işinə yaramadığını sözlərinə əlavə edib: "Adil Nağıyev "Neftçi" ilə oyunda zədələndiyi üçün bir həftə məşq etmədi. Əslində, "Neftçi" ilə görüşün yerinin dəyişdirilməsində narahat idim. Amma başqa əlac da yox idi. Onların meydanı təmirə bağlanmışdı. Ardıcıl süni ot örtüyündə oynamaq oyunçular üçün çətin olur".

Mütəxəssis buraxdıqları qol epizodunda qapıçı Kamran Ağayevlə dialoqu barədə də danışıb: "Onu çağırmağımda səbəb odur ki, Kamran müzakirə aparmalı deyil. Rəqib tez başlayıb, qol vura bilərdi. Hansı ki, bunu etmək istədilər. Belə hallarda qapıçı müzakirə aparmamalı və yerinə qayıtmalıdır. Mən də bunu kənardan hiss edirdim. Orada cərimə zəribəsi var idimi? Rauf Cabarov oyunu yaxşı səviyyədə idarə etməyə çalışsa da, alınmadı. Bəzən birtərəfli qərarlar görsənirdi. Məncə, birinci qolda rəqib Kamranı itələyib cərimə meydançasından çıxartdı. Bütün hallarda "Keşlə" daha istəkli idi. Qələbələrinə kölgə salmaq istəmirəm".

16-10-2021, 18:00
20481
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
2-10-2021, 21:50
Aftandil Hacıyev:
Aftandil Hacıyev: "Neftçi"yə qarşı oyunda geridönüş etmək çətindir"
26-09-2021, 11:56
Aftandil Hacıyev:
Aftandil Hacıyev: "Kimi meydana buraxım?"
18-09-2021, 19:50
Aftandil Hacıyev:
Aftandil Hacıyev: "Bizim üçün belə məğlubiyyət gözləniləndir"
16-09-2021, 23:14
Qurban Qurbanov:
Qurban Qurbanov: “Düşünürəm ki, oyunçular sonadək tempi saxlaya bildilər“
12-09-2021, 21:03
Aftandil Hacıyev:
Aftandil Hacıyev: "Bu oyuna itkilərlə çıxmışdıq
21-08-2021, 20:40
Elmar Baxşıyev:
Elmar Baxşıyev: "Komanda planı yerinə yetirdi"
21-08-2021, 21:00
Sənan Qurbanov:
Sənan Qurbanov: "Çempionatın startı bizim üçün ürəkaçan deyil"
19-08-2021, 23:49
Samir Abasovdan gülməli açıqlama
Samir Abasovdan gülməli açıqlama
18-08-2021, 18:29
Qurban Qurbanov:
Qurban Qurbanov: "Əvvəllər bizi ciddiyə almırdılar, işimiz asanlaşırdı"
12-08-2021, 22:56
Qurban Qurbanov:
Qurban Qurbanov: "İçimdə prinsip var idi ki, bu rəqibə qalib gəlim"
13-07-2021, 19:40
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: "Artıq "Neftçi"nin zəif tərəflərini bilirik"
12-06-2021, 08:08
Şenol Güneş:
Şenol Güneş: "Rəqib bizdən üstün idi"
  Xəbər Lenti
Cerrard Çempionşip klubunun baş məşqçi postuna namizəddir - Xarici xəbərlər 16.10.2026, 17:22
"Qarabağ"ın futbolçuları üçün seminar keçirildi - FOTO 16.10.2026, 17:03
Azərbaycan klubları neçəncidir? - UEFA reytinqi 16.10.2026, 16:09
"Şəfa" "Şamaxı"nı məğlub edir, "Sumqayıt" "Araz-Naxçıvan"a qarşı - YENİLƏNİR 16.10.2026, 15:18
"KuPS" - "Trabzonspor" 2:4 - VİDEO 16.10.2026, 14:00
Dünya çempionatında daha bir gümüş medal qazandıq 16.10.2026, 13:04
Uesli Sneyder: "Mənim üçün deal hücumçu “Van Nistelroydu" 16.10.2026, 12:19
"Mingəçevir" - "Şimal" 1:4 - VİDEO 16.10.2026, 11:35
"Beşiktaş", "Milan" və "Yuventus"dan qələbə - Avropa Liqası 16.10.2026, 11:03
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb