



"Bavariya" evdə qalib gəldi - Almaniya Bundesliqası
Almaniya Bundesliqasında 21-ci turun oyunları keçirilir.
Futbolmedia.az xəbər verir ki, “Arminiya” doğma meydanda Mönxenqladbax “Borussiya”sı ilə qarşılaşıb. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Auqsburq” “Union”u, “Köln” “Frayburq”u, “Maynts” isə “Hoffenhaym”ı məğlub yola salıb. Beş qolun qeydə alındığı “Ştutqart” – “Ayntraxt” matçı isə qonaqların qələbəsiylə yekunlaşıb.
Turun mərkəzi matçında lider “Bavariya” “Leyptsiq”lə qarşılaşıb. Bu oyunda da qapılara beş qol vurulub və sonda Münhen təmsilçisi qələbə qazanıb.
Almaniya Bundesliqası
21-ci tur
5 fevral
"Arminiya" – "Borussiya" (Münxenqladbax) - 1:1
Qollar: Serra, 19 – Plea, 38.
"Auqsburq" – "Union" - 2:0
Qollar: Qreqoritş, 16. Han, 59.
"Köln" – "Frayburq" - 1:0
Qollar: Modeste, 23.
"Maynts" – "Hoffenhaym" - 2:0
Qollar: Sunq, 79. Nyakate, 83.
"Ştutqart" – "Ayntraxt" - 2:3
Qollar: Anton, 42. Kaladziç, 70 – Ndikko, 7. Hrustiç, 47; 77.
"Bavariya" – "Leyptsiq" - 3:2
Qollar: Müller, 12. Levandovski, 44. Qvardiol, 58-öz qapısına – A.Silva, 27. Nkunku, 53.
Azərbaycan Premyer Liqası






















