




Benzema qol sayına görə Ronaldonu geridə qoydu
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzama 2021-ci ildə vurulan qolların sayına görə İngiltərə "Mançester Yunayted"ində çıxış edən Kriştianu Ronaldunu üstələyib.
Futbomedia.az xəbər verir ki, 34 yaşlı hücumçu buna "Atletik"ə səfərdə 2:1 hesabı ilə qalib gəldikləri La Liqanın XXI tur oyununda nail olub.
"Kral klubu"nun hər iki qoluna imza atan fransalı forvard 2021-ci ildə 47 dəfə fərqlənib. Hazırda Ronaldunun aktivində 46 qol var.
Bu göstəriciyə görə, Almaniya "Bavariya"sının hücumçusu Robert Levandovski (69 qol) liderdir. İkinci və üçüncü pillələri hərəyə 49 qolla Fransa PSJ-sinin forvardı Kilian Mbappe və Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Erlinq Holann bölüşür.
Qeyd edək ki, Kərim Benzema cari mövsüm La Liqada 18 matçda meydanda olub, 15 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

№ | Komanda | o | x |
1 | Qarabağ | 27 | 57 |
2 | Neftçi | 27 | 56 |
3 | Zirə | 27 | 38 |
4 | Sumqayıt | 27 | 36 |
5 | Sabah | 27 | 26 |
6 | Qəbələ | 27 | 26 |
7 | Səbail | 27 | 24 |
8 | Keşlə | 27 | 23 |
№ | Komanda | o | x |
1 | Araz | 17 | 51 |
2 | Marafon | 17 | 39 |
3 | EKOL | 17 | 39 |
4 | Neftçi İK | 17 | 36 |
5 | Baku Fire | 17 | 28 |
6 | Bakı TFK | 17 | 17 |
7 | Premier Quba | 17 | 14 |
8 | Record club | 17 | 13 |
9 | Xızı Futzal | 17 | 12 |
10 | Yasamal İSK | 17 | 5 |
№ | Komanda | o | x |
1 | Neftçi-2 | 27 | 64 |
2 | Zaqatala | 27 | 56 |
3 | Turan-Tovuz | 27 | 51 |
4 | Sabah-2 | 27 | 45 |
5 | Qarabağ-2 | 27 | 34 |
6 | Keşlə-2 | 27 | 31 |
7 | Qaradağ Lökbatan | 27 | 29 |
8 | Kəpəz | 27 | 28 |
9 | Sumqayıt-2 | 27 | 22 |
10 | MOİK | 27 | 20 |