



Mahir Emreli "Legiya"nı "Qarabağ"a dəyişir?
"Legiya"da çıxış edən millimizin üzvü Mahir Emreli bu gün sabiq klubu "Qarabağ"ın bazasında olub.
Futbolmedia.az-ın əldə etdiyi məlumata görə, o, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla görüşüb.İstisna olunmur ki, millimizin üzvü bundan sonra karyerasını hazırkı mövsümün sonuna qədər icarə əsasında "Qarabağ"da davam etdirsin.
"Legiya" fanatlarının Ekstraklasanın 18-ci turunda "Visla"ya 0:1 hesablı məğlubiyyətdən sonra komandanın bəzi legioner futbolçularına hücumu nəticəsində başından xəsarət alan 24 yaşlı hücumçu Polşa təmsilçisindən ayrılmaq fikrindədir.
Qeyd edək ki, M.Emreli iyunda "Legiya" ilə 3 illik müqavilə imzalayıb.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
"Qalatasaray"ın hücumçusu əməliyyat olundu - Xarici xəbərlər 25.11.2026, 18:09
"Neftçi"nin futbolçuları üçün seminar keçirildi 25.11.2026, 17:07
"Şəfa" klubunda iclas oldu - Zaur Həşimov idtefaya göndəriləcəkmi? 25.11.2026, 16:15
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər 25.11.2026, 15:23
“Kalyari” “Napoli”nin hücumçusuna göz dikib - Transfer xəbərləri 25.11.2026, 14:05
"Fənərbaxça" "Şaxtyor"la, PSJ "Roma"ya qarşı - Çempionlar Liqası 25.11.2026, 13:14
“Çelsi”nin müdafiəçisi Fofana: "Həmin vaxt futbolu tərk etmək istəyirdim" 25.11.2026, 12:11
Ronaldodan 987-ci qol - 1000-ci qol çox az qaldı 25.11.2026, 11:37
"Sabah" "Barselona"ya qarşı - YENİLƏNİR 25.11.2026, 11:05
Azərbaycan Premyer Liqası





















