FutbolMedia.Az
  • 14:09 Şənbə
    17 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Bu günə kimi bağışlaya-bağışlaya gəlmişik"

"Sabah"ı təbrik edirəm. Onlara uğurlar arzulayıram. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Yaxşı futbol atmosferi var idi. Əvvəlki oyunlar daha bol qollu olmuşdu. Bu gün də yaxşı mübarizə oldu, sonluqlar çatmadı. Daha yaxşı oynamalıydıq, daha yaxşı oynaya bilərdik. Əfsuslar olsun ki, bunu bacarmadıq. "Sabah" qələbəyə layiq idi. Qarşıda sıx qrafikimiz var. Pozitiv notlarla irəliyə baxmalıyıq. Komandanın əvvəlki istəyini, oyun intizamını geri qaytarmalıyıq. Bəzi oyunçuların performansında çatışmazlıqlar var idi. Məşqlər pis getmir. "Sabah"a və bizə uğurlar arzulayıram".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 28-ci turunda "Sabah"a 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra bildirib. Qurban Qurbanov matçı şərh edərkən Çempionlar Liqasındakı ağır qrafikin və psixoloji amillərin komandaya təsirindən də danışıb.

Baş məşqçi Kadi, Zubir və Kevin Medina kimi aparıcı futbolçuların meydanda tez-tez müvazinətini itirməsinə belə reaksiya verib:

"Onlara deməmişdim sürüşərsiniz (gülür). Bəlkə onlar olan yer sürüşkən idi. Daha möhkəm dayanmaq lazımdır".

Mütəxəssis intizam qaydalarını pozduqları üçün əvəzedici heyətə göndərilən Elvin Cəfərquliyev, Abbas Hüseynov və Sami Mmae barədə danışarkən klub prinsiplərinin vacibliyini vurğulayıb:

"Məşqçi olaraq yorulmağı düşünməli deyiləm. Bəli, bir az çatışmazlıqlar, gərginliklər var. Səbəb olaraq demək istəmirəm. ÇL-də yaxşı nəticələr oldu. Yenidən çempionata toparlana bilmədilər, öz tempimizi geri qaytara bilmədik. Burada bəzi səbəblər var. Sıx qrafik var. Sanki daha çox bir yerdə məşq etməyimizə ehtiyac var idi. Amma neçə ay idi 3-4 gündən bir oyuna çıxırdıq. Oyun keyfiyyətimiz əvvəlki kimi deyildi. Səbəb deyil, amma bizə mane olan tərəflərdən biridir. İllər boyu bu cür oynamışıq. "Sabah" daha aktivdir, kompleks olaraq daha hazırlıqlıdırlar. Çempionatda get-gedə hamı bir-birini tanıyır. Bir komandaya qarşı bir neçə oyun keçirdikdə, ona qarşı daha inamlı olursan. Çempionatda komandalar öz qabiliyyətlərini yaxşılaşdırırlar, biz çempionata istədiyimiz kimi hazır ola bilmədik. Sanki fikir ÇL-ə köklənmişdi. Hər iki cəbhədə öz oyunmuzu qoruyub-saxlaya bilmədik. Görünən odur ki, mən yox, kollektivdə psixoloji olaraq yorğunçuluq var. Normal haldır. Dünya təcrübəsində də var. Bir məşqçi olaraq gələcəyə pozitiv baxmalıyıq. Çatışmazlıqları aradan qaldırmalıyıq".

18-04-2026, 22:37
7503
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
12-08-2025, 23:10
Qurban Qurbanov:
Qurban Qurbanov: “ÇL-də pley-off elə qrup kimidir”
22-12-2024, 19:42
Qurban Qurbanov:
Qurban Qurbanov: “2024-cü il “Qarabağ” üçün çox yaxşı oldu”
13-12-2024, 08:03
Qurban Qurbanov:
Qurban Qurbanov: "Futbolda elə bir qayda yoxdur ki, hər il daha yaxşısını etməlisən"
1-12-2024, 21:54
Qurban Qurbanov:
Qurban Qurbanov: "Psixoloji yorğunluğu aradan qaldırmaq çətindir"
29-09-2024, 22:01
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bilmirəm fikirlərimi nə cür çatdırım ki, düzgün qarşılansın"
20-04-2024, 19:37
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu barədə danışmasaq, daha yaxşı olar"
14-04-2024, 22:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bir komandaya qarşı 4 dəfə oynamaq bizim üçün maraqsızdır"
26-02-2024, 08:41
Qurban Qurbanov:
Qurban Qurbanov: "Nə olubsa, o oyunda olub"
11-02-2024, 22:11
Qurban Qurbanov:
Qurban Qurbanov: "Azarkeşlər sanki Azərbaycan çempionatından küsüblər"
8-12-2023, 22:20
Qurban Qurbanov:
Qurban Qurbanov: "Yerli futbolçularla çox ciddi maraqlanırıq"
24-02-2023, 08:28
Qurban Qurbanov:
Qurban Qurbanov: "Geriyə yol yoxdur, daha da irəli getmək istəyirik"
6-03-2022, 22:05
Qurban Qurbanov:
Qurban Qurbanov: "Əsl, bol qollu futbol alındı"
  Xəbər Lenti
“Liverpul” Endrik üçün yenə "Real"a müraciət edəcək - Transfer xəbərləri 17.10.2026, 12:22
Millimiz DÇ-2028-in əsas mərhələsindəki ilk matçında məğlub oldu 17.10.2026, 12:00
“Karvan-Yevlax” - “Gəncəbasar” 2:1 - VİDEO 17.10.2026, 11:07
İspaniya FİFA-nın sanksiyalarından CAS-a şikayət edəcək - Xarici xəbərlər 17.10.2026, 10:16
Millimizin üzvü Şeydayev oynadı, komandası qalib gəldi 17.10.2026, 09:14
Mahirin komandasından mövsümdə ikinci qələbə 17.10.2026, 08:03
“Sumqayıt”ın baş məşqçisi Filipe Kandido: "Qələbəyə layiq idik" 16.10.2026, 22:22
Yuri Maksimov: "Özümüzü çıxılmaz vəziyyətə saldıq" 16.10.2026, 21:50
"Şamaxı" - "Şəfa" 3:2 - VİDEO 16.10.2026, 18:55
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb