



La Liqada tarixi rekorda imza atdı - Xarici xəbərlər
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasında qələbə sayına görə yeni rekorda imza atıb.
Futbolmedia.az xəbər verir ki, argentinalı mütəxəssis buna ölkə çempionatının 13-cü turunda “Xetafe” üzərində qazanılan 3:0 hesablı qələbədən sonra nail olub.
Madrid klubunun rəsmi saytının məlumatına görə, bu, Simeonenin La Liqada baş məşqçi kimi 345-ci qələbəsi olub (567 matçda).
O, bununla da Luis Araqonesin rekordunu yeniləyib. Araqones 756 matçda 344 qələbə qazanmışdı.
Simeonenin La Liqadakı ümumi göstəricilərində 123 heç-heçə və 99 məğlubiyyət də var.
Qeyd edək ki, 2011-ci ildən “Atletiko”nu çalışdıran 56 yaşlı mütəxəssis İspaniyada yalnız bu komandaya rəhbərlik edib.
“Atletiko” cari mövsüm La Liqada keçirdiyi 13 oyunda 31 xa
Azərbaycan Premyer Liqası






















