FutbolMedia.Az
  • 12:34 Şənbə
    31 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Valdas Dambrauskas:

Valdas Dambrauskas: "Oyunçularımla fəxr edirəm"

"Liqanın bitməsinə bir ay qalmış çempion olduq. Hamısı oyunçuların əməyidir. Onlar meydanda can qoyurlar. Mövsüm boyu necə ac olduqlarını, necə can yandırdıqlarını göstərdilər. Onlar bütün qalibiyyətlərə layiq idilər".

Futbolmedia.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun finalında "Zirə" ilə baş tutan matçdan (2:1) sonra keçirilən mətbuat konfransında deyib. Mütəxəssis matçı belə şərh edib:

"Oyunçularımı təbrik edirəm. Onlara bugünkü oyuna görə yox, mövsüm ərzində keçirdikləri oyunlara görə təbrik edirəm. Onlar qəhrəmandırlar. Bu mövsüm biz mükəmmələ yaxın mövsüm keçirdik. İki titulu da əldə etdik, 33 oyunda məğlubedilməzlik seriyamız var idi. Liqada dominant oyun göstərdik. Liqanın bitməsinə bir ay qalmış çempion olduq. Hamısı oyunçuların əməyidir. Onlar meydanda can qoyurlar. Mövsüm boyu necə ac olduqlarını, necə can yandırdıqlarını göstərdilər. Onlar bütün qalibiyyətlərə layiq idilər.

Məşqçi heyətimə, həkimlərə, bizim meydançalara qulluq edənlərə, xadimələrə, mövsüm ərzində çalışan hər kəsə təşəkkür edirəm. Xüsusilə də klub rəhbərliyinə minnətdaram. Hər zaman yanımızda idilər. Ramin Həsənova xüsusi təşəkkür edirəm, həmişə yanımızda oldu, bizə dəstək oldu. Çalışdığım 10-cu klubdur. Bu cür gözəl klubda necə xüsusi insanlar işləyir, möhtəşəm atmosfer var, inanılmaz klubdur. "Zirə"ni təbrik edirəm. Çox yaxşı komandadır. Bu gün baş məşqçi işi görünən komandadır. Hesabı açsalar da, öz qapılarına doğru çəkilib müdafiə olundular. Matçdan həzz aldım. Qalib tərəf də biz olduq. Sizlərə də təşəkkür edirəm, hər zaman mətbuat konfranslarına gəlirsiniz. Əziyyət çəkirsiniz, Azərbaycan futbolu haqda məlumatlar çatdırırsınız".

- Özünüz seçsəydiniz, hansı qolu daha çox qiymətləndirərdiniz? Hansı qolunuz daha gözəl idi?

- Çox yaxşı sualdır. Təşəkkür edirəm. Yaxşı oyun göstərmək oyunçularımın vəzifəsidir. Çalışıram ki, həmişə yaxşı oynayaq, azarkeşlər üçün hücumameyilli oyun göstərək. Azarkeşlərimiz futbolumuzdan həzz alsın. Hansı rəqibə qarşı oynayırıq, fərqi yoxdur. Seçim etsəm, hər iki qol çox önəmlidir. Biri olmasaydı, qələbə qazanmayacaqdıq. Hər ikisi fantastik qol idi. Bu qələbələrin arxasında komanda işi var. Məsələn, Mikels mövsüm boyu möhtəşəm oynadı, o olmayanda Kahim Parris, Xəyal Əliyev var idi, onu çox yaxşı əvəzlədi, çox önəmli qollar vurdular. Futbolçularım həqiqətən qəhrəmandırlar. Fəxr edirəm ki, bu cür oyunçularım var.

13-05-2026, 22:22
11571
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
30-04-2026, 22:32
Qurban Qurbanov:
Qurban Qurbanov: "Həmişə çempion olmalıyıq deyə qayda yoxdur"
18-04-2026, 22:24
Valdas Dambrauskas:
Valdas Dambrauskas: "Nümunəvi oyun oldu, qələbəyə layiq idik"
16-02-2026, 20:20
Valdas Dambrauskas:
Valdas Dambrauskas: "Qarabağ"ı başa düşmək olar"
13-12-2025, 19:00
Valdas Dambrauskas:
Valdas Dambrauskas: “Möhtəşəm oyun göstərdik, qələbəyə layiq idik”
24-08-2025, 20:17
Dambrauskas:
Dambrauskas: “Sualınız mənə təəccüblü gəldi”
14-08-2025, 23:09
Valdas Dambrauskas:
Valdas Dambrauskas: "Daha ağıllı həll yolu tapmalıyıq"
31-05-2025, 22:02
Qurban Qurbanov:
Qurban Qurbanov: "Mövsüm bizim üçün gərgin keçdi"
8-11-2024, 08:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Zəfər Gününə görə bütün Azərbaycan bizdən qələbə gözləyirdi"
1-12-2023, 09:22
Erlinq Moe:
Erlinq Moe: "Bu gün "Qarabağ"dan daha yaxşı idik"
24-10-2022, 17:02
Mourinyo:
Mourinyo: "Qələbəyə layiq olmayan "Napoli"ni təbrik edirəm"
4-09-2022, 22:46
Elmar Baxşıyev:
Elmar Baxşıyev: “Mövsümdə ən yaxşı oyunumuzu keçirdik"
4-06-2022, 14:00
Milan Obradoviç:
Milan Obradoviç: "Futbolçularımla fəxr edirəm"
  Xəbər Lenti
“Araz-Naxçıvan” “Zirə”yə, “Qəbələ” “Qarabağ”a qarşı - YENİLƏNİR 31.10.2026, 12:00
“Sabah”ın Çempionlar Liqasındakı rəqibi "Vikinq" də məğlub oldu 31.10.2026, 11:04
"Araz-Naxçıvan" Çempionlar Liqası ilə vidalaşdı 31.10.2026, 10:15
“Qalatasaray” səfərdə rəqibinə acımadı - Türkiyə Superliqası 31.10.2026, 09:11
"Turan Tovuz" - "Sabah" 3:2 - VİDEO 31.10.2026, 08:10
Dambrauskas: "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" 30.10.2026, 21:28
Kurban Berdıyevdan qələbə şərhi 30.10.2026, 21:20
Azərbaycan çempionu 1/8 finala yüksələ bilər 30.10.2026, 18:07
“Sumqayıt”ın keçmiş hücumçusu Momo Yansanen Hindistan klubunda 30.10.2026, 17:05
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
6-10-2026, 12:10
"Sabah"ın qapıçısı Amin Ramazanov: "Neftçi" ilə oyunda azarkeşlər gözəl matç izaləyəcək." (Özəl Açıqlama)
2-10-2026, 15:23
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
2-10-2026, 16:05
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
6-10-2026, 09:11
"Şamaxı"nın hücumçusu Abdullahi Şaybu: "Düşünürəm ki, bizim üçün asan olmayacaq" (Özəl Açıqlama)
2-10-2026, 17:00
Türkiyə millisində ciddi itki -
Türkiyə millisində ciddi itki - Millətlər Liqası
1-10-2026, 14:36
“Yuventus”un yarımmüdafiəçisi İngiltərə klubuna keçə bilər -
“Yuventus”un yarımmüdafiəçisi İngiltərə klubuna keçə bilər - Transfer xəbərləri
1-10-2026, 19:22
Joao Feliks agentindən “Barselona”ya xəbər göndərib -
Joao Feliks agentindən “Barselona”ya xəbər göndərib - Transfer xəbərləri
1-10-2026, 17:27
Maykl Cordana məxsus forma 12,26 milyon dollara satıldı -
Maykl Cordana məxsus forma 12,26 milyon dollara satıldı - Xarici xəbərlər
1-10-2026, 14:05
Şotlandiya (U-21) – Azərbaycan (U-21) 5:2 -
Şotlandiya (U-21) – Azərbaycan (U-21) 5:2 - VİDEO
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb