



Buffon İtaliya millisinə qayıdır?
İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon yenidən yığmada çalışmağa başlaya bilər.
Futbolmedia.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, İtaliya Futbol Federasiyasının texniki direktoru Paolo Maldini sabiq qolkiperə ölkənin bütün milli komandalarının fəaliyyətini əlaqələndirəcək rəhbər vəzifələrdən birini təklif etmək niyyətindədir. Federasiyanın 48 yaşlı Buffona təklif etməyə hazırlaşdığı yeni vəzifə onun əvvəlki işindən fərqli olacaq. Maldini yaxın günlərdə mümkün əməkdaşlığı müzakirə etmək üçün onunla əlaqə saxlayacaq.
Buffon bu ilin martında, İtaliya millisinin Bosniya və Herseqovinaya uduzduğu 2026-cı il dünya çempionatının pley-off matçından sonra tutduğu vəzifədən ayrılmışdı.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
Dambrauskasla Hans Flikin mətbuat konfranslarının vaxtı bilindi 23.11.2026, 18:15
Yamal “Sabah”la matçı buraxacaq 23.11.2026, 17:28
"Sumqayıt" yaponiyalı futbolçu ilə yollarını ayırdı 23.11.2026, 17:00
Kamal Umudlu "Dinamo" - "Benfika" matçını idarə edəcək 23.11.2026, 16:02
“Rakuv”un baş məşqçisi Azərbaycan millisinin hücumçusu Mahir Emrelidən danışdı 23.11.2026, 15:18
Bəhlul Mustafazadə: "Mənfi seriyaya son qoymaq üçün əlimizdən gələni edəcəyik" 23.11.2026, 14:33
"Neftçi"nin futbolçusu: “Hədəfimiz qış çempionu olmaqdır” 23.11.2026, 14:07
"Sabah"la matçda "Barselona"ya kömək edə bilməyəcək 23.11.2026, 13:15
Qurban Qurbanov karyerasında 900-cü oyuna çıxdı 23.11.2026, 12:40
Azərbaycan Premyer Liqası






















