



Çezare Prandelli yenidən İtaliya yığmasına qayıdır - Xarici xəbərlər
İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelli yığmaya qayıdacaq.
Futbolmedia.az xəbər verir ki, "La Gazzetta dello Sport" məlumat yayıb.
Prandelli bu dəfə İtaliya millisinin texniki direktoru olacaq. O, komandanın klublarla qarşılıqlı əlaqəsini koordinasiya edəcək.
Prandelli vəzifəsinin icrasına 2025-ci ilin iyun ayında başlayacaq. 67 yaşlı mütəxəssis bu yaxınlarda vəzifəsindən ayrılan Demetrio Albertini əvəz edəcək.
Çezare Prandelli 2010-2014-cü illərdə İtaliya millisinin baş məşqçisi olub. O, 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatındakı uğursuzluqdan sonra istefa verib.
Xəbər Lenti
Dambrauskasla Hans Flikin mətbuat konfranslarının vaxtı bilindi 23.11.2026, 18:15
Yamal “Sabah”la matçı buraxacaq 23.11.2026, 17:28
"Sumqayıt" yaponiyalı futbolçu ilə yollarını ayırdı 23.11.2026, 17:00
Kamal Umudlu "Dinamo" - "Benfika" matçını idarə edəcək 23.11.2026, 16:02
“Rakuv”un baş məşqçisi Azərbaycan millisinin hücumçusu Mahir Emrelidən danışdı 23.11.2026, 15:18
Bəhlul Mustafazadə: "Mənfi seriyaya son qoymaq üçün əlimizdən gələni edəcəyik" 23.11.2026, 14:33
"Neftçi"nin futbolçusu: “Hədəfimiz qış çempionu olmaqdır” 23.11.2026, 14:07
"Sabah"la matçda "Barselona"ya kömək edə bilməyəcək 23.11.2026, 13:15
Qurban Qurbanov karyerasında 900-cü oyuna çıxdı 23.11.2026, 12:40
Azərbaycan Premyer Liqası























