FutbolMedia.Az
  • 06:14 Cümə axşamı
    30 Aprel 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: “Transferə ehtiyacımız var”

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab görüşlərində keçirilən "Şelburn"la matçı (1:0) şərh edib.

Futbolmedia.az xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Növbəti mərhələyə keçdik, iki qələbə qazandıq. Bu gün tam razı qaldığım məqamlar olmadı. Ancaq futbolçulara bir o qədər də irad bildirə bilmədim. Çünki öz optimal formalarından uzaqdırlar. Sadəcə onların yanında olub, bəzi çatışmazlıqları aradan qaldırmalıyıq. Rəqib ciddi komandadır, məğlub olmağı xoşlamır. Bu gün də bunu gördük. İrlandiyadakı oyunda uduzsalar da, burada çox motivasiyalı, istəkli idilər. 1:0-dan sonra üzərimizə gəldilər, əl çəkmədilər. Möhtəşəm azarkeşlərimiz var idi. Onları hər zaman stadionda bu qədər görmək çox xoşdur, motivasiyadır. Sabah üç komandamız oynayacaq, hər üç komandamıza uğurlar arzulayıram. Allah qoysa, sərfəli nəticələr qazanarlar.

- Yeni oyunçuların adaptasiyası necə gedir?

- Normaldır. Məşqlərdə pis deyillər. Düzdür, texniki və fiziki tam hazır deyillər. Amma bir neçə oyun lazımdır ki, adaptasiya olsunlar. Amma vacib odur ki, kollektivə uyğunlaşsınlar, nə qədər futbolçularla dialoqda olsalar, oyuna girmək asan olur. Normaldır.

- Kadi Borges yenidən vinger kimi oynayacaq, yoxsa bugünkü kimi orta sahədə oynayacaq?

- Kadi universal futbolçudur. Hətta onun karyerasında bu mövqedə oynayıb, sonradan hücumameyilli olub. Həm rəqibə uyğun, həm bizə lazım olan anlarda istənilən mövqedə oynayır. Bu cür oyunçuların faydası çoxdur.

- Marko Yankoviçin yoxluğu hiss edilirdi?

- Yankoviç digərləri kimi bizim vacib oyunçularımızdan biridir. Amma əfsuslar olsun ki, futbolda zədə, cəza olur. Olmayanda, digər futbolçular bu mövqedə oynamağa hazırdırlar. Hər bir futbolçunun sağlam olması həm mənim məşq prosesimi yaxşılaşdırır, həm də oyuna hazırlığımı asanlaşdırır. Allah qoysa, tez bir zamanda dönəcək, öz mövqeyində yəqin ki, oynayacaq. Kadi Borges Yankoviçin mövqeyində oynayırdı. Digərləri də orta sahədə faydalı iş gördülər.

- Əcnəbi hücumçu gələcək?

- Bu gün əlimizdə konkret xəbər yoxdur. Şablon cavab verəcəyəm. Çox istəyirik ki, bir neçə futbolçu dəvət edək. Son transfer pəncərəsinə kimi çalışacağıq ki, transfer edək. Buna ehtiyacımız var. Futbolçu sayı baxımından və keyfiyyət baxımından. Olmasa da, indiki oyunçularımızdan razıyam. Sadəcə bu gün ən azından KL-in qrupunu təmin etdik. Futbolçu sayı, özü də keyfiyyətli futbolçu sayı çox lazım olacaq ki, avrokuboklarda da tempimizi qoruyaq. Transferləri mütləq etmək istəyirik.

- "Qarabağ"da penaltilərlə bağlı sindrom qalıb. Kadi Borges fərqlənə bilmədi...

- Bəlkə də qapıçını aldatmaq istəyirdi, qapıçı onu aldatdı. Penalti o dərəcədə hansısa bir futbolçunun üzərinə gedəsi element deyil. Ən böyük oyunçular da penalti qaçırıblar. Bizim yaxşı penalti vuran oyunçularımız var. Toral Bayramov 15 penaltini bəlkə dalbadal vurub. Kadi çempionat oyununda da vurmamışdı. Amma əvvəllər vurub. Bəlkə hesab 0:0 olsaydı, vuracaqdı. Qapıçıları da nəzərə almaq lazımdır.

- Kevin Medinanı sarı vərəqədən sonra əvəzlədiniz. Yeni transferi yoxlayırdınız?

- Mmaeyə şans yaratmaq istəyirdik. Həm də Medinanı riskə atmaq istəmədik. Rəqibin oyun üslubu elədir ki, hücumçu hündürboyludur, istər-istəməz sarı vərəqə almaq ehtimalı çox idi. Həm də Mmaeyə şans yaratdıq.

- "Qarabağ" tam gücü ilə oynadı, yoxsa əsas gücünü növbəti oyunlara saxladı?

- Belə bir şey yoxdur ki, tam gücümüz olsun, hamısından istifadə etməyək. Sadəcə hazırlıq o səviyyədə deyil. Lazımı qədər güc sərf etdik.

- Komandanız ardıcıl 12-ci ildir ki, avrokubokda mövsümə vəsiqə qazanır. Bu mövsüm "Qarabağ"dan nə gözləyək?

- 12 ilin olması stabillikdir. Həm çempionatda, həm avrokuboklarda biz daha artığını istəyirik. Əgər şansımız varsa, bundan istifadə edəcəyik, hazırlaşacağıq. Hər bir halda qruplarda oynamaq neçə ölkənin futbolunun burada canlı görmək deməkdir. Futbolu Azərbaycanda sevdirmək, insanları yaxşı istirahətə cəlb etmək yaxşıdır. Məğlubiyyətlər olsa da, hamı gəlir cəm şəkildə birlikdə olur, Azərbaycan, "Qarabağ" deyə qışqırırlar. Hələ nə qədər oyun olacaq. Gələcək futbolun inkişafı üçün böyük təkan və motivasiyadır. Həm də, yaxşı, gənc uşaqların futbola cəlb olunması üçün motivasiyadır. Ailələrin uşaqları futbola göndərməsi üçün yaxşı motivasiyadır. Nəticələrə qaldıqda, payızda bilmirəm nə deyə bilərik. Çalışacağıq ki, keçən mövsümkündən daha yaxşı çıxış edək. Asan deyil. Avropada futbol çox inkişaf edib. Çempionatda oyunlar belə atmosferdə olsa, yaxşı meydançada

30-07-2025, 23:01
8307
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
27-04-2025, 22:36
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bəzi yazılar həqiqəti əks etdirmir"
11-02-2025, 22:09
Qurban Qurbanov:
Qurban Qurbanov: “Bir aya Kadini əvvəlki formasına qaytaracağıq”
4-05-2024, 22:58
Qurban Qurbanov:
Qurban Qurbanov: "Neftçi"yə qarşı hamı istəkli oynayır"
12-11-2023, 22:10
Qurban Qurbanov:
Qurban Qurbanov: "Millilərin oyununa görə fasilə futbola böyük zərbədir"
31-08-2023, 23:20
Qurban Qurbanov:
Qurban Qurbanov: "Püşkdə böyük klublar düşsə, sevinəcəm"
5-03-2023, 20:25
Qurban Qurbanov:
Qurban Qurbanov: “Heyətimizin hər zaman genişlənməsinə ehtiyac var”
17-02-2023, 01:09
Qurban Qurbanov:
Qurban Qurbanov: "Onlarda geriyə addım yox idi, ancaq irəli gedirdilər"
8-12-2022, 23:05
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bəlkə də "Qəbələ" qələbəyə layiq idi"
24-08-2022, 08:20
Qurban Qurbanov:
Qurban Qurbanov: "Elə oyunlar olub ki, hamı "Şahruddin" qışqırıb"
16-12-2021, 21:40
Qurban Qurbanov:
Qurban Qurbanov: "Futbolçularım özlərini kişi, əsl idmançı kimi apardılar"
30-06-2021, 22:08
Qurban Qurbanov:
Qurban Qurbanov: "Transferlərə həddindən artıq çox pul istəyirlər"
26-06-2021, 21:50
Qurban Qurbanov:
Qurban Qurbanov: "Kiçik problemlərimiz var"
  Xəbər Lenti
Anri : "PSJ – “Bayern” matçından zövq aldım" 29.04.2026, 19:12
“Real”da baş məşqçi postuna Joze Mourinyo və Yurgen Klopp namizəd oldu - Xarici xəbərlər 29.04.2026, 18:12
Tovuzda avrokubok həyəcanı: 32 illik həsrətə son qoyulur? - VİDEO 29.04.2026, 17:03
"Bayer" müdafiəçisi ilə yeni müqavilə imzaladı - Transfer xəbərləri 29.04.2026, 16:20
"Neftçi" - "Qarabağ" matçından yaşananlara görə cərimələr açıqlandı 29.04.2026, 15:35
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək 29.04.2026, 14:38
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı 29.04.2026, 14:06
Azər Bağırov: “Rəhbərliklə bəzi danışıqlarımız olub” 29.04.2026, 13:18
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi” 29.04.2026, 12:16
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
4-04-2026, 07:19
Hakim Əliyer Ağayevdən
Hakim Əliyer Ağayevdən "Turan Tovuz"a qarşı şərəfsizlik, Ehtiram Quliyevdən haqlı irad - YAZI
8-04-2026, 15:57
"İmişli" klubunu ayaqda saxlayan, yaşadan Kamran Eyyubov -YAZI
1-04-2026, 17:15
Gəncə futbolunu və
Gəncə futbolunu və"Kəpəz"i yüksəlişə aparan rəhbərlik və idarə heyəti - YAZI
23-04-2026, 15:09
"Real"ın futbolçusu Arda Güler sıradan çıxdı - Xarici xəbərlər
22-04-2026, 13:15
“Sabah” “Qarabağ”a qarşı –
“Sabah” “Qarabağ”a qarşı – YENİLƏNİR
22-04-2026, 10:13
"Qarabağ" akademiyasının rəsmiləri İsveçrədə - FOTO
22-04-2026, 15:09
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
22-04-2026, 11:01
"Çelsi" 32 il sonra antirekordunu təkrarladı - Xarici xəbərlər
23-04-2026, 11:31
“Real”da Dani Karvahalla baş məşqçi Alvaro Arbeloa arasında qalmaqal -
“Real”da Dani Karvahalla baş məşqçi Alvaro Arbeloa arasında qalmaqal - Xarici xəbərlər
20-04-2026, 15:44
Salah  “Liverpul”la vidalaşdı -
Salah “Liverpul”la vidalaşdı - Xarici xəbərlər
20-04-2026, 17:08
Klopp Almaniya milli komandasını çalışdırmağa yaxındır -
Klopp Almaniya milli komandasını çalışdırmağa yaxındır - Xarici xəbərlər
22-04-2026, 16:12
"Qarabağ"ın qapıçısı Fabyan Buntiç Avropa klublarının diqqətini çəkib
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb