FutbolMedia.Az
  • 03:43 Çərşənbə axşamı
    28 İyul 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Kaxaber Sxadadze:

Kaxaber Sxadadze: "Heç bir halda arxayınlaşmaq olmaz"

"Qəbələ" Misli Premyer Liqasının 33-cü turunda səfərdə "Şamaxı"nı 3:1 hesabı ilə məğlub edib.

Futbolmedia.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Sxadadze matçdan sonra oyun barədə fikirlərini bölüşüb:

"Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Son oyun idi. Düzdür, matçın nəticəsinə görə turnir cədvəlində hansısa dəyişiklik olmayacaqdı. Azarkeşləri sevindirmək istəyirdik. Bizi sona qədər dəstəklədiklərinə görə onlara təşəkkür edirəm. Gözəl qollar vurduq, qələbə qazandıq. Son oyunlar pley-off matçı öncəsi bizə özünəinam baxımından kömək olmalıdır. Heç bir halda arxayınlaşmaq olmaz. "Şamaxı"nın bir neçə aparıcı oyunçusu bu gün meydanda yox idi. Buna baxmayaraq bizim futbolçuların oyuna köklənməsi yaxşı idi. Bu, bizi sevindirir. Qarşıdakı pley-off matçına ciddi hazırlaşmalıyıq. Rəqibimiz sabah məlum olacaq. Bir həftə ərzində həmin görüşə hazırlaşacağıq".

- Bu matçda pley-offu düşünüb hansısa taktiki gedişlər və ya rotasiyalar etdiniz?

- Rəqibin kim olduğunu bilmədiyimiz üçün hansısa taktiki dəyişiklik etməmişdik. Sabah rəqibi biləcəyik. Oyuna hazırlaşmaq üçün vaxtımız olacaq. Potensial rəqiblərin hamısının oyunlarını izləyirik.

- Rəqibin hansı komanda olmasını istəyirsiniz?

- Oyuna hazırlaşacağıq. "Səbail" üç mərkəz müdafiəçisi ilə oynayır. "Mingəçevir"in taktiki sxemi bəzi matçlarda dəyişir.

- Sabah Mingəçevirdəki oyunda olacaqsınız?

- Yəqin ki, olacağam.

- "Qəbələ" ötən mövsüm 1-ci liqada rahat çempion oldu. Premyer Liqa ilə 1-ci liqa arasında səviyyə fərqi böyükdür. Pley-off oyununda futbolçularda arxayınlıq olar bilər?

- Heç bir halda ola bilməz. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Futbolçularıma bunu demişəm. Onlar da çox yaxşı başa düşürlər. Bizim öz məqsədimiz var. Arxayınlaşa bilmərik. Tam fərqli matç olacaq. Final oyunudur. Belə qarşılaşmada hər addım çox vacibdir. Bunu başa düşürük. Son oyunlar turnir cədvəli baxımından bizə heç nə vermirdi. Amma biz bu görüşlərə pley-offa hazırlıq kimi baxırdıq. Futbolçuların gözünə baxanda görürəm ki, onlar qarşıdakı oyuna nə dərəcədə ciddi yanaşırlar.

- Pley-off matçının hansı stadionda keçirilməsini istəyərdiniz?

- Bu, çox vacib oyundur. Ümid edirəm ki, qarşılaşma Premyer Liqa səviyyəsində stadionda, təbii ot örtüklü meydançada olacaq. Bakıda, Sumqayıtda, Tovuzda yaxşı stadionlar var. Səhv etmirəmsə, Tovuz şəhər stadionu təmirə bağlanıb. İnanıram ki, oyun yaxşı stadionda keçiriləcək.

21-05-2026, 21:40
8952
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
15-05-2026, 20:24
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: "Daha çox qol vura bilərdik"
3-05-2026, 21:05
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: "O qola qədər rəqibin təhlükəli epizodları yox idi"
25-04-2026, 21:11
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: "Sübut etdik ki, olduğumuz yerə layiq deyilik"
19-04-2026, 20:21
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: "Məğlubiyyətə görə azarkeşlərdən üzr istəyirik"
5-04-2026, 18:20
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: "Onlardan xahiş etdim ki, bunu etməsinlər"
5-03-2026, 22:36
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: "Belə xarakter hər komandaya nəsib olmur"
29-01-2026, 08:04
Qurban Qurbanov:
Qurban Qurbanov: "Liverpul"la bir də qarşılaşsaq, daha yaxşı oynayarıq"
30-11-2025, 20:10
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: “Qırmızı vərəqə alaraq bizi xal itkisindən xilas etdi”
5-10-2025, 22:00
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: “Səhvlərimizi etiraf edirik“
26-09-2025, 22:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Qarşıdakı matçı düşünsək, oyunumuz alınmaz"
18-05-2024, 20:31
Bojoviç:
Bojoviç: "Sabah"la oyunda yalnız qələbə haqda fikirləşəcəyik"
14-04-2024, 22:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bir komandaya qarşı 4 dəfə oynamaq bizim üçün maraqsızdır"
  Xəbər Lenti
Neymar yenidən qalmaqal mərkəzində - Xarici xəbərlər 27.07.2026, 18:06
"Qarabağ" Futbol Klubunun Fan Shop mağazası 28 Mall-da fəaliyyətə başlayacaq 27.07.2026, 17:45
“Zirə” 2 yerli oyunçunu 2 legionerlə əvəzlədi - Konfrans Liqası 27.07.2026, 17:05
"Roma"dan 35 milyon avroluq hücumçu transferi - Xarici xəbərlər 27.07.2026, 16:12
Makqreqor bir illik sıradan çıxıb 27.07.2026, 15:29
"Fiorentina" "Qarabağ"ın müdafiəçisini transfer etməyə hazırlaşır 27.07.2026, 14:30
“Nyukasl”ın futbolçusu Bruno Gimarayeş “Arsenal”a keçməyə yaxındır - Transfer xəbərləri 27.07.2026, 14:03
"Turan Tovuz" Türkiyə klubuna qarşı 27.07.2026, 13:11
“Napoli” Lukakunu onunla əvəzləmək istəyir - Transfer xəbərləri 27.07.2026, 12:14
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-07-2026, 17:10
ÇSKA -
ÇSKA - "Qarabağ" matçının biletləri satışa çıxarıldı
24-07-2026, 19:15
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu -
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu - Xarici xəbərlər
24-07-2026, 18:11
"Zirə"dən ayrılan Leroy Mikels Almaniya klubuna keçdi - Transfer xəbərləri
25-07-2026, 18:06
De Bruyne “Napoli”dən ayrıla bilər -
De Bruyne “Napoli”dən ayrıla bilər - Xarici xəbərlər
25-07-2026, 15:30
"Çelsi" 18 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır - Transfer xəbərləri
25-07-2026, 17:04
"Mançester Siti" özbəkistanlı müdafiəçi ilə müqavilə imzaladı - Transfer xəbərləri
25-07-2026, 16:12
"Turan Tovuz" akademiya üçün futbolçular seçdi
25-07-2026, 14:06
“Atletiko” cənubi koreyalı futbolçunun transferini razılaşdırıb -
“Atletiko” cənubi koreyalı futbolçunun transferini razılaşdırıb - Transfer xəbərləri
25-07-2026, 11:30
Azərbaycanlı hücumçu Rüfət Dadaşov oynadı, komandası uduzdu
Azərbaycanlı hücumçu Rüfət Dadaşov oynadı, komandası uduzdu
25-07-2026, 09:06
İtaliya millisi Pirloya tapşırıldı -
İtaliya millisi Pirloya tapşırıldı - Xarici xəbərlər
24-07-2026, 13:22
“Mançester Yunayted” “Tottenhem”in və İngiltərə millisinin müdafiəçisi -
“Mançester Yunayted” “Tottenhem”in və İngiltərə millisinin müdafiəçisi - Transfer xəbərləri
24-07-2026, 13:33
Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb