FutbolMedia.Az
  • 06:06 Bazar
    18 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Yuri Vernidub:

Yuri Vernidub: "Hədəfimizə çatdıq, bu gün çox xoşbəxtəm"

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 32-ci turunda "Sabah"a qalib gəldikləri matç (2:1) haqda danışıb.

Futbolmedia.az
xəbər verir ki, baş məşqçi qarşıya qoyulan ilkin hədəfə çatdıqlarını vurğulayıb:

"Düşünürəm ki, bu, bizim üçün çox gözəl axşamdır. Qarşımıza qoyulan maksimum tapşırığın öhdəsindən layiqincə gəldik və hədəfimizə çatdıq".

Ukraynalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandıraraq gələcək hədəflərə aydınlıq gətirib:

- Komandaya gələrkən "Neftçi" avrokuboklar zolağından kifayət qədər uzaq idi. Bu işi üzərinizə götürərkən əmin idiniz ki, bu işin öhdəsindən gələcəksiniz?

- Mən Bakıya gələndə rəhbərlik tərəfindən qarşıma qoyulan əsas məqsəd "Neftçi"nin avrokuboklarda çıxış etməsini təmin etmək idi. Düzdür, həmin ərəfədə dördüncü pillədən çox uzaqlaşmışdıq. Amma bunun reallaşdırılmasının mümkün olduğuna inanırdım. Gəldikdən iki matç sonra çempionatda yaranan fasilə bizim karımıza gəldi. Həmin müddətdən maksimum yararlanaraq oyunçularımı daha yaxından tanımaq, potensiallarını görmək şansım oldu. İndi sizə səmimi qəlbdən deyirəm ki, bu gün mən çox xoşbəxt insanam.

- Motivasiya amili öz yerində, ancaq baş məşqçi komandada əsas olaraq nəyi dəyişdi ki, bu cür uğurlu seriya başladı?

- İlk növbədə işə hər bir futbolçu ilə fərdi söhbətlər aparmaqla başladım. Daha sonra komanda daxilindəki nizam-intizamı tam qaydasına saldıq. Biz dərk etməli idik ki, "Neftçi"yik və hər bir matçda meydana birinci nömrə kimi çıxmalıyıq. Ən azından bu çempionatın ən güclü komandaları olan "Qarabağ" və "Sabah" səviyyəsində görünməli idik. Mən öz oyunçularıma inandım, onlar da mənə güvəndilər. Fürsətdən istifadə edib klubun bütün işçi heyətinə də dərin təşəkkürümü bildirirəm, onlar da bu müddətdə əllərindən gələnin ən yaxşısını etdilər. Rəhbərliyə isə xüsusi minnətdaram, çünki hər zaman yanımızda oldular. Belə nəticələrin əldə edilməsində birlik amili həlledici rol oynayır və qələbəmizin əsas təminatçısı da məhz budur.

- Mövcud heyətlə avrokuboklarda istənilən uğuru qazanmaq mümkündürmü?

- Hazırda bəzi futbolçuların müqavilə müddəti başa çatır, bəzilərinki isə hələ davam edir. Bütün bu məsələləri yalnız mövsüm tam bitdikdən sonra ətraflı şəkildə dəyərləndirəcəyik. Təbii ki, komandaya yeni nəfəs lazımdır. Heç istəməzdim ki, avrokuboklarda cəmi bir mərhələ oynayıb məğlubiyyətlə geri dönək. Qarşıda bizi həddindən artıq böyük və ciddi işlər gözləyir. Yeni hədəflərə çatmaq üçün hər kəs əvvəlkindən daha çox çalışmalıdır.

17-05-2026, 20:17
10353
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
10-05-2026, 22:20
Yuri Vernidub:
Yuri Vernidub: "Sabah"la yalnız nəticəyə oynayacağıq"
10-05-2026, 20:00
Kurban Berdiyev:
Kurban Berdiyev: "Ən aşağı nöqtədən başladıq, indi avrokuboklara gedirik"
30-04-2026, 22:50
Yuri Vernidub:
Yuri Vernidub: "Hörmətsizlik deyil, sadəcə yorğunam"
12-04-2026, 09:21
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
11-04-2026, 22:46
Yuri Vernidub:
Yuri Vernidub: "Hər oyun bizim üçün final kimidir"
30-03-2026, 20:07
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Ukrayna millisinə namizəd oldu
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Ukrayna millisinə namizəd oldu
20-03-2026, 23:24
Vernidub:
Vernidub: “Gecə 2-3-dən tez yatmırıq, o qədər ciddi hazırlaşırıq”
10-03-2026, 08:16
Vernidub:
Vernidub: “Məğlubiyyətə layiq deyildik”
15-02-2026, 17:08
Yuri Vernidub:
Yuri Vernidub: "Qarabağ"a dəstək olmaq qərarına gəldik"
10-02-2026, 21:40
Yuri Vernidub:
Yuri Vernidub: "Desələr “Qarabağ”la oynayın, oynayacağıq"
15-12-2025, 22:10
Yuri Vernidub:
Yuri Vernidub: "Mən sehrbaz deyiləm, amma klubu ən azı 3-cü yerə qaldırmalıyıq"
21-01-2024, 18:15
Miodraq Bojoviç:
Miodraq Bojoviç: "Bu heyət qarşıya qoyulan hədəfə çatmaq üçün kifayət edəcək"
  Xəbər Lenti
“Liverpul” Endrik üçün yenə "Real"a müraciət edəcək - Transfer xəbərləri 17.10.2026, 12:22
Millimiz DÇ-2028-in əsas mərhələsindəki ilk matçında məğlub oldu 17.10.2026, 12:00
“Karvan-Yevlax” - “Gəncəbasar” 2:1 - VİDEO 17.10.2026, 11:07
İspaniya FİFA-nın sanksiyalarından CAS-a şikayət edəcək - Xarici xəbərlər 17.10.2026, 10:16
Millimizin üzvü Şeydayev oynadı, komandası qalib gəldi 17.10.2026, 09:14
Mahirin komandasından mövsümdə ikinci qələbə 17.10.2026, 08:03
“Sumqayıt”ın baş məşqçisi Filipe Kandido: "Qələbəyə layiq idik" 16.10.2026, 22:22
Yuri Maksimov: "Özümüzü çıxılmaz vəziyyətə saldıq" 16.10.2026, 21:50
"Şamaxı" - "Şəfa" 3:2 - VİDEO 16.10.2026, 18:55
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb