



Portuqaliya millisinin baş məşqçisi Martines: "Ronaldo gələn həftə komanda ilə məşqə başlayacaq"
Portuqaliya millisinin baş məşqçisi Roberto Martines “Əl-Nəsr”in və yığma komandanın hücumçusu Kriştiano Ronaldonun karyerasını nə vaxt bitirəcəyi ilə bağlı sualı cavablandırıb.
Futbolmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, Ronaldonun gələcəyini proqnozlaşdırmağın çətin olduğunu bildirib:
“Onunla bağlı gələcəyi əvvəlcədən demək mümkün deyil. Ronaldonun inanılmaz mentaliteti var və o, hər zaman ən yaxşı formada olmağa çalışır. Ondan soruşsaz, o da eyni cavabı verər: plan qurmur”.
Baş məşqçi, həmçinin, 41 yaşlı futbolçunun zədəsi barədə də məlumat verib:
“Doğrudur, onun yumşaq toxuma zədəsi var. Amma ehtimal ki, o, gələn həftə komanda ilə məşqlərə başlaya biləcək. Bu, ciddi problem deyil”.
Martines, Ronaldonun komanda üçün əhəmiyyətini də xüsusi vurğulayıb:
“O, bizim kapitanımızdır, böyük təsirə malikdir və komanda üçün çox vacib rol oynayır. Onunla birlikdə UEFA Millətlər Liqasını qazandıq. O, cərimə meydançasında son toxunuşları edən, qapı üçün daim təhlükə yaradan və hücumları tamamlayan oyunçudur. Onun düşüncə tərzi hamı üçün ilhamvericidir. O, hər günü sanki son günü kimi yaşayır və mükəmməlliyə can atır. Heç vaxt sonun nə zaman gələcəyini bilmirsən”.
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |
























