FutbolMedia.Az
  • 01:23 Çərşənbə
    4 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Ayxan Abbasov:

Ayxan Abbasov: "İndiyədək futbolçuları belə əhval-ruhiyyədə görməmişdim"

Azərbaycan milli komandası “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Sent Lüsiya yığması ilə üz-üzə gələcək.

Futbolmedia.az xəbər verir ki, yığmamızın baş məşqçisi Ayxan Abbasov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu il ilk toplanışımızdır. Millətlər Liqasına qədər 2 toplanışımız olacaq. Bundan maksimum istifadə etmək istəyirik ki, hazır olaq. Sevindirici hal odur ki, bu gün milliyə dəvət olunanların əhval-ruhiyyəsi, idman forması yaxşıdır. Bu da bizi sevindirir. Futbolçuların bir-birinə uyğunlaşması çox vacibdir. Çox vaxtımız olmayacaq. Rəqiblər bəllidir. Bizim üçün yad komandalar olsa da, çalışdıq ki, futbolçularımıza məlumat verək. İnanıram ki, hər iki oyunda meydanda maksimum nəticə qazanacağıq. Futbolçular əllərindən gələni edəcəklər.

- Keçən illə müqayisədə millidə dəyişən nəsə var?

- Milli komandamız keçən il çox çətin qrupda mübarizə aparırdı. Rəqiblər bizdən qat-qat üstün idi. Amma biz həmin millilərlə mübarizə apardıq. Futbolçularımızın istəyi göz önündə idi. İndi nəticə də istəyirik. Əsas məqsədimiz düşdüyümüz D Liqasından C Liqasına çıxmaqdır. Hazır olmaq üçün bu oyunlar vacibdir. Millinin toplanışı, bir yerdə olması çox baş vermir. Toplanışdan-toplanışa daha yaxşı olmaq üçün əlimizdən gələni edəcəyik.

- Niyə millidə Yusif İmanov yoxdur? Onu yoxlamaq olardı..

- Hər kəsin fikrinə hörmət edirik. Mən də sual verərəm ki, niyə olmalıdır? Bizim üçün hər futbolçu önəmlidir. Yusifin legioner karyerası uğurlu alınmadı, "Kəpəz"ə qayıtdı. Bir neçə oyunda əsas heyətdə yerini itirmişdi. Son matçlarda yaxşı performans göstərdi. Qapıçı mövqeyi bizim üçün çətin mövqedir. Çünki çempionatımızda komandalar legionerlərə üstünlük verir. Rəqabət var. Hər dəfə millinin heyəti açıqlananda hansısa adlar önə gətirilir. Necə ki, Mahir Emreli Fransa ilə oynayanda məni çox qınadılar. Ondan sonra Mahirə öz klubunda fikirlər dəyişdi. Qol vurdu və hamı onun fotosunu paylaşıb təbrik etdi. Biz 3 qapıçı çağırmışıq. Dördüncü qapıçımşız Şahruddindir. Həkimlərlə danışdıq, o, məşqlərə hazır idi. O, zədəni Fransa ilə görüşdə almışdı. Kapitanlarımızdandır. Dünya praktikasında da var ki, liderlik keyfiyyəti olan futbolçular zədəli olsa da, toplanışa dəvət edilir. Məşqlərdə çox əzmkardır. Biz bu günə baxmırıq, gələcəkdə Yusif və digərləri də çağırılacaq. Əvvəl deyirdilər ki, niyə Kamran İbrahimov və Mehdi Cənətov dəvət edilmir? Ola bilər ki, qarşıdakı toplanışda Yusif də olsun.

- 11-ci yerdə gedən komandadan iki qapıçı dəvət etməyiniz də birmənalı qarşılanmayıb. Olmazdı ki, daha gənc qapıçı dəvət edəsiz...

- Özüm də cavab verə bilmirəm. Azərbaycan çempionatında hansı komandalarda yerli qapıçılar dayanır?

- Eldar Tağızadə, İslam İmamov...

- Hansı liqada çıxış edirlər?

- 2-ci Liqada...

- Sloveniya II Liqasını Premyer Liqamızdan üstün tuturuq. SKA-dakı qolkiperə də baxmışıq. Bizim qapıçılardan üstün deyil. Bu gün Səlahət Ağayev, Rza Cəfərov və Yusif İmanov stabil olaraq qapıda dayanır. Gənc qapıçı Xəyal Fərzullayev var. U-21 yığmamız da vacib oyunlara çıxır. Seçimləri azdır. Xəyalın da performansına baxırıq. Bu oyunlara hazırdır? O da yolu keçmək üçün böyük matçlar oynamalıdır. Yoxlanış üçün, turnirə hazırlaşmaq üçün vaxtımız yoxdur. İki toplanışımız olacaq. Heyətimizi bəlli etməliyik, futbolçular bir-birinə öyrəşməlidir. Sabah hansısa bizdən də güclü liqalarda qapıçı olarsa, birinci özümüz maraqlanacağıq.

- Syerre-Leona daha güclü komandadır. Bizim futbolçulara üç gündən bir oynamaq çətin olur. Sabah eksperimental heyət buraxmaq fikriniz var?

- Biz bu turnirə hazırlaşırıqsa, iki gündən bir oyunlara hazır olmalıyıq. Eksperimental heyət yoxdur. Dəvət edilənlərin hamısı əsas heyət üzvləridir. Bəzi dəyişikliklər olacaq. Rəqiblər fərqli komandalardır.

- Bu mövsüm ən böyük çətinliyiniz nə idi? Klubda və millidə işləmək çətin deyil?

- Premyer Liqada çətinliyi arxada qoyduq. Mövsümün əvvəlində qarşıya qoyulan ilk məqsəd Premyer Liqada qalmaq idi. Bilirdik ki, mövsüm çətin keçəcək. Klubda problem yoxdur. Millidə Ukrayna ilə matçda bir xal qazandıq. Adlar bizə bəlkə rahatlıq verir, Litva və Lixtenşteyn. Amma oyunlara baxanda, böyük fərqimiz yoxdur.

- Uzun müddət millidə qalası olsanız, bu mövzu da sizi maraqlandıra bilər. U-19 yığması Litvaya uduzdu. Gələcək nəsildən gözləntiniz nədir?

- Səhərə qədər bu problemlərdən danışa bilərik. Gəlin realist və səmimi olaq. Bəlkə də problemlərdən danışıram deyə kimlərinsə xoşlarına gəlmir. Realist olsaq, gələcək üçün vəziyyət çətinləşir. Bugünkü mərkəz müdafiəçilərimizin yaş dövrünü götürsək, orta yaşdan yuxarıdır. U-21 yığmamızın baş məşqçisi ilə danışıram, ən çox çətinlik çəkdiyi mövqe stoper mövqeyidir. Bu, 1-2 ildən sonra əsas milliyə təsir edəcək. Geniş mövzudur, üzücüdür. Nəyimiz çatmadı ki, birdən belə düşdük. Bu, bir ilin səhvi deyil. U-16, U-17 yığmalarında da var idi o uşaqlar. Hər kəs problemi bilir, işə başlamalı, azarkeşlərə bildirməliyik ki, bu problemlər həllini tapana qədər səbirli olsunlar. Aşağı yaş qrupları işləyəcək, düzələcək. Bu da klublardan gəlməlidir, klubların akademiyalarında futbolçular yetişir. Bu gün millinin məşqçisi 10-12 günlük toplanışda çox şeyi dəyişə bilmir. Futbolçular milliyə hazır gələndə, bizi sevindirir. "Neftçi", "Sabah", "Qarabağ", " Zirə"dən gələnlər ən yaxşı formadadır. Liqada da yaxşı performans göstərirlər. Bu da millinin matçlarına təsir edəcək. Aşağı yaş qruplarındakı problemlər... Uşaq futboluna baxışımız dəyişməlidir. Deyirik, amma heç nə dəyişmir. 10 il əvvəl meydança problemi var idi, indi də dəyişməyib. Klubların uşaq futboluna baxışı dəyişməyib. Nəticə, rəqabət, intriqa...Təəssüf. Bu da yığma komandalarımıza təsir edir.

- "Qarabağ" və "Sabah" çempionluq mübarizəsi aparır, digərləri avrokuboklar uğrunda oynayır. Futbolçuların fikri orada ola-ola onları milli oyunlarına necə fokuslandırmaq olar?

26-03-2026, 20:00
7756
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
20-03-2026, 18:06
Qurban Qurbanov:
Qurban Qurbanov: "Mən narazılıq edəndə söhbət çox böyüyür"
5-02-2026, 18:08
Ayxan Abbasov:
Ayxan Abbasov: "Yenə də favorit "Qarabağ"dır"
13-12-2025, 16:34
Ayxan Abbasov:
Ayxan Abbasov: "Avrokubok üçün geniş heyət və büdcə vacibdir"
13-11-2025, 23:56
Ayxan Abbasov:
Ayxan Abbasov: "O epizodda penalti var idi"
14-10-2025, 09:18
Ayxan Abbasov:
Ayxan Abbasov: “Heç kim deyə bilməz ki, hücum etmirdik”
5-10-2025, 21:43
Ayxan Abbasov:
Ayxan Abbasov: “Fasilə dönəmi ilə bağlı planlarımız var“
26-08-2025, 14:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Həddindən artıq soyuqqanlı olmalıyıq"
9-08-2024, 23:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Təklif edəcəklərsə, nə deyə bilərik?"
27-04-2024, 21:32
"Sabah"ın baş məşqçisi: "Məqsədimiz mövsümü 2-ci yerdə bitirməkdir"
9-03-2023, 19:13
Arif Əsədov:
Arif Əsədov: "Bir çox futbolçuların və Tərlan Quliyevin də oyunlarını izləyirik"
12-08-2022, 22:00
Murad Musayev:
Murad Musayev: "Qarşıda çox iş var"
20-12-2021, 13:24
Arif Əsədov:
Arif Əsədov: "Millətlər Liqasındakı rəqiblərimiz dişimizə görədir"
  Xəbər Lenti
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri 3.11.2026, 18:10
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər 3.11.2026, 17:06
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər 3.11.2026, 16:15
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı 3.11.2026, 15:24
Elçin Məsiyevə UEFA-dan təyinat 3.11.2026, 14:22
"Turan" voleybol klubu ÇL-də növbəti oyuna çıxır 3.11.2026, 14:04
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri 3.11.2026, 13:08
"Difai" - "Hypers" 3:1 - VİDEO 3.11.2026, 12:10
"Barselona"nın futbolçusu Qordon: "Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm" 3.11.2026, 11:31
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
6-10-2026, 12:10
"Sabah"ın qapıçısı Amin Ramazanov: "Neftçi" ilə oyunda azarkeşlər gözəl matç izaləyəcək." (Özəl Açıqlama)
6-10-2026, 09:11
"Şamaxı"nın hücumçusu Abdullahi Şaybu: "Düşünürəm ki, bizim üçün asan olmayacaq" (Özəl Açıqlama)
6-10-2026, 11:28
"İmişli" klubunun kapitanı Azər Salahlı iki həftəlik sıradan çıxdı - Özəl Xəbər
2-11-2026, 18:08
Azərbaycanlı FIFA referisi  “Vilyarreal” – PSJ matçını idarə edəcək
Azərbaycanlı FIFA referisi “Vilyarreal” – PSJ matçını idarə edəcək
22-10-2026, 09:13
"Şahdağ Qusar" - "Səbail" 1:0 - VİDEO
22-10-2026, 18:09
Yamal “qızıl top” üçün şəxsi təyyarə sifariş verib
Yamal “qızıl top” üçün şəxsi təyyarə sifariş verib
22-10-2026, 10:11
"Arsenal"ın əsas üzvü Saka "Bavariya" ilə oyunda zədələndi - Xarici xəbərlər
2-11-2026, 14:29
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
2-11-2026, 15:21
Harri Keyn:
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
22-10-2026, 14:32
Rövşən Nəcəf:
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb