



Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya
Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır.
Futbolmedia.az xəbər verir ki,Beynəlxalq arenada ölkəmizi uğurla təmsil edən “Qarabağ MechaHack 9030” robototexnika komandası, texnoloji biliklərin cəmiyyətin bütün təbəqələri üçün əlçatan olması istiqamətində fəaliyyətini genişləndirir. Komanda son 6 ay ərzində sosial inklüzivlik prinsiplərinə sadiq qalaraq, ümumilikdə 95 şagird üçün genişmiqyaslı STEM seminarları və vorkşoplar silsiləsi həyata keçirib.
Bu missiya çərçivəsində komanda üzvləri iki fərqli uşaq evində məskunlaşan yeniyetmələri mühəndislik dünyasının maraqlı tərəfləri ilə tanış edib, onlarda gələcəyin peşələrinə olan marağı artırıblar. Sosial inklüzivliyin təmin olunması məqsədilə fəaliyyət dairəsini genişləndirən gənc mühəndislər, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin "Qarabağ DOST Evi" filialında fiziki məhdudiyyətli və həssas qruplardan olan uşaqlar üçün xüsusi interaktiv seminar təşkil ediblər. Eyni zamanda, "Train Brain" tədris mərkəzində gənc istedadlara robototexnikanın incəlikləri və müasir proqramlaşdırmanın əsasları dərindən aşılanıb.
“Qarabağ MechaHack 9030” komandasının bu təşəbbüsü təkcə texniki biliklərin ötürülməsi deyil, həm də cəmiyyətdə bərabər imkanların yaradılması və gənclərin öz potensiallarını kəşf etmələri üçün bir bələdçi rolunu oynayır. Komanda rəhbərliyi bildirib ki, bu cür sosial layihələr davamlı xarakter daşıyacaq və daha çox gəncin modern texnologiyalarla tanış olmasına şərait yaradılacaq.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri 22.09.2026, 21:18
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq 22.09.2026, 20:30
Rio Nqumoha rəsmən "Liverpul"da - Transfer xəbərləri 22.09.2026, 19:25
"Sabah"ın qapıçısı Amin Ramazanov: "Neftçi" ilə oyunda azarkeşlər gözəl matç izaləyəcək." (Özəl Açıqlama) 22.09.2026, 19:00
Millimizlə oyundan öncə Litva yıömasında itki 22.09.2026, 18:13
“Qarabağ”ın rəsmi fanşopu Park Bulvar - da 22.09.2026, 17:38
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - VİDEO 22.09.2026, 17:14
Braziliya çempionatında legionerlərin sayı azaldılır - Xarici xəbərlər 22.09.2026, 16:24
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama) 22.09.2026, 16:00
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |


























