FutbolMedia.Az
  • 22:51 Şənbə
    5 Sentyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: “Futbolçuların yanında olmalıyıq, psixoloji təzyiq çoxdur”

Misli Premyer Liqasının 13-cü turunda "Qarabağ" "Karvan-Yevlax"a 2:0 hesabı ilə qalib gəlib.

Futbolmedia.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilmiş mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.

- Füzuli Məmmədova uğurlar arzulayıram. Uzun fasilədən sonra baş məşqçi kimi Premyer Liqaya qayıtması sevindiricidir, ona qarşıdakı matçlarda uğur diləyirəm. Futbolçularımı vacib qələbə və qazanılan üç xal münasibətilə təbrik edirəm. Oyun bizim üçün heç də asan keçmədi. Avrokubok görüşlərindən sonra komandanın hazırlıq səviyyəsi adətən 30-40 faiz aşağı düşür, bərpa üçün vaxt və imkanımız məhdud olur. Heyətə nəzər salsaq, bir neçə futbolçu ideal formasından uzaqdır. Məsələn, Ramil Şeydayev, Musa Qurbanlı və Bədavi Hüseynov uzun müddətdir oynamırdılar. Onların ilk dəqiqələrdən meydana çıxması çətin məsələdir. Ritmi tutmaq və güclərini düzgün bölüşdürmək üçün onlara ən azı 3-4 oyun lazımdır. Risklərə getmək istəmirik. Oyunlar vacib olsa da, futbolçuları qorumaq bizim üçün prioritetdir. Oyunçu itirməkdənsə, məğlub olmağa razıyıq. İtaliyadakı oyunda Mateus Silva və Leandro Andrade əzələ ağrısı hiss etdilər, Kevin Medinanın vəziyyəti məlumdur, Bəhlulda isə yorğunluq var idi. Bu səbəbdən üç oyunçunun adını protokola daxil etmədik. Əsas heyət üzvləri yorğun olsalar da, oyun ritmindən düşmürlər. Digərləri isə həm məşqdən, həm də oyun praktikasından uzaq qaldıqları üçün problemlər yaranır. Kənardan heyətimizin geniş olduğu görünə bilər, amma futbolçular lazımi formada olmayanda çətinlik çəkirik. Şükürlər olsun, vəziyyəti balanslaşdırmağa çalışırıq. İlin sonuna doğru zədəlilərin sayı artır, qarşıda isə bizi həm kubok, həm də çempionat oyunları gözləyir. Bu matçlara hazırlaşmaq üçün futbolçuların üzərinə böyük məsuliyyət düşür. Çempionatın gedişatı da dəyişib, rəqiblər fərqli oynayır, əvvəlki kimi müdafiədə çox səhv buraxmırlar.

- İcraiyyə Komitəsinin iclası keçirildi. Neçənci dəfədir ki, siz olmayan vaxtda vacib iclaslar salınır...

- İclasın tarixi əvvəlcədən bütün üzvlərlə razılaşdırılır. Komitə üzvlərinin hər biri iş başında olan insanlardır, ona görə də hamını bir araya gətirmək üçün uyğun zaman seçilməlidir. Bəzən tək mən yox, bir neçə üzv Bakıda olmur. Belə vəziyyətdə iclasın keçirilməsi üçün əksəriyyətin iştirakı əsas götürülür ki, bu da normal haldır. Vaxt uyğunsuzluğu bir-iki dəfə təkrarlansa da, qəbul edilən qərarlar İK-nın bütün üzvlərinə göndərilir. Bu səbəbdən prosesdə hər hansı ciddi problem görmürəm.

- Marko Yankoviç və Mateus Silva arasında “Napoli” ilə görüşdə baş verən mübahisə haqda fikriniz necədir?

- Futbol emosional oyundur. Biz bu cür, hətta bundan daha sərt halların dəfələrlə şahidi olmuşuq. Buna baxmayaraq, belə gərgin oyunlarda futbolçular emosiyalarını cilovlamağı bacarmalıdırlar. Çünki bu, matçın gedişatına birbaşa təsir edə bilər. Mən bu barədə ümumi fikirlərimi artıq bildirmişəm və bu mövzuya çox ciddi diqqət ayırıram.

- “Ayaks”la oyun pley-offa çıxmaq baxımdan sizin üçün çox vacibdir. Bu fikirlə razısınız? Belə yanaşma komandanın üzərində əlavə təzyiq yaratmır?

- Bu oyuna adi bir matç kimi yanaşmaq olmaz, qarşılaşma çox vacibdir. Ola bilsin ki, azarkeşlər turnir cədvəlinə məndən daha çox baxır və oyunları daha dərindən analiz edirlər. Bəlkə mən bəzi detallara toxunmuram, amma fanatlar bunları görür. Biz isə diqqətimizi tam oyuna yönəltməliyik, bunun futbolçulara da müsbət təsiri olar. Çempionat matçına hazırlaşmaqla yanaşı, fikrimizdə həmin görüşü də tuturuq. "Ayaks"ın özünəməxsus oyun fəlsəfəsi var, bir neçə oyunlarını izləmişəm. “Benfika” ilə matçda daha çox qol epizodları oldu, nəinki onların. Məni ən çox narahat edən indiki yanaşmadır: sanki rəqib sonuncu pillədədir deyə, qələbə indidən bizimdir. Bu arxayınlıqdan uzaqlaşmaq lazımdır. "Ayaks" da qarşıdakı oyunlara, xüsusilə də bizimlə matça köklənib. Çox ciddi və diqqətli olmalıyıq. Ötən mövsüm Avropa Liqasında qrupda sonuncu olsaq da, 3-4 oyunda rəqibdən üstün idik. Sadəcə qismət olmadı. Bəlkə də daxildə nələrisə səhv etmişdik, ya da kollektivdə lazımi səmimiyyət və dostluq atmosferi yox idi.

- Mateuş Koxalski ilə bağlı “Qarabağ”a rəsmi təklif olub?

- Hər xətdə oyunçu axtarıram. Bu an ehtiyacımız var. Daha sağlam olmağa ehtiyacımız var. Juninyo yaxşı futbolçu idi, yaxşı qolları oldu. Amm

29-11-2025, 20:46
9477
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
21-11-2025, 21:54
Qurban Qurbanov:
Qurban Qurbanov: "Arada hirslənmək lazımdır"
26-10-2025, 22:29
Qurban Qurbanov:
Qurban Qurbanov: “Gərək buna hakimlər nəzarət etsinlər, belə olmaz da”
26-09-2025, 22:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Qarşıdakı matçı düşünsək, oyunumuz alınmaz"
12-08-2025, 23:10
Qurban Qurbanov:
Qurban Qurbanov: “ÇL-də pley-off elə qrup kimidir”
11-04-2025, 21:56
Qurban Qurbanov:
Qurban Qurbanov: "Narahat olmayın, heç kimdən küsməmişəm"
8-03-2025, 21:23
Qurban Qurbanov:
Qurban Qurbanov: "Ola bilər ki, çempionat daha da aktivləşsin"
1-12-2024, 21:54
Qurban Qurbanov:
Qurban Qurbanov: "Psixoloji yorğunluğu aradan qaldırmaq çətindir"
6-10-2024, 22:40
Qurban Qurbanov:
Qurban Qurbanov: "İnanıram ki, daha yaxşı nəticələr bizi gözləyir"
3-08-2024, 08:13
Qurban Qurbanov:
Qurban Qurbanov: "Belə hallar təkrarlansa, daha ciddi düşünməyimiz lazım olacaq"
14-04-2024, 22:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bir komandaya qarşı 4 dəfə oynamaq bizim üçün maraqsızdır"
13-12-2022, 22:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çox istərdik ki, komandaya bir neçə oyunçu cəlb edək"
1-10-2022, 20:34
Qurban Qurbanov:
Qurban Qurbanov: "Nəticə bizim üçün vacib idi"
  Xəbər Lenti
“Qalatasaray”da Osimhen şoku - Xarici xəbərlər 5.09.2026, 17:35
Yamal “Barselona”nın növbəti oyununu buraxa bilər - Xarici xəbərlər 5.09.2026, 17:03
Ekvador milli komandasının baş məşqçisi müəyyənləşdi - Xarici xəbərlər 5.09.2026, 16:10
"Səbail" Gənclər və İdman nazirliyinə müraciət etdi 5.09.2026, 15:29
“Qarabağ”ın sabiq futbolçusu Leandro Andrade “Polesye”də qol hesabını açdı 5.09.2026, 14:00
Eto: “Avropalılarla heç vaxt hər şeyi eyni şəkildə görməyəcəyik” 5.09.2026, 13:09
PSJ komandasında 5 yeni müqavilə - Xarici xəbərlər 5.09.2026, 12:07
Mİllimizin üzvü Zamiq Əliyev oynadı, komandası qalib gəldi 5.09.2026, 11:05
“Sabah”ın ev oyunları Bakı Olimpiya Stadionunda! - Rəsmi 5.09.2026, 10:13
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-08-2026, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
20-08-2026, 15:29
La Liqada 400-cü oyun -
La Liqada 400-cü oyun - Xarici xəbərlər
20-08-2026, 14:02
Puyol:
Puyol: “Yamala başa salmalıyıq ki…”
20-08-2026, 11:37
Joze Mourinyo:
Joze Mourinyo: "Mbappe məni güldürür"
20-08-2026, 16:11
"Qalatasaray" rus futbolçunun transferini açıqladı - Transfer xəbərləri
20-08-2026, 12:09
"Qarabağ" "Tvente"yə qarşı - YENİLƏNİR
20-08-2026, 14:28
"Araz-Naxçıvan"dan ayrılan qapıçı bu klubla anlaşdı
20-08-2026, 13:20
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
20-08-2026, 17:02
"Barselona" "Çelsi"dən 80 milyon avro tələb edir Xarici xəbərlər
20-08-2026, 11:06
“Hapoel”ə (Beer-Şeva, İsrail) -  “Sabah” 2:1 -
“Hapoel”ə (Beer-Şeva, İsrail) - “Sabah” 2:1 - VİDEO
20-08-2026, 18:04
Arteta daha bir hücumçu istəyir -
Arteta daha bir hücumçu istəyir - Xarici xəbərlər
19-08-2026, 08:10
Dambrauskas:
Dambrauskas: "Bir-birinə çox bənzəyən iki komanda qarşılaşacaq"
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb