



Kyeza İtaliya millisinə qatılmaqdan imtina etdi - Xarici xəbərlər
İtaliya millisinin və "Liverpul"un futbolçusu Federiko Kyeza yığmanın noyabr ayındakı toplanışına qatılmaqdan imtina edib.
Futbolmedia.az xəbər verir ki, bu haqda millinin baş məşqçisi Cennaro Qattuzo danışıb.
İnsayder Fabritsio Romanonun yaydığı məlumata görə, mütəxəssis deyib: "Mən onunla tez-tez danışıram. Hər birimizin verdiyi qərarlara hörmət etməliyik. Bundan artıq heç nə deyə bilmərəm".
Qeyd edək ki, Kyeza bu mövsüm "mersisaydlılar" üçün bütün yarışlarda 12 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.
Əlavə edək ki, İtaliya millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Moldova (13 noyabr) və Norveç (16 noyabr) yığmaları ilə qarşılaşacaq.
Xəbər Lenti
Dambrauskasla Hans Flikin mətbuat konfranslarının vaxtı bilindi 23.11.2026, 18:15
Yamal “Sabah”la matçı buraxacaq 23.11.2026, 17:28
"Sumqayıt" yaponiyalı futbolçu ilə yollarını ayırdı 23.11.2026, 17:00
Kamal Umudlu "Dinamo" - "Benfika" matçını idarə edəcək 23.11.2026, 16:02
“Rakuv”un baş məşqçisi Azərbaycan millisinin hücumçusu Mahir Emrelidən danışdı 23.11.2026, 15:18
Bəhlul Mustafazadə: "Mənfi seriyaya son qoymaq üçün əlimizdən gələni edəcəyik" 23.11.2026, 14:33
"Neftçi"nin futbolçusu: “Hədəfimiz qış çempionu olmaqdır” 23.11.2026, 14:07
"Sabah"la matçda "Barselona"ya kömək edə bilməyəcək 23.11.2026, 13:15
Qurban Qurbanov karyerasında 900-cü oyuna çıxdı 23.11.2026, 12:40
Azərbaycan Premyer Liqası






















