FutbolMedia.Az
  • 12:33 Bazar ertəsi
    23 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Riçard Almeyda:

Riçard Almeyda: “Qarabağ”ın nə qədər inkişaf etdiyini hiss edirəm”

"Qarabağ"ın futbolçusu Riçard Almeyda klubun saytına açıqlama verib.

Futbolmedia.az[b][/b] xəbər verir ki, təcrübəli futbolçu komandanın UEFA Konfrans Liqası və Azərbaycan Premyer Liqadasındakı çıxışı barədə danışıb:

“Premyer Liqada hələ ki 6 tur geridə qalıb. Komandaların iddiaları indidən bilinir. Ötən mövsüm çempionun son turda müəyyənləşməsi yarışın çətin keçməsindən xəbər verir. “Qarabağ”ın çempionluq titulunu qaytarması üçün məşqlərdə çox istəkliyik və baş məşqçimizin dediklərini etməyə çalışırıq. Bundan əlavə, bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Çalışırıq ki, hədəfimizə çataq.

Konfrans Liqası yeni turnirdir və qrup mərhələsinə uğurlu başladıq. Hər iki matçda baxımlı futbol nümayiş etdirdik. “Bazel”lə oyunda çox yaxşı mübarizə apardıq və hətta deyərdim ki, qələbəyə layiq idik. Bizi qrupda daha 4 çətin matç gözləyir. Qarşıdakı oyunlarda da eyni mübarizəni ortaya qoymaq istəyirik. Qrupda liderik və layiqli şəkildə bu yerdəyik. İnanıram ki, sona qədər mövqeyimizi qoruyub, növbəti mərhələyə yüksələcəyik”.

Riçard Almeyda yenidən “Qarabağ” ailəsinə qayıtması və öz oyunu barədə bunları deyib:

“Qarabağ”la qürur duyuram, fəxr edirəm. Müəyyən fasilədən sonra yenidən doğma komandama qayıtmışam. “Qarabağ”ın nə qədər inkişaf etdiyini hiss edirəm. Baş məşqçimizin dedikləri kimi, meydanda sona qədər mübarizə aparmaq və əsl əsgər kimi döyüşmək istəyirik. İnkişaf etmək üçün başımızı aşağı salıb, heç nəyə fikir vermədən irəli getməliyik. Bütün məşqçi heyətinin də tələbi budur və onların hər birinin əməyi danılmazdır. Biz futbolçuların üzərinə düşən isə onların dediklərini yerinə yetirməkdir.

Baş məşqçimiz Qurban Qurbanova məni ailə kimi baxdığım kluba qaytardığı üçün minnətdaram. Bu möhtəşəm kollektivdə olduğum üçün çox xoşbəxtəm. Karyeramın ən möhtəşəm anları “Qarabağ”la bağlıdır. Burada unudulmaz günlər yaşamışam və unutmayacağım titullara sahib çıxmışıq. Yeni komanda yoldaşlarım var. Sanki mənim üçün hər şey yenidən başlayır. İlk günlər bir az çətinliklərim oldu, baxmayaraq ki, doğma komandamdayam. Əvvəlki Riçard olmağa çalışıram. Çempionatda 4 oyun keçirmişəm. “Omoniya” ilə matçda son 10 dəqiqədə meydanda oldum. Fikrimcə, əvvəlki formama yaxınlaşıram. Məşqlərdə çox çalışıram. Bilirəm ki, formamı bərpa etmək üçün çox çalışmalıyam. Qarşıma məqsəd qoymuşam ki, optimal formamı ən qısa müddətdə yığım. Azarkeşlərimizi daim sevindirmək istəyirik. Onlara bizi daim dəstəklədikləri üçün təşəkkür edirik”.

11-10-2021, 08:31
20940
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
10-10-2021, 15:35
Bədavi Hüseynov:
Bədavi Hüseynov: “Şükürlər olsun ki, indi özümü yaxşı hiss edirəm“
6-10-2021, 16:09
Kevin Medina:
Kevin Medina: "Qarabağ"ın əsas lideri Qurban Qurbanovdur"
29-09-2021, 21:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Omoniya" bizə sürpriz edə bilər"
25-09-2021, 19:55
Sənan Qurbanov:
Sənan Qurbanov: "Komandamızın meydanda yatdığını deməzdim"
18-09-2021, 19:50
Aftandil Hacıyev:
Aftandil Hacıyev: "Bizim üçün belə məğlubiyyət gözləniləndir"
15-09-2021, 20:04
"Bazel"in baş məşqçisi: "Qarabağ"la eyni səviyyədə çıxış edirik"
12-09-2021, 22:50
Qurban Qurbanov:
Qurban Qurbanov: ”Bu məni bir az narahat edir”
12-08-2021, 22:56
Qurban Qurbanov:
Qurban Qurbanov: "İçimdə prinsip var idi ki, bu rəqibə qalib gəlim"
6-08-2021, 11:07
AEL-in futbolçusu Şçepoviç: “Qələbəyə layiq idik“
AEL-in futbolçusu Şçepoviç: “Qələbəyə layiq idik“
  Xəbər Lenti
Lamin Yamal "Sabah"a 1 qol vursa... 23.11.2026, 12:14
"Liverpul" – "Mançester Yunayted" 4:0 - VİDEO 23.11.2026, 11:33
Toral Bayramov yenə ehtiyyatda qaldı, "Bursaspor" qalib gəldi 23.11.2026, 11:01
Dieqo Simeone La Liqada tarixi rekorda imza atdı - 23.11.2026, 10:10
Musiala məşqdə yenə huşunu itirdi - Xarici xəbərlər 23.11.2026, 09:18
Millimizin üzvü Renat Dadaşovun komandasından qələbə 23.11.2026, 08:27
“Kəpəz” - “Qarabağ” matçından - VİDEO 22.11.2026, 21:26
Azər Məmmədov: “Avrokuboklara vəsiqə qazansaq...” 22.11.2026, 21:25
Qurban Qurbanov: “Xallar itiririk, bununla razılaşmamaq mümkün deyil” 22.11.2026, 20:04
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
Ətraflı
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
Ətraflı
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb