FutbolMedia.Az
  • 16:14 Şənbə
    11 İyul 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Samir Abasovun

Samir Abasovun "Zirə" ilə oyundan sonra nələr söylədi

"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 30-cu turunda "Zirə"yə 4:2 hesabı ilə uduzduqları oyunu şərh edib.

Futbolmedia.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:

- Dəfələrlə demişəm ki, problemlərimizi bilirik. Buna sual verirlər ki, biliriksə niyə düzəltmirik. Bu, çətin prosesdir. Həmin zaman həll olunmur. Təkcə bu oyundan danışmıram, hər oyunda olanları deyirəm. Bütün oyunlarda elə komponentlər var ki, dəyişə bilmirik. Hansı hesabla öndə olsaq da, nə qədər epizod yaratsaq da... Bu oyunda da iki qol vurduq, Ağadadaş da təkbətək çıxdı, qırmızı vərəqə də qazandıra bilərdi. Rəqibin hər etdiyi hücum təhlükə ilə bitməli deyil. Bizə əks olan şeylər çoxdur və bunu indi aradan qaldıra bilmirik. Bu, reallıqdır və bunu deməliyik. Çalışırıq, oyuna başqa cür çıxaq. Bu gün baş verənlər biz dediklərimizin təsdiqidir. Birə-bir mübarizələrdə uduzuruq. Hər bir hücum qapımızda təhlükə yaradır. Bu da təkbətək mübarizədə uduzmağın nəticəsidir. Təkcə biz yox, statistika da bunu deyir. Özümüzə təsəlli olaraq kubok qalıb. Çox çətin bir oyuna gedəcəyik. Hazırda futbolçuların üzərinə düşüb olan problemləri daha çox qabartmaq istəmirəm. Çünki bu ili qurtaracaq bir oyuna çıxmalıyıq. Fikirləşirəm ki, həmin matça fərqli motivasiya ilə çıxmalıyıq. Karyeramızın son oyununa kimi çıxmalıyıq. Başımıza gələnlər bildiyimiz şeylərdir. Amma bunları aradan qaldırmaqda çətinlik çəkirik. Bu mövsüm çox çətin görsənir. Çox şeylər var ki, baş məşqçi mətbuat konfransında açıb deyə bilmir. Bu, normal bir şeydir. Tək mən yox, köməkçilər və analitiklərlə oturub problemlərin nədən qaynaqlandığını deyirik. Sonra statistika və etdiyimiz şeylərə baxıb görürük ki, doğrudan da həmin şeylərdədir problem. 2:1 öndəyik, sonra əks-hücum edəndə topu itirib qol buraxdıq. Əks-hücumda top səndədir və son nöqtəni qoymalısan, amma topu itirirsən. Niyə itir və itməlidirmi – bunların da cavabını bilirik. Amma aradan qaldırmaq hələ ki, çətindir. Qarşıdakı oyunlara hazırlaşacağıq.

- "Sabah"la kubok matçında geridönüşə inanırsınız?

- Əlbəttə, inanıram. Nəzərə alaq ki, "Turan Tovuz"la oyundan sonra "Sabah"ın baş məşqçisi də kuboka son çıxış yolu kimi baxdığını bildirmişdi. İkimizində məqsədi kubokdur. Amma inanıram və komandamı da inandırmağa çalışacağam. Bu gün nə qədər üzücü olsa da, faciə olsa da, bundan xeyirli bir şey çıxarmağa çalışacağıq.

- Bütün bu durumda öz təqsirinizi görürsünüz?

- Çox yaxşı sualdır. Biz futbolçu, məşqçi və şəxs olaraq inkişaf etmək istəyiriksə, özümüz özümüzü də analiz etməliyik. Bunun ən yaxşı yolu özündə günah görüb, özünü tənqid edib, daha da yaxşılaşdırmaqdır. Əlbəttə ki, bütün məğlubiyyətlərdə günah baş məşqçidədir. Həmişə belədir. Nə qədər problemlər olsa da, baş verən proseslərdə günahımız var. Amma bu gün əl-qolumuzu sallamalı deyilik. Onsuz da bilirdik ki, "Neftçi"yə çətin dönəmdə gəlirik və problemli komandanı götürürük. Həmən gəlib hər şeyi düzəltmək yanaşması ilə də gəlməmişdik. Bu, düzgün olmazdı. Bilirdik ki, bu cür oyunlar olacaq və günahkar kimi baş məşqçini görəcəklər. Biz buna hazırıq. Düşünürəm, özümüzü tənqid edə bilməyimiz yüksək səviyyədədir. Bu cür faciə olan oyunlardan... Həqiqətən faciədir. Nəticə çıxarmalıyıq.

- “Sumqayıt”ın büdcəsi “Neftçi”dən aşağıdır, orada daha aşağı maaşa futbolçular oynayır. Onlarla işləmək çətin idi, yoxsa “Neftçi”nin futbolçuları ilə? Ümumiyyətlə, sizcə “Neftçi” adına uyğun iddialı kollektiv yığışıb?

- “Neftçi”də işləmək “Sumqayıt”da işləməkdən daha çətindir. “Sumqayıt”da klub tərəfindən məqsədlər bir yana, baş məşqçi kimi iddian var və o yolu daha rahat gedə bilirsən. Planı rahat qura bilirsən. Burada isə hər oyunda qalibiyyət olmalıdır deyə, biraz narahatlıq var. Bilirsən ki, hər oyundan sonra tənqid olur. Baxmayaraq ki, komandanı sən yığmamısan, hazırlamamısan. Amma “Neftçi”də ikinci dönəmim olduğuna görə, bizim duruşumuz və reaksiyamız birinci dönəmdən fərqlənir. Bunları keçdiyimə görə, alışmışam, hər şeyi gözümüzün qabağına alaraq gəlmişik. “Neftçi”də çətindir. "Sumqayıt"a yeni gedəndə, məqsəd çempionatda qalmaq idi. Bunun öhdəsindən gəldik. Sonra da öz yığdığımız və hazırladığımız komanda ilə Konfrans Liqasına da getdik. İnşallah, bu il də işimizin öhdəsindən gələcəyik. “Neftçi”də çətin olsa da, çalışırıq. Amma iddialı məsələsinə gəldikdə, hazırda iddialıdan uzaq bir komandayıq.

- Rəşad Sadıqov bildirdi ki, Samir Abasov yaxşı və fərqli komanda hazırlayıb. Həmkarınızın tərifini necə şərh edərdiniz?

13-04-2025, 22:20
9710
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
13-04-2025, 21:35
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "İşimizi tərif üzərində qurmamışıq"
2-04-2025, 22:21
Samir Abasov
Samir Abasov “Müdafiəmiz fərdi olaraq çox bərbaddır”
29-03-2025, 19:38
Samir Abasov:
Samir Abasov: “Son oyunlarımızda hakimlik aşağı səviyyədədir”
10-03-2025, 22:26
Samir Abasov:
Samir Abasov: “Vuruşmaq vaxtla gələcək”
28-02-2025, 22:40
Samir Abasov
Samir Abasov “VAR-ı rədd eləmək lazımdır”
1-12-2024, 22:37
Samir Abasov:
Samir Abasov: "Mənim sözlərim onlara dərman deyil"
23-11-2024, 22:14
Samir Abasov:
Samir Abasov: "Neftçi" adını qaytarmaq üçün çox çalışmalıyıq"
29-04-2023, 18:35
Samir Abasov:
Samir Abasov: "Qəbələdə oynamaq çətindir"
8-04-2023, 23:16
Samir Abasov:
Samir Abasov: "Böyük qardaş kimi ona məsləhətimi verdim"
16-10-2022, 20:49
Samir Abasov:
Samir Abasov: "Onu demək özünü ləkələməkdir"
18-03-2022, 22:11
Samir Abasov:
Samir Abasov: "Digər komandaları "Qarabağ" kimi rahat uda bilmirik"
14-07-2021, 23:33
Samir Abasov:
Samir Abasov: "Belə səhvləri yunanlar bağışlamaz"
  Xəbər Lenti
“Baloqun məsələsi” İnfantinonun nüfuzunu sarsıdıb - Xarici xəbərlər 11.07.2026, 16:09
"Qarabağ"ın forvardı: "İslandiyada asan matç olacağını düşünmürəm" 11.07.2026, 15:38
Ukraynalı hücumçu "Qalatasaray"ın hədəfində - Transfer xəbərləri 11.07.2026, 14:35
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi - Transfer xəbərləri 11.07.2026, 14:00
DÇ-2026-da 1/4 finalın son iki oyunu 11.07.2026, 13:15
İkker Kasilyasdan futbol oyunlarının formatı ilə bağlı təklif 11.07.2026, 12:12
“Arsenal” braziliyalı futbolçu üçün 90 milyon avro təklif edəcək - Transfer xəbərləri 11.07.2026, 11:30
Klublarımızın yaya transferləri - Gələnlər və gedənlər 11.07.2026, 11:07
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi 11.07.2026, 10:06
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
5-07-2026, 11:06
Fransa və Mərakeş 1/4 finalda -
Fransa və Mərakeş 1/4 finalda - DÇ-2026
25-06-2026, 10:15
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
Dünən, 10:11
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi -
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi - Xarici xəbərlər
Dünən, 11:08
Gələnlər və gedənlər -
Gələnlər və gedənlər - Azərbaycan klublarının yay transferləri
Dünən, 09:20
Tahir Gözəl:
Tahir Gözəl: "İki qolun yeni futbolçulardan gəlməsi əlamətdar hadisədi" - VİDEO
Dünən, 20:16
Filipe Kandido “Sumqayıt” klubunun yeni baş məşqçisi oldu -
Filipe Kandido “Sumqayıt” klubunun yeni baş məşqçisi oldu - Rəsmi
9-07-2026, 23:10
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
12-06-2026, 16:09
Ozobiç “Zirə”də oynayacaq
Ozobiç “Zirə”də oynayacaq
22-06-2026, 14:17
Marko Yankoviç “Qarabağ”da qalır!
Marko Yankoviç “Qarabağ”da qalır!
15-06-2026, 14:33
"Kəpəz"in qapıçısı "Şəfa"ya keçdi
12-06-2026, 17:15
"Qəbələ"dən ayrılan Murad Musayev "Şəfa"da
25-06-2026, 13:20
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı -
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı - DÇ-2026
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb