FutbolMedia.Az
  • 12:39 Cümə
    28 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Elə danışırlar, sanki hər şeyi edən bizik"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 27-ci turunda "Kəpəz"lə 0:0 hesablı heç-heçə etdikləri oyunu şərh edib.

Futbolmedia.az
[b][/b] xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:

- Qalib gəlmək istəyirdik. Amma alınmadı. Daha çox təzyiq etmək lazım idi. İsti hava və süni örtük təsirini göstərirdi. Meydançanı oyundan əvvəl sulamamışdılar. Yəqin həmin işə baxan şəxslər evə getmişdi. Bu gün futbola əks hər şey var idi. Belə şəraitdə futbol oynamaq asan deyil. Rəqib oyunun tempini salırdı. Hakim də onlara qoşulmuşdu. "Kəpəz"ə uğurlar arzulayıram. Qol fürsətlərindən istifadə edə bilmədik.

- Meydançanın sulanmamasının məsuliyyətini kim daşıyır?

- Bilmirəm.

- İntizam Komitəsinin verdiyi cəzalar oyunun hazırlığına təsir etdi?

- Bu barədə çox yazıldı. Hakimlərin qərarlarına qarşı çıxmaq istəmirəm. Amma niyə verdilər? Həmin epizoddan əvvəl rəqibin oyunçusu eyni şeyi etmişdi. Belə şeylər futbolu sevdirir, aqressiyanı artırır. Futbol mübarizə oyunudur. O qədər derbilərə baxmışıq. Baxın görək, orada etiraz edən oyunçulara qırmızı verilib? Musa oğlum olduğu üçün bu barədə çox danışmaq istəmirəm. Niyə cəza verilməlidir? Mövzunu elə qabartılar ki... "Qarabağ"ın oyunçularına niyə qırmızı vermirlər" deyirlər. Verirlər axı. Bu mövzu bir həftə müzakirə olundu. Nə var idi orada? Futbolda bu gün olanlardan danışmaq lazımdır. Tempə baxsaq, görərik ki, 15 dəqiqə oyun getdi. Sanki "Araz-Naxçıvan"ın futbolçularını döymüşük. Bütün kanallarda hər gün bu məsələ müzakirə olundu. Kamal Umudlu həmin epizodu çox düzgün idarə etdi. Onda hakimləri də cəzalandırsınlar. Belə bəsit şeylər etmək olmaz. O qədər olub ki, futbolçularımı bilərəkdən oyuna buraxmamışam. Çünki rəqiblər onların ayaqlarını sındırmaq istəyirdilər. Biz hər qərara hörmətlə yanaşmışıq. Amma bəzən fikirlərimizi bildirməliyik. Bu məsələ çox böyüdü deyə epizodlara yenidən baxmalı oldum. Elə danışırlar ki, sanki hər şeyi edən bizik. "Atletiko"ya baxın. Onda gərək hər oyun Simeoneyə də, komandasına da qırmızı vərəqə versinlər.

- Tovuzda futbolla bağlı vacib tədbirlər keçiriləcəyinə görə oyun burada keçirildi. Amma İcraiyyə Komitəsinin iclası Bakıda baş tutdu. Bunun səbəbi nədir?

- İclas burada keçirilməli idi. Biz də razılıq verdik. Son anda federasiyadan xəbər etdilər ki, rəhbərliyin vacib işi olduğuna görə iclas Bakıda baş tutacaq.

- Ramazan ayında futbolçuların oruc tutması onların performansına təsir edir?

- Futbolçuların oruc tutmasından daha çox meydançaların vəziyyəti onların oyununa təsir edir. Dünyanın hər yerində futbolçular oruc tutur.

15-03-2025, 19:24
10331
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
16-02-2025, 21:20
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu cür qalibiyyətlərin başqa dəyəri var"
11-02-2025, 22:09
Qurban Qurbanov:
Qurban Qurbanov: “Bir aya Kadini əvvəlki formasına qaytaracağıq”
29-11-2024, 08:06
Qurban Qurbanov:
Qurban Qurbanov: "Medinanın oyunundan həzz alırdım"
10-11-2024, 22:10
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bizə çox ciddi yanaşırlar"
27-10-2024, 22:11
Qurban Qurbanov:
Qurban Qurbanov: "Elə qaydalar deyirlər ki, eşitməmişik"
23-01-2024, 21:50
Qurban Qurbanov:
Qurban Qurbanov: "Komandaya fayda verəcək Aleksey görmək istəyirik"
25-09-2023, 22:25
Qurban Qurbanov:
Qurban Qurbanov: "Dördüncü hakimlər oyuna çox müdaxilə edirlər"
29-04-2023, 21:13
Murad Musayev:
Murad Musayev:
27-02-2023, 22:53
Qurban Qurbanov:
Qurban Qurbanov: "İstədiyimiz formada deyildik"
4-11-2022, 01:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Heç bir rəqibə əzilmədik, aciz qalmadıq"
4-04-2022, 20:16
Samir Abasov:
Samir Abasov: "Biz bu gün meydanda yox idik"
26-11-2021, 00:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu, mənə “İnter”lə oyunu xatırlatdı"
  Xəbər Lenti
"Real" qanalı müdafiəçi transfer edir - Transfer xəbərləri 28.08.2026, 12:08
"Çelsi" argentinalı qolkiperi transfer edir - Transfer xəbərləri 28.08.2026, 11:11
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" 28.08.2026, 10:37
Avroliqanın Liqa mərhələsində bütün iştirakçıları bəlli oldu 28.08.2026, 10:10
Millimizin üzvü Murad Məmmədovun komandası Konfrans Liqasında mərhələ adladı 28.08.2026, 09:10
UEFA-dan futbol ruhuna həsr olunan yeni mükafat 28.08.2026, 08:16
Con van den Brom: "Bunun sayəsində qələbə qazandıq" 28.08.2026, 00:11
Qurban Qurbanov: “Gecikdik” 28.08.2026, 00:05
“Qarabağ” yeni 2 transferini açıqladı - Transfer xəbərləri 27.08.2026, 22:07
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-08-2026, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
28-07-2026, 15:42
Zidanın Fransa millisində ilk açıqlaması -
Zidanın Fransa millisində ilk açıqlaması - Xarici xəbərlər
29-07-2026, 10:10
"Tottenhem" "Mançester Siti"nin futbolçusuna fantastik qiymət - Transfer xəbərləri
28-07-2026, 18:07
“Nyukasl” Voltemadeni saxlamaq qərarı verib -
“Nyukasl” Voltemadeni saxlamaq qərarı verib - Transfer xəbərləri
28-07-2026, 16:13
"Çelsi"nin müdafiəçisi "Napoli"yə keçə bilər - Transfer xəbərləri
28-07-2026, 17:30
"Barselona" təklifini 130 milyon avroya qaldırıb - Transfer xəbərləri
29-07-2026, 18:09
“Monako” PSJ-nin 45 milyon avroluq təklifini qəbul etməyib -
“Monako” PSJ-nin 45 milyon avroluq təklifini qəbul etməyib - Transfer xəbərləri
30-07-2026, 13:13
"Zirə" "Payde" ilə üz-üzə - YENİLƏNİR
29-07-2026, 16:15
Neymar Braziliya millisində karyerasını başa vurdu -
Neymar Braziliya millisində karyerasını başa vurdu - Xarici xəbərlər
30-07-2026, 12:12
“Fənərbaxça” “Milan”ın hücumçusu Rafael Leaonu icarəyə götürəcək -
“Fənərbaxça” “Milan”ın hücumçusu Rafael Leaonu icarəyə götürəcək - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb