FutbolMedia.Az
  • 20:29 Bazar ertəsi
    24 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Mahir Emreli:

Mahir Emreli: "Legiya" "Qarabağ"la qarşılaşsa, dəlicəsinə oynamaq istəyərəm"

“Tomaşla hansısa bir qolu qeyd etmək istəyirdim, amma son oyundakı kimi olacağını planlaşdırmamışdım”.

Futbolmedia.az xəbər verir ki, bu sözləri Polşanın “Legiya” klubunda çıxış edən millimizin üzvü Mahir Emreli deyib.

Avropa Liqasının pley-off mərhələsinin “Slaviya” (Praqa) ilə keçiriləcək cavab oyunu üçün təşkil edilən mətbuat konfransında çıxış edən 25 yaşlı hücumçu əvvəlcə Çexiya klubu ilə ilk görüşdə komanda yoldaşı Tomaş Pekharta etdiyi jest haqda danışıb:

“Bu, xüsusən Tomaş üçün əhəmiyyətli bir oyun idi. Həqiqətən də keçmiş klubu ilə həmin oyunda oynamaq istəyirdi. Zədəsi üzündən meydana çıxa bilmədi. Onun necə kədərləndiyini gördüm. Mən onu başa düşürəm. Sabah “Legiya” "Qarabağ"la oynasa, mən də dəlicəsinə meydanda olmaq istəyərəm. Baş məşqçimiz "Slaviya" ilə sabahkı görüşdə Tomaşı start heyətdə meydana buraxsa, mənim üçün heç bir problem olmayacaq. Bu qərarı başa düşəcəyəm”.

Mahir Emreli hücumçunun qol vurmasının ən vacib şey olmadığını bildirib: "Anlayıram ki, hücumçu qol vurmalıdır, amma fikrimcə, bu həmişə ən vacib şey deyil. Ən əsası komandamın qələbəsidir. Məsələn, Olivye Jiru dünya çempionatında qol vurmadı, amma Fransa çempionluğu qazandı. Həmin vaxt Jiru da milli komanda üçün əsas fiqur oldu. Fikrimcə, bugünkü futbolda hücumçunun vəzifələri qol vurmaqla bitmir”.

M.Emreli mətbuat konfransında zarafatından da qalmayıb: “Məşqçimiz yanımda oturanda taktika haqqında danışmaq mənim üçün çətin olur (gülür). Yeni parametrləri öyrənməyə çalışıram. Məşqçi harada istəsə, orada oynayacağam. Hər məşq zamanı taktika öyrənirik və hər həftə özümüzü daha yaxşı hiss edirik”.

Millimizin hücumçusu Polşada yaxşı həyat keçirdiyini də qeyd edib: “Polşa mahnılarını çox sevirəm. Xüsusən Lady Pank (gülür). “Qarabağ”da oynayanda dostum Yakub Jezniçak hər karaokedə “Kryzysową narzeczoną”nı oxuduğu üçün bu mahnını onun sayəsində öyrəndim (gülür). Komandadakı hər kəs burada özümü yaxşı hiss etdiyimi görə bilər. Varşavada səmimi insanlar çoxdur. Özümü burda əla hiss edirəm".

M.Emreli sonda Azərbaycan və Polşa çempionatlarını müqayisə edib: “Azərbaycan çempionatında yalnız bir rəqibimiz var idi. Polşada hər matç ağır keçir. Müdafiəçilər aqressiv oynayır, hər top üçün mübarizə aparırlar, fiziki cəhətdən çox hazırlıqlıdırlar. İndi kimin ölkə çempionu olacağını söyləmək çətindir, ekstraklassa çox rəqabətli bir yarışdır”.

Xatırladaq ki, avqustun 26-da keçiriləcək "Legiya" - "Slaviya" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Mahir Emreli Çexiyadakı ilk matçda (2:2) baxımlı qolla yadda qalıb.

25-08-2021, 16:03
21084
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
22-08-2021, 16:16
Mahir Emrelinin komandası
Mahir Emrelinin komandası "Legiya"nın oyunu təxirə düşdü
20-08-2021, 13:15
Mahir Emreli:
Mahir Emreli: "Avroliqada qol vurmaq mənim üçün çox vacib idi"
19-08-2021, 21:18
Mahir Emreli Avropa Liqasında daha bir gözəl qol
Mahir Emreli Avropa Liqasında daha bir gözəl qol VİDEO
15-08-2021, 10:30
Mahir Emreli oynadı, Polşa klubu qalib gəldi
Mahir Emreli oynadı, Polşa klubu qalib gəldi
1-08-2021, 09:35
Mahir Emreli Polşa çempionatında debüt etdi
Mahir Emreli Polşa çempionatında debüt etdi
26-07-2021, 11:18
"Legiya"nın futbolçusu: "Mahir Emreli ilə birlikdə çox təhlükəli ola bilərik"
22-07-2021, 17:10
"Legiya"nın baş məşqçisi yenə Mahir Emrelidən danışdı
14-07-2021, 16:16
Jezniçak:
Jezniçak: "Bu məsələ Mahiri bir az qorxutmuşdu"
13-07-2021, 17:02
Mahir Emreli:
Mahir Emreli: "Hamı bu anı səbirsizliklə gözləyir"
8-07-2021, 08:20
Mahir Emreli: “ Varşavada daha yaxşı oyun göstərəcəyik“
Mahir Emreli: “ Varşavada daha yaxşı oyun göstərəcəyik“
2-07-2021, 14:12
Mahir Emreli ÇL-də “Legiya”nın əsas heyətində olacaq
Mahir Emreli ÇL-də “Legiya”nın əsas heyətində olacaq
18-06-2021, 11:05
Mahir Emreli:
Mahir Emreli: " Məşqçimiz mənə necə davranmalı olduğumu izah edir"
  Xəbər Lenti
Daha bir tanınmış futbolçu “Trabzonspor”a keçir - Transfer xəbərləri 24.08.2026, 18:08
"Mançester Yunayted"in müdafiəçisi "Milan"ın hədəfində - Transfer xəbərləri 24.08.2026, 17:07
"Sumqayıt"dan ayrılan legioner Sloveniya klubunda 24.08.2026, 16:14
Mahmud Qurbanov millinin baş məşqçisi təyin edildi - 24.08.2026, 15:43
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI 24.08.2026, 15:32
“Komo” “Fiorentina”nın hücumçusu Moyze Kini 40 milyona transfer edir - Transfer xəbərləri 24.08.2026, 14:33
"İmişli"nin qolkiperi 39-cu oldu 24.08.2026, 14:07
İngiltərə klubu Alvares üçün hərəkətə keçib - Xarici xəbərlər 24.08.2026, 13:21
“Milan” portuqaliyalı müdafiəçini istəyir - Transfer xəbərləri 24.08.2026, 12:10
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
Bu gün, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
25-07-2026, 18:06
De Bruyne “Napoli”dən ayrıla bilər -
De Bruyne “Napoli”dən ayrıla bilər - Xarici xəbərlər
25-07-2026, 15:30
"Çelsi" 18 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır - Transfer xəbərləri
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
26-07-2026, 09:17
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
26-07-2026, 08:04
"Kəpəz"də zambiyalı futbolçu - Transfer xəbərləri
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
27-07-2026, 16:12
"Roma"dan 35 milyon avroluq hücumçu transferi - Xarici xəbərlər
28-07-2026, 15:42
Zidanın Fransa millisində ilk açıqlaması -
Zidanın Fransa millisində ilk açıqlaması - Xarici xəbərlər
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb