



"Mançester Yunayted"in futbolçusu "Barselona"ya keçə bilər - Transfer xəbərləri
"Mançester Yunayted"də əsas heyətdə yerini itirən Markus Reşford karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.
Futbolmedia.az xəbər verir ki, "Barselona" ingiltərəli vingeri heyətinə qatmaq istəyir. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
Kataloniya təmsilçisinin idman direktoru Deko Reşfordun meneceri ilə görüşüb şərtləri müzakirə edib. "Barselona" 27 yaşlı futbolçunu icarəyə götürməyi planlaşdırır.
Qeyd edək ki, Markus Reşford "Mançester Yunayted"in yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 24 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
"Nottingem Forest"in müdafiəçisi "Beşiktaş"ın hədəfində - Transfer xəbərləri 24.11.2026, 16:07
“Bavariya” rəhbərliyindən Musiala açıqlaması 24.11.2026, 15:04
İlin ən yaxşı gənc oyunçusu oldu - Xarici xəbərlər 24.11.2026, 14:02
Legioner limiti ləğv oluna bilər 24.11.2026, 13:20
"Qalatasaray" "Aston Villa"ya, "Mançester Siti" "Napoli"yə qarşı - Çempionlar Liqası 24.11.2026, 13:00
Canlı əfsanə Canfranko Zola: “Təəccübləndim. Ronaldinyo milyonlarla gəncə ilham verdi" 24.11.2026, 12:04
PSJ-də daha bir şok zədə - Bu dəfə Dezire Due sıradan çıxdı 24.11.2026, 11:31
Laporta: "Laminin 19 yaşı var, lakin o, hətta ..." 24.11.2026, 11:00
"Şəmkir" - "Ağdaş" 2:0 - VİDEO 24.11.2026, 10:14
Azərbaycan Premyer Liqası























