FutbolMedia.Az
  • 03:22 Cümə
    30 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanovun mətbuat konfransı

Qurban Qurbanovun mətbuat konfransı

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün mətbuat konfransı keçirib.

Futbolmedia.az xəbər verir ki, o, Misli Premyer Liqasının 19-cu turunda "Şamaxı”ya qalib gəkdikləri matçdan (3:2) jurnalistlərin suallarını cavablandırıb:

- Bugünkü matçda çatışmazlıqlarımız çox idi. Bu gün sürət, dinamik və baxımlı oyun gözləmək asan deyildi. Çox vacib qalibiyyət əldə etdik. Ayxan Abbasov yaxşı kollektiv formalaşdırıb. "Şamaxı" öz oyununu get-gedə daha da təkmilləşirir. Ayxana uğurlar arzulayıram. Azarkeşlərimiz belə havada bizə dəstək oldular. Onlara təşəkkür edirəm.

- "Qarabağ"ın bu gün iki qol buraxması sizin üçün sürpriz oldu?

- "Şamaxı"nın özünəxas oyun üslubu var. Məni qol buraxmağımız narahat edir. Müdafiədə daha diqqətli olmalıyıq. Bu cür bəsit qollar buaxmaq olmaz. Bu oyun üslubunu "Şamaxı" yaxşı yerinə yetirir. Bilirlər ki, meydanda necə yerləşmək lazımdır. Texniki səhvlərimiz oldu. Məni narahat etdi. Belə buraxılan qolların komandaya faydası çox olur. Oyunun gedişatında daha ciddi və diqqətli olmalıyıq.

- Yoxlama oyunlarında gəncləri sınadınız. Premyer Liqa matçlarında da belə olacaq?

- Hələ tezdir. Baxacağıq. Amin Rzayevin 16 yaşı var. Bərkiməlidir. Davud Məsumov da var. Bir ay idi ki, komanda ilə məşq edirdi. Baxacağıq. Görsək ki, onun sürətə dözmə qabiliyyətləri var, şans verəcəyik.

- Mateus Silva sanki müdafiənin mərkəzində oynamağa öyrəşməyib. Bəhlul Avroliqada FKSB (Rumıniya) ilə matçda oynaya bilər, yoxsa planlar başqadır?

- Fərqli səhvlər idi. Mövqe səhvi olduğunu demək doğru deyil. Mateusun başqa üstün keyfiyyətləri var. Sabah Kevin də, Mateus da əsas heyətdə olmaya bilər. Hər bir oyunçunun oynamaq ehtimalı var. Bəzən heyəti rəqibə görə də formalaşdırırıq. Bəhlul komanda ilə məşqərə başlayıb. Beş günümüz var. Duruma baxacağıq.

- Adətən “Qarabağ”dan gedən futbolçuların geridönüşü bir neçə dəfə müşahidə olunub. İndiki dönəmdə yeni forvardın gəlməsi, komandaya öyrəşməsi zaman ala bilər. Sabiq futbolçularınıza nəzər salsaq, məsələn, İbrahima Vadji var, “Sent-Etyen”də çox da oynamır. Onu ən azından yaya qədər komandaya kömək etmək üçün geri qaytarmaq məsələsi aktual olub?

- Vadjiyə diqqət ayırmamışıq. Hələ ki, başqa oyunçuları gözdən keçiririk. Amma Vadji də orada ola bilər.

- "Qarabağ" qışda hələ də oyunçu almayıb. İcraiyyə Komitəsinin legioner limiti ilə bağlı qərarını gözləyirsiniz?

- Az müddət oldu. Juninyo getdi, çempionat dekabrın 21-də tamamlandı, yanvarın 17-də yenə oynadıq. Müddət çox az idi. Hazırda oyunçu götürməyimiz üçün limitin bura aidiyyatı yoxdur. İstədiyimiz mövqelərə bəyəndiklərimiz olsa, mütləq götürəcəyik. Ötən aylarda da neçə oyunçumuz zədələndi, balansı qoruya bilmədik. Bəzi rotasiyalar edirdik heyətdə. Bu ay 15 gündə 5 oyunumuz var. Transfer xətrinə transfer etmək istəmirik. Çox istərdik ki, ürəyimizcə olan oyunçular olsun. Axtarışdayıq.

- Yassin Benzianın mövqeyində kimi görəcəyik?

- Andrade də, Zubir də ola bilər. Rəqibdən, edəcəyimiz rotasiyalardan asılıdır. Hər ikisinin o mövqedə oynamaq potensialı var.

- FKSB-ni analiz etmisiz. O komanda haqda nə deyə bilərsiz?

- Ağır komandadır. Çox intizamlı oyun üslubları var. Meydanın mərkəzində 10 nəfərlə müdafiə olunurlar. Bütün oyunlara baxırıq. Fiziki cəhətdən bərk komandadır. Asan rəqib kimi görünmür. Çalışacağıq ki, daha aktiv olaq. Çünki çox təhlükəli əks-hücumları var, standart vəziyyətlərdə təhlükəlidirlər. Sırf nəticəyə oynaya bilirlər. Tipik Avropa komandası kimi intizamlıdırlar.

- Mediada bəzi futbolçuların "Qarabağ"la adı hallanır. Bunlar Qurban Səfərov və Denis Ədilovdur. Siz bu məsələlərdə məlumatlısız? Əvəzedici heyətin gücləndirilməsini istəyirsiz?

- Tam məlumatlı deyiləm. Aftandil Hacıyev oradadır. Çox keyfiyyətli iş görür. Özü də bilir ki, ona çox güvənirik. 100 faiz qəbul olunduqdan sonra öz fikirlərimi bildirərəm. İndi tam ətraflı cavab verə bilməyəcəm. Orada da yaxşı kollektiv formalaşdırmaq istəyirik. Çünki əvəzedici heyət də bizim üçün vacibdir.

- Gələn həftə AFFA İK-nin iclası olacaq. Beş illik strategiya planına ümidlisiniz?

- İnanın ki, çox istəyərəm sizinlə Azərbaycan futbolu haqda ətraflı danışaq. Əgər bu qərar qəbul olunmayıbsa, ictimaiyyətə açıqlanmayıbsa, sizə fikir bildirə bilməyəcəm.

- Strategiya açıqlandıqdan sonra deyəcəksiniz ki, filan təklifi mən vermişdim?

- Özüm təklif verməmişəm. Ümumi diskussiya gedib. Öz fikirlərimizi hansısa formada bildirə bilərik. Belçika şirkətinin təcrübəsi böyükdür. Olsa, deyəcəm, olmasa deyəcəm.

- İK-də futboldan başı çıxan iki nəfər var...

- Bir az hörmətlə yanaşmaq lazımdır. Futboldan başı çıxmaq ağır kəlmədir. Orada oturan insanların hər biri də məsuliyyətlidir. İstənilən qurumda əyləşənlərə hörmətlə yanaşmalıyıq. İş onlara tapşırılıbsa, qərarları gözləmək lazımdır. Bu tip suallardan qaçıram. Sadəcə tövsiyəm odur ki, istənilən şəxsə, sahəyə, xüsusən mediada bildiriləsi fikrə hörmətlə yanaşaq.

- Fasilə müddətində ən çox müzakirə edilən legioner limitinin ləğvi idi. Siz bu haqda nə düşünürsüz?

17-01-2025, 22:00
9697
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
18-01-2025, 08:12
Vadji “Qarabağ”a qayıda bilərmi?
Vadji “Qarabağ”a qayıda bilərmi?
27-11-2024, 14:37
Qurban Qurbanov:
Qurban Qurbanov: "Belə söhbətlərə nə biz fikir verməliyik, nə də siz"
23-11-2024, 19:50
Qurban Qurbanov
Qurban Qurbanov “Xahiş edirəm, mənə bir də bu barədə sual verməyin”
6-10-2024, 22:40
Qurban Qurbanov:
Qurban Qurbanov: "İnanıram ki, daha yaxşı nəticələr bizi gözləyir"
14-09-2024, 22:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu il daha çox güc sərf etməli olacağıq"
9-08-2024, 23:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Təklif edəcəklərsə, nə deyə bilərik?"
11-05-2024, 22:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Futbolçularım çox əziyyət çəkdilər"
14-04-2024, 22:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bir komandaya qarşı 4 dəfə oynamaq bizim üçün maraqsızdır"
11-02-2024, 22:11
Qurban Qurbanov:
Qurban Qurbanov: "Azarkeşlər sanki Azərbaycan çempionatından küsüblər"
20-09-2023, 15:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Molde" meydanda ən intizamlı rəqiblərdən biridir"
20-08-2023, 21:16
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çox əziyyət çəkdik"
7-10-2022, 01:29
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu qalibiyyət hələ heç nə demək deyil"
  Xəbər Lenti
Spalletti: “Futbolun dəyişdiyini oyunçulara çatdıra bilmirəm” 29.10.2026, 18:05
“Real”ın qapıçısı Tibo Kurtua geri dönür - Xarici xəbərlər 29.10.2026, 17:04
“Qalatasaray” klubu “Flamenqo”nun müdafiəçisini transfer etmək istəyir - Transfer xəbərləri 29.10.2026, 16:12
"Turan Tovuz"un xorvatiyalı yarımmüdafiəçini transfer etməsi baş tutmadı - Transfer xəbərləri 29.10.2026, 15:19
Millimiz Mozambikə qalib gəldi 29.10.2026, 14:20
Kompaninin durumu açıqlandı - Xarici xəbərlər 29.10.2026, 13:17
Daniel Karvaxal dostuSerxio Ramosun komandasına transfer olunacaq - Transfer xəbərləri 29.10.2026, 12:11
"Bavariya"nın baş direktoru: “Keynlə bir neçə detalı razılaşdırmalıyıq” 29.10.2026, 11:32
"Real" La Liqanın köməyindən imtina etdi - Xarici xəbərlər 29.10.2026, 11:00
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
6-10-2026, 12:10
"Sabah"ın qapıçısı Amin Ramazanov: "Neftçi" ilə oyunda azarkeşlər gözəl matç izaləyəcək." (Özəl Açıqlama)
2-10-2026, 15:23
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
2-10-2026, 16:05
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
6-10-2026, 09:11
"Şamaxı"nın hücumçusu Abdullahi Şaybu: "Düşünürəm ki, bizim üçün asan olmayacaq" (Özəl Açıqlama)
2-10-2026, 17:00
Türkiyə millisində ciddi itki -
Türkiyə millisində ciddi itki - Millətlər Liqası
1-10-2026, 14:36
“Yuventus”un yarımmüdafiəçisi İngiltərə klubuna keçə bilər -
“Yuventus”un yarımmüdafiəçisi İngiltərə klubuna keçə bilər - Transfer xəbərləri
1-10-2026, 19:22
Joao Feliks agentindən “Barselona”ya xəbər göndərib -
Joao Feliks agentindən “Barselona”ya xəbər göndərib - Transfer xəbərləri
1-10-2026, 17:27
Maykl Cordana məxsus forma 12,26 milyon dollara satıldı -
Maykl Cordana məxsus forma 12,26 milyon dollara satıldı - Xarici xəbərlər
1-10-2026, 16:10
Millətlər Liqasında 3-cü tur start götürür -
Millətlər Liqasında 3-cü tur start götürür - YENİLƏNİR
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb