



"Qarabağ" "Zirə" ilə üz-üzə - YENİLƏNİR
Bu gün Misli Premyer Liqasında 13-cü tura yekun vurulacaq.
Futbolmedia.az xəbər verir ki, 3-cü oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Araz-Naxçıvan" "Sumqayıt"ı qəbul edəcək.
Günün 2-ci matçında isə son çempion "Qarabağ" evdə "Zirə" ilə qarşılaşacaq. Oyun saat 19:00-da start götürəcək.
Bu komandalar arasında 1-ci dövrənin oyununda Ağdam klubu 3:1 hesabı ilə qalib gəlib.
10 noyabr
16:00. “Araz-Naxçıvan” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Teymur Teymurov, Əli Əliyev
"Liv Bona Dea Arena"
19:00. “Qarabağ” – “Zirə”
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Rəhman İmami, Kamran Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu
8 noyabr
“Neftçi” - “Şamaxı” - 2:2
9 noyabr
“Sabah” - “Kəpəz” - 2:2
“Səbail” – “Turan Tovuz” - 1:1
Azərbaycan Premyer Liqası























