



. “Şamaxı” - “Zirə”yə qarşı - YENİLƏNİR
Misli Premyer Liqasında 12-ci turun oyunları davam edir.
Futbolmedia.az xəbər verir ki, ikinci oyun günündə bir matç keçiriləcək. “Şamaxı” öz meydanında “Zirə”ni qəbul edəcək.
Son turlar hər iki komanda uğursuz çıxışla yadda qalıb. Ardıcıl 3 görüşdə uduzan “Şamaxı” son 4 matçda cəmi 1 xal qazanıb.
Rəşad Sadıqovun komandası isə 3 turdur qələbəyə həsrətdir. Bu müddətdə paytaxt təmsilçisi cəmi 2 xalla kifayətlənib.
Qeyd edək ki, 12-ci turun son 2 matçı 3 noyabr tarixlərində keçiriləcək.
Misli Premyer Liqası
XII tur
2 noyabr
15:00. “Şamaxı” - “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil amazanov, Fərid Hacıyev
Şamaxı şəhər stadionu
3 noyabr
16:00. “Kəpəz” - “Səbail”
19:00. “Sumqayıt” - “Sabah”
1 noyabr
“Neftçi” - “Araz-Naxçıvan” - 0:1
“Turan Tovuz” - “Qarabağ” - 0:0
Azərbaycan Premyer Liqası























