



AFFA İntizam Komitəsi qərarları açıqladı
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolmedia.az xəbər verir ki, iclasda 2-ci Liqanın 2-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
2-ci Liqanın 2-ci turunun “Lerik” – “Şəki Siti" oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığına görə “Lerik” 70 manat cərimə edilib.
“Lerik” – “Şəki Siti” oyununun 67-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Vasif Fərəcov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Lerik” 50 manat cərimə edilib.
“Lerik” – “Şəki Siti” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Lerik” komandası 50 manat cərimə edilib.
2-ci Liqanın 2-ci turunun “Füzuli” – “Qusar” oyununun 74-cü dəqiqəsində qonaq komandanın futbolçusu Sərxan Ağayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Qusar” 50 manat cərimə edilib.
“Şimal” – “Ağdaş” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığına görə “Şimal” 70 manat cərimə edilib.
Azərbaycan Premyer Liqası























