



Bölgə klublarının futbolçularına 1 oyunluq cəza verildi
Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Futbolmedia.az xəbər verir ki, iclasda II Liqanın XXI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
15.04.2024-cü il tarixində II Liqada XXI turun “Şahdağ Qusar” – “Şəmkir” oyununun 89-cu dəqiqəsində “Şahdağ Qusar” komandasının 97 nömrəli futbolçusu Kənan Mirzəliyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Şahdağ Qusar” klubu 50 manat cərimə edilir (maddə 36.5);
15.04.2024-cü il tarixində II Liqada XXI turun “Şahdağ Qusar” – “Şəmkir” oyununda “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Şəmkir” klubu 70 manat cərimə edilir (maddə 37);
15.04.2024-cü il tarixində II Liqada XXI turun “Lerik” – “Füzuli” oyununun 88-ci dəqiqəsində “Lerik” komandasının 42 nömrəli futbolçusu Valid Yusubzadə rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Lerik” klubu 80 manat cərimə edilir (maddə 41);
Azərbaycan Premyer Liqası























