FutbolMedia.Az
  • 13:06 Cümə
    17 Aprel 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Elnur Cəfərov:

Elnur Cəfərov: Adil Şükürov məni tanımır, onun gətirdiyi futbolçuların heç biri məndən güclü deyil"

"İmişli"yə icarəyə göndərilməmişdən qabaq Adil Şükürovla danışmışdım. Ondan məni niyə icarəyə göndərdiklərinin səbəbini soruşdum, lakin heç nə deyilmədi. Axı futbolçuya səbəb deyilməlidir ki, ondan da dərs çıxarsın. Bilsin ki, nəyin üzərində çox işləməlidir. Heç nə bildirilmədi. “İmişli”yə gedəndə isə bildirdi ki, əlaqədə olacağıq, izləyəcəyik. Bu komandaya Birinci Liqada kömək oldum. Amma nə Adil Şükürov, nə də köməkçisi bir dəfə olsun zəng edib mənimlə maraqlandı".

Futbolmedia.az sportal.az saytına istinadən xəbər verir ki, bu sözləri açıqlamasında Elnur Cəfərov deyib. Ötən mövsüm, Gəncə klubuna məxsus olsa da, Adil Şükürovun gəlişindən sonra “İmişli”yə icarəyə göndərilən millimizin sabiq üzvü komandada yer alanlardan zəif olmadığını deyib:

"Mən heç “Kəpəz”dən ayrılmaq istəmirdim. Amma mənə dedilər ki, əsas komandada olmayacaqsan, əvəzedici heyətə qoşularsan. Onda da həvəsdən düşdüm, bildim ki, məni komandada görmək istəmirlər. Ancaq əvəzedici heyətdə oynamaqdansa, Birinci Liqada forma geyinməyə üstünlük verdim. Adil Şükürov müsahibəsində deyib ki, Premyer Liqada oynayacaq gücdə deyiləm, hazır da deyiləm. Amma indi Premyer Liqada oynayan oyunçuların heç birindən zəif deyiləm. Sadəcə Şükürov öz tanıdığı, bildiyi oyuçuları komandaya gətirir. Onun belə deməsi də məni həvəsdən salmaqdır. Futbolçunu sındırmaq asandır. Bu gün mənə qarşı belə hərəkət edirsə, sabah başqa futbolçulara qarşı fərqli hərəkət edəcək.

Halbuki mövsümün gedişində oynayırdım, oyun praktikam da var. Azərbaycan futboluna məni Azər Məmmədov qaytardı, komandaya xeyir də verirdim. Lakin Adil Şükürov dedi ki, sənə şans verməyəcəm. Futbolçunu sındırmağa nə varki? O, belə deyəndə, açığı ağlıma başqa şeylər gəldi. “Kəpəz”ə gələnlər var...Ad çəkmirəm. Onlar da mənim potensialımı, istedadımı yaxşı bilirlər. Ad çəkmirəm ki, kiminsə xətrinə dəyməsin. Özümü kimdənsə, nə artıq, nə də əskik hesab edirəm. Azər Məmmədovun vaxtında Junior Martins, Mate Kvirkviya kimi futbolçularla əsas heyətdə uğrunda rəqabət aparırdım. Adil Şükürovun gətirdiyi futbolçuların heç biri məndən güclü deyil. Ola bilər ki, məni tanımır, potensialıma bələd deyil. Gətirdiyi oyunçuların heç biri məndən güclü deyil. “İmişli”yə göndəriləndə, fikirləşdim ki, görəsən ona kim deyib ki, "oğlumu komandaya gətir?" Azərbaycanda futbolçu qıtlığlıdır. Ölkəmizdə mənim kimi futbolçulara qayğı lazımdır, bizim kimi oyunçuları qazanmaq gərəkdir. Onu da Azər Məmmədov kimi insan etmişdi, məni futbola qaytarmışdı. Mənə çox inandı və əlimdən gələni edirdim. Oynayırdım da. Bəzi nüanslarda bəxtim gətirmirdi. Allah qoysa, xeyirlisi olsun. Bilirəm ki, mənə güvəniləcəyi təqdirdə, həmin komanda üçün ən yaxşısını etməyə gücüm çatar".

10-07-2024, 15:40
15421
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
30-05-2024, 08:08
Adil Şükürov:
Adil Şükürov: "Maliyə dəstəyi olmasa, biz bu problemlərin içərisində dibə doğru gedəcəyik"
10-05-2024, 21:27
Adil Şükürov:
Adil Şükürov: "Çox danışılası bir şey yoxdur"
4-05-2024, 19:34
Adil Şükürov:
Adil Şükürov: "Ən böyük hədəfimiz öndə olan komandaya çatmaqdır"
28-04-2024, 18:18
Adil Şükürov:
Adil Şükürov: "Qəbələ" kimi klub Premyer Liqanı tərk etməməlidir"
6-04-2024, 08:29
Adil Şükürov:
Adil Şükürov: "Oyun üslubumuz var, ondan geri çəkilməməliyik"
27-01-2024, 19:15
Adil Şükürov:
Adil Şükürov: "Əsas məqsədimiz əvvəlki "Kəpəz"i geri qaytarmaqdır"
22-01-2024, 21:07
Adil Şükürov: “Narazı qaldığım məqamlar çoxdur”
Adil Şükürov: “Narazı qaldığım məqamlar çoxdur”
19-01-2024, 12:16
"Kəpəz"in futbolçusu Papu: "Əsas düşüncəm Premyer Liqada qalmaqdır"
10-01-2024, 10:11
"Kəpəz"in futbolçusu "İmişli"yə keçdi
3-12-2023, 18:35
Adil Şükürov:
Adil Şükürov: "Bəzi məsələlərdə irəliləyiş var"
1-10-2023, 18:53
Azər Məmmədov:
Azər Məmmədov: "İstefa şüarı "Kəpəz"də işləyən bütün məşqçilərə səsləndirilib"
7-06-2023, 15:06
"Səbail"in futbolçusu Adil Nağıyev" "Baş məşqçimiz Şahin Diniyevlə işləmək xoşdur (Özəl açıqlama)
  Xəbər Lenti
“Zirə” – “Neftçi”yə qarşı - YENİLƏNİR 17.04.2026, 12:13
Bernardo Silva “Mançester Siti”dən ayrıldı - Xarici xəbərlər 17.04.2026, 11:36
Mbappe: "Real”da uğursuzluq heç vaxt seçim deyil" 17.04.2026, 11:03
Konfrans Liqasının ilk yarımfinalçısı müəyyənləşdi 17.04.2026, 10:11
"Çelsi" Kaysedonun müqaviləsini yeniləyir - Transfer xəbərləri 17.04.2026, 09:20
“Mingəçevir” - “Difai” 2:1 - VİDEO 17.04.2026, 08:07
“Barselona”nın müdafiəçisi Ronald Arauxo: “Mübarizəni bu cür şəkildə dayandırmaq çox ağrılıdır” 16.04.2026, 18:18
"Dinamo" İsmael Bennaseri "Milan"dan birdəfəlik transfer edəcək - Xarici xəbərlər 16.04.2026, 17:16
Millimizin üzvü Vüsal İsgəndərli Türkiyə Superliqasında oynaya bilər 16.04.2026, 16:14
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
26-03-2026, 17:03
Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya
Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya
4-04-2026, 07:19
Hakim Əliyer Ağayevdən
Hakim Əliyer Ağayevdən "Turan Tovuz"a qarşı şərəfsizlik, Ehtiram Quliyevdən haqlı irad - YAZI
23-03-2026, 17:01
"Qarabağ" klubuna və Azərbaycan futboluna düşmən kəsilən hoqqabaz AFFA utan -YAZI
8-04-2026, 15:57
"İmişli" klubunu ayaqda saxlayan, yaşadan Kamran Eyyubov -YAZI
23-03-2026, 09:11
"Turan Tovuz" klubu və Azərbaycan futbolu üçün dəyər olan Ehtiram Quliyev -YAZI
1-04-2026, 17:15
Gəncə futbolunu və
Gəncə futbolunu və"Kəpəz"i yüksəlişə aparan rəhbərlik və idarə heyəti - YAZI
24-03-2026, 14:21
Türkiyə - Rumıniya oyununu fransalı hakimlər idarə edəcək
Türkiyə - Rumıniya oyununu fransalı hakimlər idarə edəcək
24-03-2026, 17:08
"Mançester Yunayted" Alfonso Deyvisi "Bavariya"dan transfer etmək istəyir - Transfer xəbərləri
20-03-2026, 13:00
Federiko Valverde
Federiko Valverde "Real"da ən yaxşı seçildi - Xarici xəbərlər
26-03-2026, 19:06
Leaodan baş məşqçi ilə problem yaşadığı iddialarına reaksiya -
Leaodan baş məşqçi ilə problem yaşadığı iddialarına reaksiya - Xarici xəbərlər
20-03-2026, 09:20
"Qalatasaray" futbolçusunun zədəsi ilə bağlı kompensasiya tələb edəcək
20-03-2026, 12:05
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu Rafinya oldu  -
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu Rafinya oldu - Xarici xəbərlər
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb