



AFFA Budaq Nəsirovu ağır cəzəlandırdı
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolmedia.az xəbər verir ki, iclasda 1-ci liqanın 25-ci, 2-ci liqanın 24-cü turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.
AFFA-nın yaydığı məlumatda bildirilir ki, 1-ci liqada “Şamaxı” – “Karvan” oyununun 10-cu dəqiqəsində “Karvan”ın futbolçusu Budaq Nəsirov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Karvan” klubu 300 manat cərimə edilib.
“Mingəçevir” – “Zaqatala” oyununun 90-cı dəqiqəsində “Zaqatala” klubunun baş məşqçisi Rüstəm Məmmədov texniki zonanı tərk edərək hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Zaqatala” klubu 150 manat cərimə edilib.
“Kürmük Qax” – “Şəmkir” oyununun 29-cu dəqiqəsində “Kürmük Qax” klubunun futbolçusu Nail Təhməzli təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Kürmük Qax” klubu 300 manat cərimə edilib.
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |
























