



"Səbail" "Şamaxı"ya, "Zirə" "Turan Tovuz"a qarşı -
Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.
Futbolmedia.az xəbər verir ki, günün ilk matçında "Səbail" 1-ci liqa təmsilçisi "Şamaxı"nı qəbul edəcək. Qarşılaşma saat 14:00-da başlayacaq.
Saat 17:00-da start götürəcək oyunda isə "Zirə" "Turan Tovuz"la üz-üzə gəcək. Bugünkü oyunların qalibləri 1/4 finalında bir-birinə rəqib olacaqlar.
Qeyd edək ki, daha əvvəl "Sabah", "Sumqayıt", "Araz-Naxçıvan" və "Qəbələ" 1/4 finala vəsiqə qazanıblar. Bu mərhələnin "Qarabağ" - MOİK və "Neftçi" - "Qaradağ Lökbatan" oyunları isə dekabrın 21-də keçiriləcək.
Xatırladaq ki, 1/8 final bir oyundan ibarətdir.
20 dekabr
14:00. "Səbail" - "Şamaxı"
Hakimlər: Tural Qurbanov, Rahil Ramazanov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
"ASCO Arena"
17:00. "Zirə" - "Turan Tovuz"
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rəhman İmami, Rəvan Həmzəzadə
Zirə İdman Kompleksinin stadionu
21 dekabr
14:00. “Qarabağ” – MOİK
18:00. “Neftçi” – “Qaradağ Lökbatan”
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Teymur Teymurov, Vüqar Həsənli
"Neftçi Arena"
18 dekabr
"Sumqayıt" - "Karvan" - 3:1
"Kəpəz" - "Sabah" - 3:4
19 dekabr
"İmişli" - "Qəbələ" - 0:1
Azərbaycan Premyer Liqası























