FutbolMedia.Az
  • 20:06 Cümə axşamı
    27 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
De Byazi:

De Byazi: "Komanda inkişaf edir, bu, göz qabağındadır"

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avro-2024-ün seçmə mərhələsində doğma meydanda İsveçi 3:0 hesabı məğlub etdikləri oyundan sonra mətbuat konfransı keçirib. Futbolmedia.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Dünən kimsə bizə demişdi ki, biz Avstriya və Belçika matçında yaxşı oynamışdıq. Demişdim ki, futboldan başı çıxmayan, gic adam bunu görməyə bilər. Bu gün yaxşı başladıq, qol vurduq. Risk etmədik. İkinci hissədə özümüzü çətinliyə saldıq. Çox hücuma çıxırdıq. Meydanda ürəyimizi qoyduq. Ən yaxşı oyunumuzu göstərdik. Uşaqlar alqışa layiqdirlər. Təbii ki, başa düşürəm, milli uduzanda stadiona gedib onu dəstəkləmək çətindir. Amma elə uduzanda, gedib dəstək olmaq lazımdır. Tam ürəklə məşq edib, işləyirik. Hər oyunda 100 faizi meydanda qoyuruq.

- Bəziləri deyir ki, bu, Azərbaycan millisi tarixin ən yaxşısıdır. Razısız?

- Bunu bilmirəm, siz məndən yaxşı bilərsiz. Əvvəl burada olmamışam. İndiki komandada yaxşı oyunçular var. Yerli liqada oynayanlar var, xaricə gedənlər də oldu. Yaxşı oyunçu olmaq üçün beyində hazırlıqlı olub, məqsəd uğrunda çalışmalısan. Bu baxımdan bizdə nəsə çatışmır. Mən bura gələndən yaxşı mənada dəyişiklik var. Oyunu taktiki baxımdan yaxşı idarə edirik. 10 nəfərlə bu gün sona qədər vuruşduq.

- Milli Avstriya və Belçikaya qarşı da Bakıda pis oynamamışdı, amma sonda 0:1 hesabı ilə uduzmuşduz. Bu gün isə qələbə qazandınız. Nəyi edə bildiz ki, qələbə alındı?

- Əsas fərq odur ki, yaratdığımız epizodlardan istifadə etdik. Bu gün ilk dəqiqələrdə iki qol vurduq. Avstriya ilə matçda iki qol epizodundan istifadə edə bilmədik. Effektiv olmalıyıq. Komanda inkişaf edir, bu, göz qabağındadır. Seçmə mərhələnin ən ağır qrupundayıq. Üçüncü yerdəyik. Düzdür, bazar günü vəziyyət dəyişə bilər. Amma biz Belçika ilə matça da yaxşı hazırlaşacağıq. Belçikaya qarşı Bakıda yaxşı oynamışdıq. Mən Azərbaycan millisinin azarkeşi olsaydım, bu hallara çox sevinərdim.

- Bir müddət əvvəl demişdiz ki, meşə salırsız və bunun ilk mərhələsindəsiz. Bu qələbə ilə ilk toxumları səpmiş olduz?

- Bu suala Belçika ilə matçdan sonra cavab verim. Çoxunuz oyuna baxmadan, nəticəyə baxıb danışırsız. Bu, doğru deyil. Deyirsiz ki, indiki milli tarixin ən güclü komandasıdır. Amma bir neçə ay əvvəl uduzanda bizi pisləyirdiz. Futbolçulara təşəkkür elədim.

- Rövnəq Abdullayev bildirdi ki, bu qələbə Azərbaycan futbolunda dönüş olacaq və Belçika ilə görüşdən sizin üçün çox şey asılı olacaq. Siz özünüz özünüzlə müqavilə imzalayardız?

- Oyuna üç gün qalıb. Matçdan sonra baxıb görərik.

- Üçüncü qolu Arif Əsədova təpik vuraraq qeyd etdiz. Bu, sizə olan tənqidlərə cavab idi, yoxsa necə?

- Ariflə münasibətimiz əladır. Dəyişiklikər zamanı müzakirə edirdik. Futbolda da 60 yaşlı kişilər özünü uşaq kimi aparır. Sadəcə sevincli alındı.

16-11-2023, 23:53
12401
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
15-10-2023, 14:00
Avstriyanın baş məşqçisi Azərbaycan millisi haqqında xoş sözlər dedi
Avstriyanın baş məşqçisi Azərbaycan millisi haqqında xoş sözlər dedi
13-10-2023, 22:43
Canni De Byazi:
Canni De Byazi: "Yaxşı oyun nümayiş etdirdik"
28-09-2023, 08:35
De Byazi:
De Byazi: "Belçikaya qarşı matçda yaxşı oynamışdıq"
13-09-2023, 08:11
De Byazi:
De Byazi: "Avstriya və İsveçi Bakıda çətinliyə sala bilərik"
18-06-2023, 08:00
De Byazi:
De Byazi: "Məni qovsalar, gedəcəm"
16-06-2023, 12:03
De Byazi:
De Byazi: "Bu, bizə çox baha başa gəldi"
29-04-2023, 18:35
Samir Abasov:
Samir Abasov: "Qəbələdə oynamaq çətindir"
13-06-2022, 22:30
De Byazi:
De Byazi: "Sizin üçün nəticə önəmlidir, amma..."
10-06-2022, 23:01
De Byazi:
De Byazi: "Uduzmaqdan zəhləm gedir"
13-11-2021, 09:19
Avstriya millisinin baş məşqçisi:
Avstriya millisinin baş məşqçisi: "Azərbaycan millisi çox yaxşı müdafiə olunurdu"
11-11-2021, 23:55
Canni de Byazi:
Canni de Byazi: “Ola bilər biliyim azdır, bilmirəm”
3-08-2021, 23:08
HİK-in baş məşqçisi:
HİK-in baş məşqçisi: "Neftçi"nin qolları çox gözəl idi"
  Xəbər Lenti
"Milan" isveçrəli hücumçunu transfer edir - Transfer xəbərləri 27.08.2026, 18:02
“Sabah” yarımmüdafiəçisi Rauf Rüstəmlini icarəyə göndərməyəcək - Dambrauskas istədi 27.08.2026, 17:11
"Fənərbaxça"dan "Barselona"ya keçdi - 27.08.2026, 16:09
Azərbaycan UEFA reytinqində liderdir 27.08.2026, 15:16
“Çelsi” “Bornmut”un yarımmüdafiəçisindən əl çəkmir - Xarici xəbərlər 27.08.2026, 14:01
"Barselona"nın müdafiəçisi "Real Sosyedad"a keçir - Transfer xəbərləri 27.08.2026, 13:10
"Qarabağ" "Lex"də oynamış nigeriyalını istəyir 27.08.2026, 12:07
“Fənərbaxça”nın futbolçusuna Fransada hücum edildi - Xarici xəbərlər 27.08.2026, 11:05
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər 27.08.2026, 10:13
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-08-2026, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
28-07-2026, 15:42
Zidanın Fransa millisində ilk açıqlaması -
Zidanın Fransa millisində ilk açıqlaması - Xarici xəbərlər
29-07-2026, 10:10
"Tottenhem" "Mançester Siti"nin futbolçusuna fantastik qiymət - Transfer xəbərləri
28-07-2026, 09:13
Canlı əfsanə Maldini İtaliya millisindən ayrıldı -
Canlı əfsanə Maldini İtaliya millisindən ayrıldı - Xarici xəbərlər
28-07-2026, 12:29
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
28-07-2026, 18:07
“Nyukasl” Voltemadeni saxlamaq qərarı verib -
“Nyukasl” Voltemadeni saxlamaq qərarı verib - Transfer xəbərləri
28-07-2026, 16:13
"Çelsi"nin müdafiəçisi "Napoli"yə keçə bilər - Transfer xəbərləri
28-07-2026, 17:30
"Barselona" təklifini 130 milyon avroya qaldırıb - Transfer xəbərləri
28-07-2026, 12:06
“Liverpul” fransalı futbolçu üçün ilk rəsmi təklifini edəcək -
“Liverpul” fransalı futbolçu üçün ilk rəsmi təklifini edəcək - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb