



Avstriyanın baş məşqçisi Azərbaycan millisi haqqında xoş sözlər dedi
Avstriya millisinin baş məşqçisi Peter Şettel “Avro-2024”ün seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.
Futbolmedia.az xəbər verir ki, 56 yaşlı mütəxəssis Bakıda keçirəcəkləri oyun barədə danışarkən deyib: “Linsdəki ilk matçda (Avstriya 4:1 hesabı ilə qələbə qazanmışdı - red.) biz gördük ki, azərbaycanlı futbolçular fərdi baxımdan çox yaxşı oynayırlar”.
O bildirib ki, Belçikaya qarşı keçirdikləri son görüşdə (2:3) futbolçuları komanda şəklində özlərini göstəriblər. “Biz mütləq layiq olduğumuz qələbəyə nail olacağıq”.
Peter Şettel Azərbaycan millisi barədə həmçinin deyib: “Rəqib yaxşı komandadır, amma biz daha güclüyük”.
Xatırladaq ki, “Avro-2024”ün Azərbaycan - Avstriya oyunu oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyun yerli vaxtla saat 20:00-da başlanacaq.
Azərbaycan Premyer Liqası























