



Qurban Qurbanov: "Öz oyunumuzdan razı qalmadım"
"Qarabağ" Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə "Qarabağ"la 2:2 hesablı heç-heçə edib.
Futbolmedia.az saytının məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra təşkil olunan mətbuat konfransında əvvəlcə oyunla bağlı fikirlərini açıqlayıb:
Reklamınızı SmartBee ilə effektiv edin.
- "Turan Tovuz"u təbrik edirəm. Öz oyunumuzdan razı qalmadım. Komanda ritmi itirmişdi. Bunu hiss etdim. Hər bir halda xallarımızın üzərinə 1 xal gəldi. İtkilərimiz də var idi. Milli fasilə ərəfəsində yorğunluq çox idi. Marko Yankoviç millidə zədələnib. 1-2 həftə bizimlə olmayacaq.
- Qələbə üçün nə çatmadı?
- 2 qol vurduq, bəs etmədi. 3-cü qolu vurmaq lazım idi. Son vaxtlar çempionatda nadir hallarda 2 top buraxırıq. "Turan Tovuz" standart vəziyyətlərdə təhlükəlidir. Hər iki komanda layiq olduğunu qazandı.
- Əsas oyunçuların bəzilərini 90 dəqiqə meydanda saxladınız. Bu, "Bayer"lə oyundan öncə riskli deyildi?
- Risklər olacaq. Zatən bunu çox etmişik. Biz qarşıdakı oyunu fikirləşə bilmərik. Belə hallar olur. Çalışacağıq ki, futbolçular yaxşı bərpa olsunlar.
- Fasilədən sonra gözlənilməz qol buraxdınız. Bu, sizin planlarınızı pozdu?
- Həmin qolda diqqətsizlik oldu. "Turan Tovuz"un belə hücumları çoxdur. Plan dedikdə daha çox Patrik Andradedən narahat idim. Onu heç meydana buraxmadım. Bəli, nəticə bəzi planları etməyə imkan vermədi.
- Matias Silvaya narazılığınızı bildirirdiniz. Onun əvəzlənməsi oyunu ilə bağlı idi?
- Oyundan narazı deyildim. Sadəcə bir-iki epizod va
Azərbaycan Premyer Liqası























