FutbolMedia.Az
  • 18:27 Cümə axşamı
    12 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Tahir Gözəl:

Tahir Gözəl: "Ən azı 3:0 hesabı ilə qalib gəlməli idik”

“İlk növbədə şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Oyuna gəldikdə isə, bu gün çox gözəl çıxış etdik”.

Futbolmedia.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Avropa Liqanın qrup mərhələsinin ilk turunda Bakıda “Molde”ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Klub rəhbəri qeyd edib ki, bu qələbə sayəsində Azərbaycanda bayram bayrama qarışıb: “Avropanın bir çox klubları Bakıdan məyus qayıdırlar. Bu, möhtəşəm bir zəfərdir. Bayram üzərinə bayram yaşandı. Matçdan öncə Qurban hoca ilə danışmışdıq. Çox istəyirdik ki, zəfər ruhumuz oyunumuza təsir etsin. Düzdür, futbolda nəticəni əvvəldən bilmək olmur”.

T.Gözəl qələbəyə görə çox qürurlu olduğunu vurğulayıb: “Taktiki cəhətdən komanda bu gün çox hazırlıq idi. Başda Qurban hoca olmaqla hər kəsi təbrik edirəm. Bu qələbə qazandığımız böyük zəfərə kiçik bir töhfəmiz oldu. Buna görə çox qürurluyam”.

O, “Molde”nin qapıçısının çıxışını xüsusi qeyd edib: “Rəqib qapıçını təbrik edirəm. “Qarabağ”ın gözü onda olmalıdır (gülür). Bu gün möhtəşəm oynadı, inanılmaz toplar qaytardı”.

T.Gözəl bildirib ki, hesab arasındakı fərq daha böyük olmalı idi: “Bu gün 3 xal qazandıq. Əsas budur. Lakin ən azı 3:0 hesabı ilə qalib gəlməli idik”.

Klub rəhbəri UEFA Avropa Liqasında daha irəli getmək istədiklərini söyləyib: “Hazırda ikinci yerdəyik. Qrupu belə də bitirsək, yaxşı olar. “Bayer” Bundesliqanın liderlərindəndir. Amma biz də hazırda yaxşı formadayıq. Bacardığımız qədər irəli gedəcəyik. “Qarabağ” avrokuboklarda hər il daha yaxşı formada olur”.

O, “Qalatasaray”la müqayisədə “Qarabağ”ın “Molde” üzərində daha rahat qələbə qazanması fikrinə belə münasibət bildirib: “Qalatasaray” qardaş klubdur. Amma etiraf edək ki, Bakıda keçirdiyimiz xeyriyyə matçında meydanda tam mübarizə getmədi. Onlarla avrokuboklarda oynamaq arzumdur. İnanıram ki, biz “Qalatasaray”a qarşı da layiqli mübarizə aparacaq gücdəyik”.

Tahir Gözəl “Şahruddin Məhəmmədliyevin gedişindən sonra oyuna daha rahat baxdınızmı?” sualını belə cavablandırıb: “Bu gün Andrey Lunyovdan razı qaldım. Şikayətim yoxdur. Ümumiyyətlə, bugünkü “Qarabağ”dan məmnunam. Az risk etmək yaxşıdır. Şahruddin də özəl insandır. Onun öz dəsti xətti var idi”.

22-09-2023, 00:03
17768
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
21-09-2023, 23:01
"Molde"nin baş məşqçisi: "Qarabağ" komanda kimi "Qalatasaray"dan yaxşı çıxış edir"
31-08-2023, 23:23
Tahir Gözəl:
Tahir Gözəl: “Liverpul”u, “Roma”nı Bakıda görməyi çox istərdim"
25-08-2023, 08:40
Tahir Gözəl:
Tahir Gözəl: "Möhtəşəm oyun və mübarizəni Bakıda da görəcəyik"
20-07-2023, 11:04
Tahir Gözəl:
Tahir Gözəl: "Qolu yerli futbolçunun vurması mənə ləzzət edir”
11-07-2023, 08:30
Tahir Gözəl:
Tahir Gözəl: “Qarabağ”a inanıram”
4-11-2022, 08:12
Tahir Gözəl:
Tahir Gözəl: "Bu il Avropanın 3 ən gözəl komandasından biri "Qarabağ"dır"
17-08-2022, 23:51
Tahir Gözəl:
Tahir Gözəl: "Məsələni səfərdə həll etmək "Qarabağ"da ənənəyə çevrilib"
10-08-2022, 11:11
Tahir Gözəl:
Tahir Gözəl: "Azərbaycana yaraşan futbol oynadıq"
9-08-2022, 10:12
Tahir Gözəl:
Tahir Gözəl: "Bu, "Qarabağ" tarixinin ən önəmli oyunlarından biridir"
21-05-2022, 23:06
Tahir Gözəl:
Tahir Gözəl: "Qarabağ"ın çox ləzzətli oyun tərzi var"
13-12-2021, 13:45
Tahir Gözəl:
Tahir Gözəl: "Milyardlarla büdcəsi olan UEFA bu qolu görmür"
31-07-2021, 16:24
Tahir Gözəl:
Tahir Gözəl: "Daha güclü heyətin qurulması üçün tapşırıqlar vermişəm"
  Xəbər Lenti
“Barselona” “Mançester Siti”nin müdafiəçisini istəyir - Transfer xəbərləri 12.11.2026, 18:11
PSJ argentinalı üçün hərəkətə keçdi - Transfer xəbərləri 12.11.2026, 17:09
Hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza - AFFA İntizam Komitəsi 12.11.2026, 16:07
Ferdinand “Mançester Yunayted”in xilasını argentinalı məşqçidə görür - 12.11.2026, 15:06
“Beşiktaş” Serbiya millisinin üzvünü istəyir - Transfer xəbərləri 12.11.2026, 14:10
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar 12.11.2026, 13:34
Fransalı futbolçu məşq zamanı vəfat edib - Xarici xəbərlər 12.11.2026, 12:11
Harri Keyn: “Bavariya” olmasaydı, “Qızıl top”u qazana bilməzdim 12.11.2026, 11:28
Markus Reşford yenidən zədələndi - Xarici xəbərlər 12.11.2026, 11:06
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb