



Murad Musayev: “Ayaz Quliyevlə danışıqlar kifayət qədər asan keçdi”
“Sabah”ın baş məşqçisi Murad Musayev Ayaz Quliyevin paytaxt klubuna keçidindən danışıb.
Komanda.az xəbər verir ki, o, Rusiya mətbuatına açıqlamasında bunları söyləyib:
“Ayaz Quliyevlə danışıqlar kifayət qədər asan keçdi. Futbolçu özü “Sabah”a keçmək istəyirdi. Fikrimcə, Ayaz yaxın zamanda Azərbaycan pasportu alacaq. Bu, yerli çempionatda legioner limiti ilə bağlı vacibdir. Məsələnin hazırda hansı mərhələdə olduğunu bilmirəm. Əminəm ki, futbolçu ən yaxşı formasını bərpa edəcək və Azərbaycan millisini gücləndirə biləcək”.
Xatırladaq ki, “Sabah” 26 yaşlı yarımmüdafiəçini Rusiyanın “Ximki” klubundan transfer edib. Onunla 3 illik müqavilə imzalanıb.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
İlin ən yaxşı gənc oyunçusu oldu - Xarici xəbərlər 24.11.2026, 14:02
Legioner limiti ləğv oluna bilər 24.11.2026, 13:20
"Qalatasaray" "Aston Villa"ya, "Mançester Siti" "Napoli"yə qarşı - Çempionlar Liqası 24.11.2026, 13:00
Canlı əfsanə Canfranko Zola: “Təəccübləndim. Ronaldinyo milyonlarla gəncə ilham verdi" 24.11.2026, 12:04
PSJ-də daha bir şok zədə - Bu dəfə Dezire Due sıradan çıxdı 24.11.2026, 11:31
Laporta: "Laminin 19 yaşı var, lakin o, hətta ..." 24.11.2026, 11:00
"Şəmkir" - "Ağdaş" 2:0 - VİDEO 24.11.2026, 10:14
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi 24.11.2026, 09:11
"Milan"dan "Real"ın futbolçusu üçün 70 milyon avroluq təklif - Transfer xəbərləri 24.11.2026, 08:08
Azərbaycan Premyer Liqası























