



"Qarabağ" "Araz-Naxçıvan"a, "Sabah" "Neftçi"yə qarşı - YENİLƏNİR
Bu gün Misli Premyer Liqasında 3-cü tura yekun vurulacaq.
Futbolmedia.az xəbər verir ki, ilk olaraq "Qarabağ"la "Araz-Naxçıvan" qarşılaşacaq. "Azərsun Arena"da keçiriləcək görüş saat 18:00-da başlayacaq.
Günün və turun son matçında isə bu həftə Konfrans Liqasında mübarizəni dayandıran iki komanda üz-üzə gələcək. "Neftçi" səfərdə "Sabah"ın qonağı olacaq. Oyun saat 20:00-da başlayacaq.
20 avqust (bazar)
18:00. “Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Eyyub İbrahimov, Kamal Umudlu
“Azərsun Arena”
20:00. “Sabah” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Rauf Cabarov
“Bank Respublika Arena”
18 avqust (cümə)
“Kəpəz” – “Turan Tovuz” - 0:2
19 avqust (şənbə)
“Səbail” – “Zirə” - 1:2
“Qəbələ” – “Sumqayıt” - 1:2
Azərbaycan Premyer Liqası























