



"Qarabağ" "Turan Tovuz"a qarşı
Misli Premyer Liqasında 2-ci tur davam edir.
Futbolmedia.az xəbər verir ki, 2-ci oyun günündə 1 matç keçiriləcək. "Qarabağ" doğma meydanda "Turan Tovuz"la qarşılaşacaq. Oyun saat 18:30-da başlayacaq.
Bu gün keçirilməli olan "Sumqayıt" - "Sabah" oyunu isə təxirə salınıb. Ölkəmizi Avropa Konfrans Liqasında təmsil edən “Sabah” Serbiyanın “Partizan” klubu ilə cavab görüşünə daha yaxşı hazırlaşmaq məqsədilə Misli Premyer Liqasının 2-ci turunun “Sumqayıt”la görüşünün təxirə salınmasını istəyib.
13 avqust (bazar)
18:30. “Qarabağ” – “Turan Tovuz”
Hakimlər: Rauf Allahverdiyev, Rahil Ramazanov, Teymur Teymurov, İslam Məmmədov
“Azersun Arena”
14 avqust (bazar ertəsi)
20:00. “Neftçi” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Zöhrab Abbasov, Sabuhi Bayramov
“Neftçi Arena”
12 avqust (şənbə)
“Araz-Naxçıvan” – “Qəbələ” - 2:0
“Zirə” – “Kəpəz” - 1:0
Azərbaycan Premyer Liqası























