FutbolMedia.Az
  • 05:51 Bazar
    8 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Tərlan Əhmədov:

Tərlan Əhmədov: "Bu hakimin olduğu oyunlarda uduzuruq"

“Oyunun ağır keçəcəyini əvvəldən bilirdik. Qarşılaşmadan öncə də bunu futbolçulara da söyləmişdim. 90 dəqiqə də gözləntilərimizi təsdiqlədi”.

Futbolmedia.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının 32-ci turunda “Sumqayıt”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Mütəxəssis qeyd edib ki, bu cür matçların taleyini 1 qol həll edir: “Komanda mübarizə apardı. Qol vurmaq üçün şanslarımız oldu. Lakin dəyərləndirə bilmədik. Bu fəsildə, saat 4-də oynamaq çətindir. Qəbələdə hava bir qədər boğucu olur. Hiss olunur ki, komanda tam gücünü meydanda qoya bilmir. Buna baxmayarq, yaxşı oynadıq. Bu cür oyunların taleyini 1 qol həll edir. Bu gün də həmin qolu rəqib vurdu. Elə oldu ki, “Sumqayıt” real olaraq 1 dəfə qapımıza yaxınlaşdı, onda da fərqlənməyi bacardı. Təəssüf ki, Gəncədən gələn azarkeşləri sevindirə bilmədik. Uğurlu seriyamız qırıldı. Amma unutmaq olmaz ki, “Kəpəz” yeni formalaşmış komandadır. Məğlubiyyətsiz oyunlar seriyasını davam etdirmək çətindir. Bu gün xoşbəxtlik “Sumqayıt” tərəfdə idi”.

T.Əhmədov növbəti turlarda Qəbələdəki oyunların daha gec saatda başlamalı olduğunu bildirib: “Qəbələdəki oyunlar 18:00-a təyin edilsə, daha yaxşı olar. Çünki günorta isti olur. Bilirik ki, Qəbələ dəniz səviyyəsindən hündürdədir, oksigen çatışmazlığı var, oynamaq çətindir”.

Mütəxəssis komandasının Premyer Liqada qalacağına inanır: “Qorxacağımız bir şey yoxdu. Məqsəd Premyer Liqada qalmaqdır. Bunun üçün 1 qələbə də bəs edər. Sumqayıtda biz qalib gəlmişdik, bu gün 3 xalı onlar qazandılar. Elə hesab edək ki, səfərdə rəqib udub, bu gün isə biz”.

O, matçın baş hakimindən də söz açıb: “Tural Qurbanov 5, ya 6-cı dəfədir bizim oyunumuza təyinat alır. Gəncədəki “Sumqayıt”la oyunumuzu da o idarə etmişdi. Olmayan cəriməni vermişdi, eləcə də əleyhimizə xırda folları. Bu gün də həmin ssenari idi. Bu hakimdən razı qala bilmərəm. Sarı verilmir, tez-tez fit səsləndirir, tempi öldürür. Çox danışmayacağam. Amma bu hakimin olduğu oyunlarda məğlub oluruq”.

T.Əhmədov komandasının aparıcı üzvü Şuaybunun ehtiyatda qalmasına da aydınlıq gətirib: “Srağagün Şuaybu məşqdə zədələndi, sona qədər hazırlıq keçə bilmədi. Bu gün də tam hazır deyil. Ona görə risk etməmək qərarına gəldim. Əvəzində Sisseyə şans verdik. Onun çox yaxşı keyfiyyətləri var. Amma hiss olunur ki, hələ komandaya tam uyğunlaşmayıb”.

29-04-2023, 19:02
11472
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
29-04-2023, 18:35
Samir Abasov:
Samir Abasov: "Qəbələdə oynamaq çətindir"
8-04-2023, 23:16
Samir Abasov:
Samir Abasov: "Böyük qardaş kimi ona məsləhətimi verdim"
16-03-2023, 21:35
Tərlan Əhmədov:
Tərlan Əhmədov: "Neftçi"dən xal almaq böyük nəticədir"
10-03-2023, 18:25
Tərlan Əhmədov:
Tərlan Əhmədov: “Tərcüməçimiz belə yoxdur, futbolçularla 3 dildə danışıram”
4-03-2023, 22:02
Tərlan Əhmədov:
Tərlan Əhmədov: "Mübariz bir komanda formalaşır"
14-12-2022, 21:35
Mahmud Qurbanov:
Mahmud Qurbanov: "Bu cür müdafiə olunmaq olmaz"
14-12-2022, 17:15
Tərlan Əhmədov:
Tərlan Əhmədov: "Qışda yeni bir komanda formalaşdıracağıq"
9-12-2022, 16:40
Tərlan Əhmədov:
Tərlan Əhmədov: "Bizə futbolçu lazımdır"
4-12-2022, 17:21
Tərlan Əhmədov:
Tərlan Əhmədov: "Məğlubiyyətin səbəbkarı başda mənəm"
29-10-2022, 18:20
Tərlan Əhmədov:
Tərlan Əhmədov: "Komanda yaxşı mübarizə aparır"
2-10-2022, 21:19
Tərlan Əhmədov:
Tərlan Əhmədov: "6 məğlubiyyətdən sonra komandanı toparlamaq çox çətindir"
9-09-2022, 19:17
Tərlan Əhmədov:
Tərlan Əhmədov: "Kaş ki, pis oynayıb qalib gələrdik"
  Xəbər Lenti
"Roma" İngiltərə klubundan Ceymi Gittens üçün ağız açdı - Transfer xəbərləri 7.11.2026, 17:40
Azərbaycan U-21 millisinin heyəti açıqlandı 7.11.2026, 17:08
Leroy Sane "Qalatasaray"ı ABŞ klubuna dəyişə bilər - Transfer xəbərləri 7.11.2026, 16:07
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər 7.11.2026, 15:35
“Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı - YENİLƏNİR 7.11.2026, 14:08
Neymarın atası “Santos”un baş direktoru oldu - Xarici xəbərlər 7.11.2026, 13:07
“Hamburq” “Borussiya”nı məğlub etdi - Almaniya Bundesliqası 7.11.2026, 12:06
PSJ hücumçusu Usman Dembeleilə yeni müqavilə imzalamağa yaxındır - Transfer xəbərləri 7.11.2026, 11:04
Millimizin üzvü Cəlal oynadı, komandası qalib gəldi Rumıniya çempionatı 7.11.2026, 10:12
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb