FutbolMedia.Az
  • 08:58 Bazar ertəsi
    19 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Prezident Ilham Əliyev Türk  idmançıları Qarabağa dəvət etdi -

Prezident Ilham Əliyev Türk idmançıları Qarabağa dəvət etdi - FOTO

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları ilə görüşüblər.

Futbolmedia.az xəbər verir ki, türkiyəli idmançıları salamlayan Prezident İlham Əliyev deyib:

-Mən sizi salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Siz Ermənistanda keçirilmiş Avropa çempionatında şanlı Türk Bayrağını göylərə qaldırmısınız, Milli Marşı səsləndirmisiniz. Bu münasibətlə sizi bütün Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Eyni zamanda, bu qələbəni Azərbaycana həsr etmisiniz. Bu, bizi xüsusilə sevindirən bir haldır. Bu, bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan - iki qardaş ölkə bütün məsələlərdə bir yerdədir. Biz olmayan yerdə siz varsınız, siz olmayan yerdə biz varıq. Biz birik, biz müttəfiqik, biz qardaşıq.

Sizin qələbənizin xüsusi önəmi var. Siz gənc idmançılarsınız, sizin həyatınızda hələ neçə-neçə qələbələr olacaq, amma bu qələbənin özəlliyi var. Çünki Azərbaycana qarşı, bizim milli rəmz olan Bayrağımıza qarşı hörmətsizlik olunan zaman siz ədaləti bərpa etmisiniz. Türk Bayrağının orada qaldırılması ədaləti bərpa etmək idi. Türkiyə dövlətinin Milli Marşının səsləndirilməsi bütün orada oturanları ayağa qaldırdı. Bizim Bayrağımızı yandırdılar, amma bizim üçün öz Bayrağımız qədər əziz olan Türk Bayrağı orada dalğalandı. Bunu da siz etmisiniz, gözəl gənclər, qardaş ölkənin nümayəndələri.

Bildiyiniz kimi, Mehriban xanım və mən sizi məktubla təbrik etdik, Azərbaycana dəvət etdik. Şadam ki, siz bizim dəvətimizi qəbul edib Azərbaycana, öz doğma Vətəninizə gəlmisiniz və sizin bu gəlişiniz bir daha bizim birliyimizi göstərir.

Bayraq yandırmaq heç kimə şərəf gətirmir. Bu gün bizim bayraqlarımız, iki qardaş ölkənin bayraqları - Türkiyə, Azərbaycan bayraqları Ağrı dağda, Murov dağında, Zəngəzur dağlarında, Şuşada bir yerdə dalğalanır və əbədi dalğalanacaq, hər zaman bir yerdə.

Sizi bir daha ürəkdən təbrik etmək istəyirəm. Bir daha Türkiyə-Azərbaycan birliyini nümayiş etdirdiyiniz üçün mən sizi Azərbaycan dövlətinin yüksək nişanı olan “Tərəqqi” medalı ilə təltif edirəm və indi bu medalı sizə təqdim etmək istəyirəm.

x x x

Sonra türkiyəli idmançılar Cansu Bektaş, Qamze Altun və Nuray Güngörün İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinin təzahürü kimi Azərbaycana həsr etdiklərinə görə “Tərəqqi” medalı ilə təltif edilmələri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxunub.

Prezident İlham Əliyev medalları türkiyəli idmançılara təqdim edib.

Daha sonra xatirə şəkli çəkdirilib.

x x x

Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Talat Ünlü: Bizim də hədiyyələrimiz var, cənab Prezidentim, onları da verərdik. Hörmətli cənab Prezidentim. Bu, Ermənistanda qazandığımız ilk qızıl medallardan biridir. Cansu qızımızın ərməğan etdiyi medaldır. Bunu ölkəm, ağırlıqqaldırma qurumumuz və Cansu adından qəbul etməyinizi Sizdən xahiş edirəm.

Prezident İlham Əliyev: Çox təşəkkür edirəm, çox sağ olun.

Mehriban xanım Əliyeva: Çox sağ olun.

Talat Ünlü: Bu medal günün anlamı və önəmi üçün çox vacibdir. Bilirsiniz, orada Azərbaycan Bayrağına qarşı törədilən hücum hamımızı dərindən kədərləndirdi. Həmin gecə biz azərbaycanlı qardaşlarımızla birlikdə eyni hissləri yaşadıq. İndi də danışdıqca insanın tükləri biz-biz olur. Uşaqlarımız əzmkarlıq göstərdilər və gözəl nəticələr əldə etdilər. Allaha çox şükür. İnşallah, bundan sonra

28-04-2023, 19:45
17544
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
11-02-2023, 13:04
UEFA prezidentindən Azərbaycana təşəkkür
UEFA prezidentindən Azərbaycana təşəkkür
18-10-2022, 14:25
"Qalatasaray"dan Azərbaycana təbrik - FOTO
14-06-2022, 17:05
Prezident millimizi qəbul etdi
Prezident millimizi qəbul etdi
31-05-2022, 11:09
Azərbaycanlı boksçu İrəvanda Avropa çempionu oldu
Azərbaycanlı boksçu İrəvanda Avropa çempionu oldu
21-05-2022, 13:25
Adil Əliyev:
Adil Əliyev: "Bu, hələlik məqsədəuyğun deyil"
13-12-2021, 17:02
İlham Əliyev:
İlham Əliyev: “Qarabağ”ın rəhbərliyi, məşqçiləri həmişə özlərini çox ləyaqətlə aparırlar”
13-12-2021, 13:45
Tahir Gözəl:
Tahir Gözəl: "Milyardlarla büdcəsi olan UEFA bu qolu görmür"
13-12-2021, 12:05
İlham Əliyev
İlham Əliyev "Qarabağ"ın üzvlərini qəbul etdi - FOTO
18-11-2021, 13:11
Fərid Qayıbov:
Fərid Qayıbov: "Bakıdakı dünya çempionatı da istisna olmayacaq"
9-11-2021, 09:14
Namiq Abdullayev:
Namiq Abdullayev: "Bu qələbələrin davamı gələcək"
28-09-2021, 11:51
Tanınmış jurnalist Elnur Əşrəfoğlunun anası Mehriban Əliyevaya müraciət etdi
Tanınmış jurnalist Elnur Əşrəfoğlunun anası Mehriban Əliyevaya müraciət etdi
6-07-2021, 15:25
UEFA Azərbaycana təşəkkür etdi
UEFA Azərbaycana təşəkkür etdi
  Xəbər Lenti
Millimizin üzvü Zamiq Əliyevin klubundan inamlı qələbə 19.10.2026, 08:16
"Kəpəz" - "Zirə" 1:1 - VİDEO 18.10.2026, 22:05
Azər Məmmədov: "Yüksək yerlər uğrunda oynasaq..." 18.10.2026, 21:13
Rəşad Sadıqov: “Belə atmosferdə oynamaq çətindir” 18.10.2026, 20:42
"İmişli"nin məşqçisi: “Rəhbərliklə bunu müzakirə etməmişəm” 18.10.2026, 17:45
Kurban Berdıyev: “Hər dəfə qol vurmaq mümkün olmur” 18.10.2026, 17:30
"Betis" – "Barselona" 2:5 18.10.2026, 13:23
“Neftçi”nin futbolçusu Klisman: “Qarabağ”a vurduğum iki qolu qələbəmizə dəyişərdim” 18.10.2026, 12:32
"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı YENİLƏNİR 18.10.2026, 12:01
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb