FutbolMedia.Az
  • 04:55 Bazar
    15 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Namiq Abdullayev:

Namiq Abdullayev: "Bu qələbələrin davamı gələcək"

"Bütün xalqımızı Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Əsgərlərimiz torpaqlarımızı azad ediblər, idmançılarımız isə öz qələbələri ilə dünya çempionatında 2 dəfə himnimizi səsləndirib, 3 dəfə bayrağımızı qaldırıblar".

Futbolmedia.az-ın məlumatına görə, bu fikirləri sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Namiq Abdullayev Heydər Əliyev Beynəlxalq Aeroportundakı qarşılanma mərasimində komandasının Serbiyanın paytaxtı Belqraddakı U-23 dünya çempionatında çıxışı barədə jurnalistlərə açıqlamasında deyib.

50 yaşlı mütəxəssis federasiyanın yığma üçün hər cür şəraiti yaratdığını bildirib: "Hər şey idmançılarımızın yüksək səviyyədə çıxışı üçün edilmişdi. Bizdən öncə yunan-Roma güləşçilərimiz mübarizə apardı. Onlar 1 qızıl və 2 bürünc medal qazandılar. Bu da ona dəlalət edir ki, federasiyanın göstərdiyi diqqət və qayğı öz bəhrəsini verir. Bütün bunların başında duran isə Milli Olimpiya Komitəsinin prezidenti, ölkə başçısı İlham Əliyevdir. Hər kəsi, məşqçilərimizi, federasiyanı təbrik edirəm. Bu qələbələrin davamı gələcək. Sərbəst güləş yığmamız gəncdir. Qarşıdan gələn yarışlarda bizi onlar təmsil edəcəklər. 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında bu heyəti görürük. Həmin yarışa bu uşaqlar hazırlaşacaqlar. İnanıram ki, dövlətimizin də dəstəyi ilə idmançılarımız yeni-yeni qələbələr qazanacaqlar. Gənclər və idman naziri Fərid Qayıbovun güləşçilərimizlə görüşməsi onlara ruh yüksəkliyi verdi. Böyüklər arasındakı dünya çempionatında da nailiyyətlərimiz oldu".

Abdullayev bu yaxınlarda dünyasını dəyişən qardaşı Xaləddin Abdullayevdən də bəhs edib: "Yaxınlarımızı itirmək çox ağırdır. Hadisə baş verən gün Dağıstanda təlim-məşq toplanışında idik. Həmin vaxt zəng gəldi və ölkəyə qayıtmalı olduq. Allah dünyadan köçənlərə, şəhidlərimizə rəhmət etsin. Amma bu, idmandır. Güləşçilərin yanında olmasaydıq, bu nəticələr də qazanılmazdı. Əlbəttə, çox çətin idi. Amma bu, bizim işimizdir. Bu, ölkənin bayrağını dalğalandırmaq, xalqımızı sevindirmək üçün əlimizdən gələni etdik".

Qeyd edək ki, dünya çempionatında sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Osman Nurməhəmmədov (92 kq) qızıl, Zirədddin Bayramov (65 kq) isə bürünc medal qazanıb.

9-11-2021, 09:14
23734
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
7-11-2021, 23:30
Ayxan Abbasov:
Ayxan Abbasov: "Zəngin heyətimiz yoxdur, amma təslim olmayacağıq"
1-11-2021, 17:00
Rövnəq Abdullayev cüdodan gedir
Rövnəq Abdullayev cüdodan gedir
9-10-2021, 13:33
Son 3 güləşçimiz mübarizəyə başlayır -
Son 3 güləşçimiz mübarizəyə başlayır - Dünya çempionatı
23-09-2021, 18:33
Millimizdə baş məşqçi dəyişikliyi
Millimizdə baş məşqçi dəyişikliyi
29-08-2021, 17:33
İlham Zəkiyev:
İlham Zəkiyev: "İki barmağım sınıb"
23-08-2021, 16:21
Yunan-Roma güləşçilərimizdən uğurlu nəticə
Yunan-Roma güləşçilərimizdən uğurlu nəticə
2-08-2021, 15:11
Elnur Məmmədli cüdoçularımızı sərt tənqid etdi
Elnur Məmmədli cüdoçularımızı sərt tənqid etdi
31-07-2021, 13:13
Milli Olimpiya Komitəsinin vitse-prezidenti:
Milli Olimpiya Komitəsinin vitse-prezidenti: "Elə idmançı var ki, onu danlamaq lazımdır"
24-07-2021, 14:46
Medal qazanmış ölkələrin siyahısı -
Medal qazanmış ölkələrin siyahısı - Tokio-2020
17-07-2021, 19:14
Güləşçilərimiz dünya çempionatına yollandı
Güləşçilərimiz dünya çempionatına yollandı
13-07-2021, 09:00
Rövnəq Abdullayev Olimpiya Oyunlarında iştirak edəcək cüdoçularla görüşdü
Rövnəq Abdullayev Olimpiya Oyunlarında iştirak edəcək cüdoçularla görüşdü
25-06-2021, 11:00
Sərbəst güləşçilərimiz yarışa başlayır
Sərbəst güləşçilərimiz yarışa başlayır
  Xəbər Lenti
"Real" gənc hücumçusuna fantastik qiymət qoydu - Transfer xəbərləri 14.11.2026, 18:06
"Sabah"ın hücumçusu millidə növbəti oyununa çıxdı 14.11.2026, 17:04
"Lans"klubu yeni baş məşqçisini təqdim etdi - Xarici xəbərlər 14.11.2026, 16:03
Manuel Noyer həyat yoldaşından ayrıldı - Xarici xəbərlər 14.11.2026, 15:51
Rövşən Nəcəf millimizi təbrik etdi 14.11.2026, 14:29
Millətlər Liqasında günün oyunları 14.11.2026, 14:04
Lixtenşteyn - Azərbaycan 0:1- VİDEO 14.11.2026, 13:13
"Milan"ın sabiq futbolçusu Səudiyyə Ərəbistanı çempionatını təriflədi - Xarici xəbərlər 14.11.2026, 12:14
Bernardo Silva: "Azarkeşlərin böyük əksəriyyəti məhz Ronaldoya görə gəlirdi" 14.11.2026, 11:31
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb