FutbolMedia.Az
  • 08:58 Bazar ertəsi
    19 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Adil Əliyev:

Adil Əliyev: "Bu, hələlik məqsədəuyğun deyil"

"Pandemiya tam bitmədiyi üçün dünyada müəyyən qadağalar mövcuddur. Azərbaycanda da bəzi məhdudiyyatlar var. Ona görə də hələlik ölkədə beynəlxalq yarışların keçirilməsi məqsədəuyğun deyil".

Futbolmedia.az-ın məlumatına görə, bunu Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti, Milli Məclis sədrinin müavini Adil Əliyev XXVI respublika çempionatının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bəzi ölkələrdə hələ də koronavirus xəstəliyi var: "Bilirsiniz ki, beynəlxalq yarışlar zamanı bütün dövlətlərdən qonaqlar gəlməlidir. Pandemiyanın davam etdiyi ölkələrin təmsilçilərini ölkəyə buraxmaq üçün müəyyən qaydalar tələb olunur. Bu səbəbdən həm dünyada, həm də Azərbaycanda bir az durğunluq var. Yəqin, yaxın gələcəkdə beynəlxalq yarışlar da keçirilər. Az iştirakçısı olan idman növləri üzrə yarışlar təşkil etmək mümkündür. Amma kütləvi yarışların keçirilməsi təhlükəli olduğu üçün buna zaman lazımdır".

2 illik fasilədən sonra kikboksin üzrə ölkə çempionatının keçirilməsinə də toxunan fəxri prezident iştirakçı sayının çox olduğunu söyləyib: "Sevindirici haldır ki, idmançılarımızın yarışlarda iştirak etmək imkanı yarandı. Bu gün federasiyanın çox sayda klubları və onların hamısı ölkə çempionatında iştirak etmirlər. Buna baxmayaraq, idmançı sayı həddindən artıq çoxdur. Bu da onu göstərir ki, Azərbaycanda idmana böyük maraq və istək var. İdmanla məşğul olmaq istəyən insanların sayı güündən-günə artır. Bu da təbii haldır. Çünki Azərbaycan idman ölkəsidir. Ölkədə idmana böyük diqqət və qayğı göstərilir. Bu, hələ pandemiyayadək ölkədə keçirilmiş yarışların sayına və səviyyəsinə, həmçinin idmançılarımızın beynəlxalq turnirlərdəki nailiyyətlərindən görünür. Bütün idmançıları təbrik edirəm. Nəhayət, zallar açıldı, kütləvi yarışlar başladı".

A.Əliyev kikboksçuların bu il 9 - 18 avqustda Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarındakı şanslarını da dəyərləndirib: "Hesab edirəm ki, idmançılarımız gözəl nəticə göstərəcəklər. Çünki pandemiya dövründə də fərdi qaydada məşqlər davam edib. Kikboksçularımız bu yaxınlarda Türkiyədəki açıq çempionatda uğurla çıxış ediblər. Orada qazanılan nəticələrdən də hiss olunur ki, idmançılarımız hazırlıqlıdır. Düzdür, İslamiadanın startına hələ var. Yarışadək bir çox idmançı hazır vəziyyətə gətiriləcək. Şərait, diqqət və qayğı varsa, onlar məşq edib İslamiadada uğur qazanacaqlar. Kikboksçuların səviyyəsindən razıyıq. Fikrimcə, Azərbacyanda bütün idman növləri böyük istəklə zalların açılmasını gözləyirdi".

21-05-2022, 13:25
21179
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
13-04-2022, 17:04
Rafael Fiziyev:
Rafael Fiziyev: "Gücümü qəfəsdə görəcəklər"
31-03-2022, 11:01
Bakıda Dünya Kuboku start götürəcək
Bakıda Dünya Kuboku start götürəcək
11-03-2022, 12:00
Balarus idmanı üçün növbəti sanksiya
Balarus idmanı üçün növbəti sanksiya
7-02-2022, 15:13
Fərid Qayıbov federasiyalara çağırış etdi
Fərid Qayıbov federasiyalara çağırış etdi
2-02-2022, 10:45
Elxan Məmmədov hesabat verdi
Elxan Məmmədov hesabat verdi
5-01-2022, 15:25
Azərbaycanda gimnastika yarışları bərpa olundu
Azərbaycanda gimnastika yarışları bərpa olundu
3-12-2021, 16:24
Budoçularımız dünya çempionatında uğurlu nəticələr əldə edib -
Budoçularımız dünya çempionatında uğurlu nəticələr əldə edib - FOTO
24-11-2021, 12:21
De Byazi:
De Byazi: "Ümid edirəm ki, daha 2 il işimi davam etdirə bilərəm"
18-11-2021, 13:11
Fərid Qayıbov:
Fərid Qayıbov: "Bakıdakı dünya çempionatı da istisna olmayacaq"
9-11-2021, 09:14
Namiq Abdullayev:
Namiq Abdullayev: "Bu qələbələrin davamı gələcək"
31-07-2021, 13:13
Milli Olimpiya Komitəsinin vitse-prezidenti:
Milli Olimpiya Komitəsinin vitse-prezidenti: "Elə idmançı var ki, onu danlamaq lazımdır"
13-07-2021, 09:00
Rövnəq Abdullayev Olimpiya Oyunlarında iştirak edəcək cüdoçularla görüşdü
Rövnəq Abdullayev Olimpiya Oyunlarında iştirak edəcək cüdoçularla görüşdü
  Xəbər Lenti
Millimizin üzvü Zamiq Əliyevin klubundan inamlı qələbə 19.10.2026, 08:16
"Kəpəz" - "Zirə" 1:1 - VİDEO 18.10.2026, 22:05
Azər Məmmədov: "Yüksək yerlər uğrunda oynasaq..." 18.10.2026, 21:13
Rəşad Sadıqov: “Belə atmosferdə oynamaq çətindir” 18.10.2026, 20:42
"İmişli"nin məşqçisi: “Rəhbərliklə bunu müzakirə etməmişəm” 18.10.2026, 17:45
Kurban Berdıyev: “Hər dəfə qol vurmaq mümkün olmur” 18.10.2026, 17:30
"Betis" – "Barselona" 2:5 18.10.2026, 13:23
“Neftçi”nin futbolçusu Klisman: “Qarabağ”a vurduğum iki qolu qələbəmizə dəyişərdim” 18.10.2026, 12:32
"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı YENİLƏNİR 18.10.2026, 12:01
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb