



"Real Madrid" "Çelsi"yə, "Milan" "Napoli"yə qarşı - Çempionlar Liqası
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin daha 2 ilk oyunu keçiriləcək.
Futbolmedia.az-ın məlumatına görə, qarşılaşmalar İspaniya və İtaliyada təşkil olunacaq.
Turnirin son qalibi "Real Madrid" İngiltərənin "Çelsi" komandasını qəbul edəcək. Səfər matçı öncəsi Qrem Potter "zadəganlar"ın baş məşqçi postundan istefaya göndərilib. Bu vəzifə müvəqqəti olaraq, komandanın keçmiş futbolçusu Frenk Lemparda tapşırılıb. Meydan sahibləri isə La Liqada çempionluqdan faktiki əllərini üzdüklərindən, bütün diqqətlərini Çempionlar Liqasındakı son titulu qorumağa yönəldiblər.
Günün daha bir qarşılaşması İtaliyanın iki təmsilçisi - "Milan" və "Napoli" arasında olacaq. Bu komandalardan birincisi A Seriyasının son qalibidirsə, digəri hazırda qızıl medallara çox yaxındır.
12 aprel
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar
23:00. "Real Madrid" (İspaniya) - "Çelsi" (İngiltərə)
Madrid, "Santyaqo Bernabeu" stadionu
Baş hakim: Fransua Letesyo (Fransa)
23:00. "Milan" (İtaliya) - "Napoli" (İtaliya)
Milan, "Cüzeppe Meatsa" stadionu
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Qeyd edək ki, ilk oyun günündə "Mançester Siti" İngiltərədə Almaniya "Bavariya"sını böyük hesabla yenib - 3:0. İtaliya "İnter"i isə Portuqaliyada "Benfika" üzərində inamlı qələbə qazanıb.
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |
























