



“Qarabağ”ın bu mövsümkü rəqiblərindən ikisi avrokubokda 1/4 finala yüksəlib
Bu mövsüm “Qarabağ”ın Avropa kuboklarında qarşılaşdıqları rəqiblərdən bəziləri qitəmiqyaslı yarışda çıxışlarını davam etdirirlər.
Futbolmedia.az saytının rəsm araşdırmasına görə “Gent”dən (Belçika) sonra Polşanın “Lex” komandası da Konfrans Liqasında 1/4 finala vəsiqə qazanıb. Poznan təmsilçisi evdə 2:0 hesabı ilə qalib gəldiyi “Yurqorden”i İsveçdə də məğlubiyyətə uğradıb - 3:0.
Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Lex”i mübarizədən kənarlaşdırmışdı (səfərdə 0:1, evdə 5:1).
Daha əvvəl isə “Gent” də KL-də 1/4 finala adlamışdı. Belçikalılar evdə heç-heçə etdiyi “Başakşehir”i səfərdə məğlubiyyətə uğradıb (4:1). Ağdam klubu KL-də 1/8 finalda məhz “Gent”ə penaltilər seriyasında uduzaraq mübarizəni dayandırıb.
"Lex" və "Gent"in rəqibləri bu gün saat 17:00-da başlanacaq püşkatma zamanı müəyyənləşəcək.
“Qarabağ”ın bu mövsüm qarşılaşdığı daha iki komanda isə yarışdığı Avropa Liqasında mübarizəni 1/8 finalda başa vurub. “Ferensvaroş” (Macarıstan) İsveçrə “Bazel”inə (hər iki görüşdə 0:2) “Frayburq” (Almaniya) isə “Yuventus”a uduzaraq (0:2, 0:1) turnirlə vidalaşıb.
Xatırladaq ki, “Qarabağ” ÇL-in üçüncü təsnifat mərhələsində “Ferensvaroş”u üstələmişdi (evdə 1:1, səfərdə 3:1). “Frayburq”la Avropa Liqasının qrup mərhələsində isə almanlar evdəki oyunda 2:1 hesabı ilə qalib gəlib, Bakıda matç heç-heçə yekunlaşıb - 1:1.
Azərbaycan Premyer Liqası























